AYDIN BƏŞİROV ÇƏTİN DURUMA DÜŞÜB
Tarix: 10-03-2012, 12:18 | Çap et
DXDGİ-NİN RƏİSİ İDARƏNİ ƏLDƏN ÇIXARMAMAQ ÜÇÜN YOLLAR AXTARIR
DİA.AZ: - Yaxın vaxtlarda Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsində (XDGİ) ciddi kadr dəyişikliyi gözlənilir. Bu barədə qəzetimizə hakimiyyətdəki etibarlı mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, idarənin rəisi Aydın Bəşirov vəzifəsindən uzaqlaşdırılacaq. Buna səbəb isə onun ətrafında yaranmış böhranlı vəziyyət və yuxarı dairələrin ona göstərdiyi etimadsızlıqdır.
Mənbə bildirir ki, son dövrlər mətbuatda adı bir çox qalmaqallarda hallanan, habelə rəhbərlik etdiyi XDGİ-in iş tempi və dövriyyəsinin aşağı düşməsi, habelə bəzi siyasi oyunlara qarışdığına dair iddiaların meydana çıxması Aydın Bəşirovun vəzifəsindən getməsinə şərait yaradıb. Hətta o da deyilir ki, XDGİ-də bir çox yeyinti hallarının da üzə çıxması idarə rəisinin işlərini çıxılmaza salıb.
DİA.AZ-a verilən xəbərə görə, Aydın Bəşirov vəziyyətdən çıxmaq üçün optimal yollar axtarır. Hakimiyyət dairələri ilə apardığı danışıqlarda vəzifəsində qalması məsələsini müzakirə etsə də, bunun bir nəticəsi olmadığı deyilir. Bildirilir ki, Bəşirov dəfələrlə xahiş etsə də, ona əvvəlki vəzifəsində qalmasının mümkünsüz olduğunu çatdırıblar. Lakin bu xahişlərindən birini nəzərə alıblar ki, o da idarə rəisinin qardaşı oğlu ilə bağlıdır.
Mənbə bildirir ki, Aydın Bəşirovun qardaşı oğlu Rasim Bəşirovu öz yerinə gətirmək istəyir. Qeyd edək ki, bir vaxtlar Salyanın icra hakimi işləmiş Rasim Bəşirov 2009-cu ildə tutduğu vəzifəsindən uzaqlaşdırılıb. Ardından isə əmsinin yardımı sayəsində Azərbaycan Respublikası Dövlət Dəniz Akademiyasının rektoru təyin olunub. Salyanda işlədiyi müddətdə bir sıra qalmaqallı layihələrə imza atan sözügedən şəxsin XDGİ-yə rəhbər gətirilməsi isə hər nə qədər asan görünsə də, bir o qədər də çətin hesab olunur. Amma buna baxmayaraq, Aydın Bəşirov qardaşı oğlunu yerinə gətirməkdə israrlıdır.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Aydın Bəşirovun belə bir addım atmasının digər səbəbləri də var. Birinci məsələ odur ki, XDGİ kimi gəlirli bir yerin başqa əllərə keçməsini istəmir. İdarə rəisi qardaşı oğlunu yerinə gətirdikdən sonra bu sahədə olan payını da qorumağa nail olacaq. Digər bir səbəb isə odur ki, Aydın Bəşirov indiyə qədər yığdığı sərvətini qorumağa çalışır. Çünki bilir ki, vəzifəsindən gedəcəyi təqdirdə, onun əlindəki imkanlarının böyük bir qismini geri alacaqlar. Belə olan təqdirdə, ən optimal yol rasim Bəşirovun varis kimi təyinatını reallaşdırmaq və bununla da biznes imkanlarını mühafizə etməkdir.
Bu əsnada Aydın Bəşirovla bağlı yaranmış yeni bir qalmaqala da aydınlıq gəlməkdədir. Belə ki, Xəzər Dəniz Gəmiçilik İdarəsi rəisinin və övladlarının tikinti biznesi ortaya çıxıb. Bəzi məlumatlara görə, uzun illərdir idarədə çalışanların əksəriyyəti bu gün yataqxanalarda ağır həyat şərtləri altında yaşamağa məcburdurlar. Lakin müxtəlif vaxtlarda XDGİ-də çalışanların mənzil şəraitinin yaxşılaşdırılması adı ilə torpaq sahələri ayrılıb ki, burada onlar üçün binalar tikilsin.
Amma sonradan həmin ərazilər tamam başqa məqsədlərlə istifadə olunub. Məlumatda deyilir ki, həmin ərazidə «gəmiçilik şefi» Aydın Bəşirovun oğlanları tikinti işi ilə məşğuldur və onların inşaat firmaları var. Həmin firmalar XDGİ əməkdaşları üçün bina tikintisi məqsədi ilə ayrılan əraziləri bu və ya digər formada qəsb edərək orada yüksək mərtəbəli binalar inşa edib satırlar. Həmin binalardan biri köhnə «Dəniz Vağzalı» ilə üzbəüz, «Abşeron» mehmanxanasının yaxınlığında tikilib və orada bir mənzilin kvadratmetri 5 min manatdan aşağı satılmayıb.
Mənbə A.Bəşirovun övladlarının maxinasiyalarının bununla bitmədiyini deyir: «Aydın Bəşirov XDGİ-nin balansındakı bir çox uşaq bağçalarının yerində də göydələnlər tikilməsi üçün onu oğullarına peşkəş edib. Məsələn, belə binalardan biri keçmiş «Əzizbəyov» heykəlinin yaxınlığındakı uşaq bağçasının ərazisində inşa olunub, uşaq bağçasının özü isə tamamilə tarixin arxivinə göndərilib.»
Qeyd edək ki, əslində, XDGİ rəisinin növbəti hədəfi qurumun təmir-tikinti idarəsinin Bakı Metropoliteninin «Xətai» stansiyası yaxınlığındakı sahəsidir. Kifayət qədər böyük olan bu ərazidə də «gəmiçilik şefi»nin övladlarının göydələnlər inşa etməyə hazırlaşdığı barədə məlumatlar almışıq. Son məlumatlara görə, hazırda ərazidə olan təmir-tikinti idarəsinin inzibati binasının sökülməsinə hazırlıq görülür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|