Tramp xüsusi müşavirini işdən çıxarmayacaq
Tarix: 14-06-2017, 09:32 |
Çap et
Ağ ev iyunun 13-də bildirib ki, prezident Donald Trump-ın xüsusi müşavirini işdən çıxarmaq hüququ var, ancaq bunu etmək niyyəti yoxdur. Söhbət Rusiyanın ötənilki prezident seçkisinə mümkün müdaxiləsini araşdıran müşavir Robert Mueller-dən gedir.
Prezident Rusiya təhqiqatına qarşı sərt mövqe tutub. Ədliyyə nazirinin xüsusi müşaviri Robert Mueller isə ötən ay bu araşdırmanın başına təyin olunub.
Trump-ın yaxın dostu bir gün öncə deyirdi ki, o, Mueller-i işdən çıxarmağı götür-qoy edir.
Ağ evin sözçüsü Sarah Huckabee Sanders iyunun 13-də jurnalistlərə deyib ki, prezidentin belə bir fikri yoxdur.
Bir ay öncə Trump Rusiya təhqiqatına rəhbərlik etmiş FTB rəhbəri James Comey-ni vəzifədən uzaqlaşdırıb.