
İRANA QARŞI AKSİYAYA RƏDD CAVABI
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Dünya Azərbaycanlıları Konqresinin (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməsi ilə bağlı məktubuna cavab verib.
DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda BŞİH Nazirlər Kabinetinin müvafiq qərarı əsas gətirərək, aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.
DAK-dan isə bildirilib ki, təşkilat aksiyanı keçirməkdə israrlıdır.
Qeyd edək ki, oktyabrın 6-da DAK-ın keçirmək istədiyi aksiyada İranda azərbaycanlıların hüquqlarının pozulmasına və Urmiya gölünün quruması prosesinə bu ölkənin dövlət qurumlarının biganəliyinə etiraz edilməsi nəzərdə tutulur.