ŞAMAXIDA ATA ÖZ QIZINI ÖLDÜRDÜ
Tarix: 11-03-2012, 12:06 |
Çap et
O, AİLƏSİ DAĞILMIŞ QIZINI KƏNDİRLƏ BOĞUB
Şamaxı rayonunda ata öz qızını qətlə yetirib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 11-də gecə saat 3:30 radələrində Şamaxı şəhərinin M.Kazımov küçəsindəki 1 saylı mənzildə qeydə alınıb. Ev sahibi 1954-cü il təvəllüdlü Mirzəliyev Mirzəli Mahmud oğlu qızı 1992-ci il təvəllüdlü Mirzəliyeva Gülnarı kəndirlə boğaraq öldürüb.
Şamaxıda qəssab işləyən M. Mirzəliyev yenicə ailə quran və həyat yoldaşından ayrılaraq atasının evinə qayıdan Gülnarı ailə-məişət zəminində baş vermiş mübahisəyə görə qətlə yetirdiyini etiraf edib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.