İRANIN BAKIDAKI CASUS ŞƏBƏKƏSİ
Tarix: 6-03-2012, 12:09 | Çap et
DİPLOMATİK KORPUSDA 110 NƏFƏRDƏN 22-Sİ DİPLOMAT STATUSU DAŞIYIR
DİA.AZ: - Son vaxtlar Qərbin İrana rejiminə basqılarının artması regiondakı siyasi vəziyyəti daha da gərginləşdirib. Belə ki, günbəgün ətrafındakı çevrənin daraldığını görən rəsmi Tehran proseslərin axınını özündən yayındırmaq üçün qonşulara təzyiqi artırmağa başlayıb. Xüsusən də Azərbaycana qarşı basqılar daha qabarıq şəkil alıb. İllərdir «cəhənnəmə gedən özünə yoldaş axtarar» prinsipi ilə hərəkət edərək ölkəmizin Qərbə inteqrasiyasına qısqançlıqla yanaşan molla rejimi, artıq Azərbaycana qarşı bir növ açıq savaş elan edib.Tehran bununla rəsmi Bakını tutduğu ədalətli mövqedən çəkindirməyə çalışır.
DİA.AZ-ın bildirdiyinə görə, İranda belə güman edirlər ki, Azərbaycan bir İslam dövləti kimi Qərblə bu ölkə arasındakı qarşıdurmada və mümkün savaşda birmənalı olaraq öz dindaşının - İranın yanında yer almalıdır. rəsmi Bakı isə bu məsələdə daha ədalətli mövqe nümayiş etdirərək, hətta İranın illərdir düşmənlərimizə - Ermənistana iqtisadi, siyasi və hərbi dəstək göstərməsinə, eynilə illərdir Bakı kəndlərində və cənub bölgəsindəki separatçılığı qızışdırmaq cəhdlərinə rəğmən, tərəflər arasındakı balansı qorumağa çalışır. Bu, başqa cür də ola bilməz. Çünki Azərbaycan bir qonşu dövlət olaraq İran hakimiyyətinin mahiyyətinə daha yaxından bələddir və burada din pərdəsi adı altında insanların on illərdir necə əsarətdə saxlanılması, o cümlədən Güneydəki 35 milyon soydaşımızın da molla rejimi tərəfindən bütün insani hüquqlardan məhrum edilməsi rəsmi Bakıya çox yaxşı bəllidir. Eyni zamanda, Azərbaycanın dövlətçilik maraqları da dünyada terrorizmə dəstək verən bir ölkə kimi tanınan İranın bu və ya digər məsələlərdə dəstəkçisi olmasını mümkünsüz edir.
Təəssüf ki, cənub qonşumuz Azərbaycanın tutduğu bitərəf mövqeni heç cür qəbul etmək istəmir. Hətta vəziyyət o həddə çatıb ki, bu gün hansısa Avropa ölkəsindən Azərbaycana reallaşdırılan diplomatik səfərlər belə, İranda böyük narahtlıqlara səbəb olur. Son zamanlar bu ölkədən Azərbaycana qarşı müxtəlif yönlü ittihamların irəli sürülməsini də məhz bu narahatlıqlarla əlaqələndirmək olar.
İran bu bəyanatla əslində Azərbaycandakı öz çirkin əməllərini ört-basdır etməyə çalışırdı. Çünki bu açıqlamanın MTN-nin Bakıda İranın xüsusi xidmət orqanı olan Sepah ın və «Hizbullah»ın yaratdığı terrorçu dəstəni zərərsizləşdirdikdən sonra gündəmə gəlməsi təsadüfi deyil. Son günlər apardığımız araşdırma nəticəsində bəlli oldu ki, İranın Bakıdakı diplomatik korpusunda çalışan nümayəndələrin sayı 97 nəfərdir. Əgər biz Naxçıvandakı konsulluğun əməkdaşlarının sayını da buraya əlavə etsək, bu rəqəm 110-a çatır. Hansı ki, həmin 110 nəfərdən cəmi 22 nəfər diplomat statusu daşıyır. Çox maraqlıdır ki, qalan 88 nəfər əməkdaş bu gün hansı məqsədlə Bakıda fəaliyyət göstərir? Belə çıxır ki, Tehran Azərbaycandakı 22 diplomatının hər birinə sürücü, aşbaz, xadimə və.s. kimi xidmət göstərmək üçün 4 nəfər işçi ayırıb?!
Əslində isə bu şəxslərin böyük əksəriyyətinin Bakıda casus kimi fəaliyyət göstərdiyi heç kimə sirr deyil. O cümlədən, Azərbaycanda fəaliyyət göstərən bir çox qurumların, məsələn, İran Milli Bankının Bakı nümayəndəliyi, Şəhriyar adına Mədəniyyət Mərkəzi, Qızıl Aypara Cəmiyyəti və.s. təşkilatların əməkdaşları, eləcə də bir sıra mətbu orqanların, ölkəmizə gələn iranlı tələbələrin, hətta oxumaq məqsədilə İrana gedən gənclərimiz arasında da bu ölkənin xüsusi xidmət orqanlarına çalışan insanların mövcudluğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, molla rejimi Azərbaycandakı kəşfiyyat xidmətinə hər il milyonlarla dollar xərcləyir. Halbuki, bütün bunların qarşılığında Azərbaycanın İrandakı səfirliyində ümumilikdə 21 nəfər fəaliyyət göstərir. Onların da cəmi 11 nəfəri rəsmi diplomat statusunda çalışır. Hər iki dövlətin ərazisi arasında müqayisə apardıqda isə bu rəqəmlərin tamamilə bir-birinə tərs mütənasib olduğu aydın olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|