AB-dən Moldova xəbərdarlığı
Tarix: 20-06-2017, 09:27 |
Çap et
Avropa Birliyi də Moldovada seçki sisteminə planlaşdırılan dəyişikliklərə etiraz səsini ucaldıb. Qurum iyunun 19-da bildirib ki, belə dəyişikliklərdən ötrü milli konsensus mövcud deyil.
Ötən həftə Venesiya Komissiyası və ATƏT DTİHB dəyişiklikləri tənqid edib, qadınların və azlıqların qeyri-adekvat təmsilçiliyi, siyasi namizədlərə təsir riskiylə bağlı xəbərdarlıq edib.
Avropa qurumları həmçinin, siyasi partiyalar və kampaniyaların tənzimlənməsi və nəzarət məsələlərini gözardı edilməsindən narahatdırlar.
Venesiya Komissiyası belə fundamental dəyişikliyin… hal-hazırda məsləhət görülmədiyini bildirib.
«Təklif olunan dəyişikliklər indiki siyasi kontekstdə ciddi narahatlıq yaradır», – AB-nin sözçüsü deyib.