Keçmiş spiker siyasi partiya qurur
Tarix: 17-06-2017, 11:01 |
Çap et
Gürcüstan parlamentinin keçmiş spikeri Davit Usupashvili yeni mərkəzçi siyasi hərəkat yaratmaq planlarını elan edib. O, iyunun 16-da bildirib ki, İnkişaf hərəkatı oktyabrda bələdiyyə seçkilərinə qatılmağı planlaşdırır. Ancaq partiya rəsmən gələn ilin əvvəlində qeydiyyata alınacaq.
Onun sözlərinə görə, hərəkatın əsas məqsədi 2020-ci il parlament seçkilərindən sonra hakimiyyətə gəlmək olacaq.
Usupashvili 2012-2016-cı illərdə hakim Gürcü Arzusu koalisiyasının hakimiyyəti dövründə parlamentin spikeri olub. O, 2005-2013-cü illərdə Respublikaçı Partiyasına rəhbərlik edib. Respublikaçılar 2016-cı ildə parlamentdə yer qazana bilməyəndən sonra partiyadan gedib.
Respublikaçı Partiyasının bir sıra keçmiş aparıcı üzvləri yeni hərəkata qoşulub.