Əsas Səhifə > Dünya > Qətər böhranı bu ölkəyə baha başa gəldi
Qətər böhranı bu ölkəyə baha başa gəldi7-07-2017, 09:05 |
Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı yolun bağlanmasından sonra Qətər xəttində işləyən təxminən 500 TIR-ın dayanması nəticəsində İordaniyada bu sektora 8.5 milyon dollardan çox ziyan dəyib. Axar.az xəbər verir ki, bu sözləri İordaniya TIR Sahibləri Qurumunun rəhbəri Məhəmməd əd-Davud söyləyib. O, bundan əlavə Səudiyyə Ərəbistanı-Qətər xəttində işləmək üçün xeyli məbləğdə pul ödəyərək viza alan TIR sürücülərinin də zərər gördüklərini bildirib. Geri qayıt |