Əsas Səhifə > Dünya > AB-dən Moldova xəbərdarlığı
AB-dən Moldova xəbərdarlığı20-06-2017, 09:27 |
Avropa Birliyi də Moldovada seçki sisteminə planlaşdırılan dəyişikliklərə etiraz səsini ucaldıb. Qurum iyunun 19-da bildirib ki, belə dəyişikliklərdən ötrü milli konsensus mövcud deyil. Ötən həftə Venesiya Komissiyası və ATƏT DTİHB dəyişiklikləri tənqid edib, qadınların və azlıqların qeyri-adekvat təmsilçiliyi, siyasi namizədlərə təsir riskiylə bağlı xəbərdarlıq edib. Avropa qurumları həmçinin, siyasi partiyalar və kampaniyaların tənzimlənməsi və nəzarət məsələlərini gözardı edilməsindən narahatdırlar. Venesiya Komissiyası belə fundamental dəyişikliyin… hal-hazırda məsləhət görülmədiyini bildirib. «Təklif olunan dəyişikliklər indiki siyasi kontekstdə ciddi narahatlıq yaradır», – AB-nin sözçüsü deyib. Geri qayıt |