AZƏRBAYCAN ORDUSUNUN İKİ ƏSGƏRİ ŞƏHİD OLUB
Tarix: 3-03-2012, 15:09 |
Çap et
ERMƏNİLƏR ATƏŞKƏSİ YENƏ DƏ POZUB
Azərbaycan Ordusunun iki əsgəri şəhid olub.
Trend-in bölgə müxbirinin məlumatına görə, martın 2-dən 3-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində 1993-ci il təvəllüdlü, Balakən rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Vüqar Bəxtiyar oğlu Dibilov və 1992-ci il təvəllüdlü, Qusar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Seyidəli Şıxislam oğlu Şidəliyev şəhid olub.
Müdafiə Nazirliyi hələki rəsmi məlumat yaymayıb.