“QUBADA SABAH HEÇ BİR AKSİYA GÖZLƏNİLMİR”
Tarix: 6-03-2012, 23:07 |
Çap et
VAHİD ƏHMƏDOV TƏKZİB ETDİ
Bəzi mətbu orqanlarda martın 7- də Qubada etiraz aksiyası keçiriləcəyi ilə bağlı məlumat yayılıb. Qeyd olunur ki, etiraz ksiyasının keçirilməsinə səbəb adamlarıın fasiləsiz olaraq dindirilməyə aparılması və yersiz incidilməsidir.
Eyni zamanda 1 mart aksiyasında saxlanılanların olmasının da etiraza yaratdığı iddia edilir. Xatırladaq ki, hüquq müdafiəçisi Arzu Abdullayevaya istinadən bu məlumat dövriyyəyə buraxılıb.
Modern.az məsələ ilə bağlı Qubadan seçilmiş millət vəkili Vahid Əhmədovla əlaqə saxlayıb rayonakı son durumla maraqlanıb. Millət vəkili bildirib ki, heç bir etiraz aksiyası gözlənilmir və deyilənlərə inanmaq lazıım deyil:
“Mən özüm bu gün rayonun polis rəisi və prokuroru ilə danışmışam. Heç kim saxlanılmayıb, Yalnız bir nəfər saxlanılmışdı, onu da buraxıblar. Qubalıların tək bir narazılığı icra başçısıyla bağlı idi, cənab prezident də bu problemi həll etdi”.
Vahid Əhmədovdan qubalıların icra başçısının səlahiiyyətlərini icra edən Sahib Məmmədovdan narazı olub-olmadığını da soruşduq. O bildirdi ki, heç bir problem yoxdur, yeni başçı təyin olunanadək Sahib müəllim vəzifəsini icra edəcək.