Əsas Səhifə > Dünya > Keçmiş spiker siyasi partiya qurur
Keçmiş spiker siyasi partiya qurur17-06-2017, 11:01 |
Gürcüstan parlamentinin keçmiş spikeri Davit Usupashvili yeni mərkəzçi siyasi hərəkat yaratmaq planlarını elan edib. O, iyunun 16-da bildirib ki, İnkişaf hərəkatı oktyabrda bələdiyyə seçkilərinə qatılmağı planlaşdırır. Ancaq partiya rəsmən gələn ilin əvvəlində qeydiyyata alınacaq. Onun sözlərinə görə, hərəkatın əsas məqsədi 2020-ci il parlament seçkilərindən sonra hakimiyyətə gəlmək olacaq. Usupashvili 2012-2016-cı illərdə hakim Gürcü Arzusu koalisiyasının hakimiyyəti dövründə parlamentin spikeri olub. O, 2005-2013-cü illərdə Respublikaçı Partiyasına rəhbərlik edib. Respublikaçılar 2016-cı ildə parlamentdə yer qazana bilməyəndən sonra partiyadan gedib. Respublikaçı Partiyasının bir sıra keçmiş aparıcı üzvləri yeni hərəkata qoşulub. Geri qayıt |