ƏFV FƏRMANININ VERİLMƏSİ PLANLAŞDIRILIR
Tarix: 7-03-2012, 15:48 |
Çap et
YAP-ÇI DEPUTAT TƏSDİQLƏDİ
Novruz bayramı münasibəti ilə əfv fərmanının verilməsi gözlənilir.
Xəbərə görə, bunu Milli Məclisin əfv komissiyasının üzvü Məlahət İbrahimqızı bildirib.
O deyib ki, hazırda əfv komissiyasına daxil olan müraciətlər araşdırılır. Komissiya işini yekunlaşdırdıqdan sonra siyahı ölkə başçısına təqdim olunacaq və prezident yekun qərar verəcək. Belə bir fərmanın Novruz bayramı ərəfəsində verilməsi ehtimal olunur.
Onun sözlərinə görə, ölkə başçısı bəzən ildə bir neçə dəfə belə humanist addımlar atır.