Əsas Səhifə > Dünya > Tramp xüsusi müşavirini işdən çıxarmayacaq
Tramp xüsusi müşavirini işdən çıxarmayacaq14-06-2017, 09:32 |
Ağ ev iyunun 13-də bildirib ki, prezident Donald Trump-ın xüsusi müşavirini işdən çıxarmaq hüququ var, ancaq bunu etmək niyyəti yoxdur. Söhbət Rusiyanın ötənilki prezident seçkisinə mümkün müdaxiləsini araşdıran müşavir Robert Mueller-dən gedir. Prezident Rusiya təhqiqatına qarşı sərt mövqe tutub. Ədliyyə nazirinin xüsusi müşaviri Robert Mueller isə ötən ay bu araşdırmanın başına təyin olunub. Trump-ın yaxın dostu bir gün öncə deyirdi ki, o, Mueller-i işdən çıxarmağı götür-qoy edir. Ağ evin sözçüsü Sarah Huckabee Sanders iyunun 13-də jurnalistlərə deyib ki, prezidentin belə bir fikri yoxdur. Bir ay öncə Trump Rusiya təhqiqatına rəhbərlik etmiş FTB rəhbəri James Comey-ni vəzifədən uzaqlaşdırıb. Geri qayıt |