Qətər böhranı bu ölkəyə baha başa gəldi
Tarix: 7-07-2017, 09:05 |
Çap et
Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı yolun bağlanmasından sonra Qətər xəttində işləyən təxminən 500 TIR-ın dayanması nəticəsində İordaniyada bu sektora 8.5 milyon dollardan çox ziyan dəyib.
Axar.az xəbər verir ki, bu sözləri İordaniya TIR Sahibləri Qurumunun rəhbəri Məhəmməd əd-Davud söyləyib.
O, bundan əlavə Səudiyyə Ərəbistanı-Qətər xəttində işləmək üçün xeyli məbləğdə pul ödəyərək viza alan TIR sürücülərinin də zərər gördüklərini bildirib.