QUBA CAMAATI QƏLƏBƏSİNİ QEYD EDİR
Tarix: 2-03-2012, 16:00 |
Çap et
BAŞÇININ ÇIXMA XƏBƏRİNİ EŞİDƏNLƏR İCRA HAKİMİYYƏTİNƏ SARI AXIŞIRLAR
DİA.AZ: - Məlum olduğu kimi, Rauf Həbibov Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev martın 2-də sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıb ki, Rauf Xeyrulla oğlu Həbibov Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
DİA.AZ-a Qubadan daxil olan məlumatda deyilir ki, bu xəbər rayonda böyük sevinclə qarşılanıb.
Rayona ezam olunmuş müxbirimizin məlumatı: “Xəbəri eşidən hər kəs icra hakimiyyətinə doğru axışır. Xalq öz qələbəsindən məmnundur. Hamının demək olar ki, üzü gülür”