PREZİDENTƏ ƏFV MÜRACİƏTİ EDİLDİ
Tarix: 9-03-2012, 13:25 |
Çap et
BU GÜN PREZİDENT ADMİNİSTRASİYASINDA MÜZAKİRƏ OLACAQ
Bir həftə əvvəl hüquq müdafiəçiləri prezidentə Novruz bayramı öncəsi əfv üçün müraciət ünvanlayıblar.
Martın 9-da bir qrup müdafiəçi Prezident Administrasiyasında bu məsələnin müzakirəsinə qatılacaqlar.
Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
O deyib ki, əfvlə bağlı yeni siyahı hazırlanıb və Əfv Komissiyasına təqdim edilib:
«Siyahıda 2 aprel mitinqində tutulanların, o cümlədən Bəxtiyar Hacıyev, Ruslan Bəşirli, Əli İnsanov, Fərhad Əliyevin də adları var».