Əsas Səhifə > Dünya > İrandan Trampa reaksiya gəldi
İrandan Trampa reaksiya gəldi22-05-2017, 10:07 |
İranın xarici işlər naziri Mohammad Javad Zarif ABŞ prezidenti Donald Trump-ı və Səudiyyə Ərəbistanını silah və sərmayə sazişlərinə görə tənqid edib. O, ərəb ölkələrinin siyasətinin Birləşmiş Ştatlarda 11 Sentyabr terroruna səbəb olduğunu bildirib. Bundan cəmi bir neçə saat öncə ABŞ prezidenti Ər-Riyaddakı çıxışında İranın islamçı yaraqlı qrupların əsas sponsoru olduğunu söyləyib. Mayın 19-da İranda prezident seçkisində isə Hassan Rouhani ikinci müddətə seçilib. Müşahidəçilər bu qələbənin Tehranla Qərbin münasibətlərinin yaxşılaşmasına xidmət edəcəyini düşünürlər. Zarif isə Twitter-də Səudiyyənin ABŞ-la sazişlərini pisləyib, səudiyyəlilərdən 480 milyard dolları «sağmağa» çalışdığını yazıb: «Real seçkidən çıxmış İran @POTUS-un hücumuna məruz qalır, amma demokratiya və mötədillik qalasıdır. Xarici siyasət, yoxsa KSA-dan 480 milyard dollar sağmaq?». POTUS Birləşmiş Ştatların Prezidenti deməkdir, KSA isə Səudiyyə Ərəbistanı Krallığının ingiliscə baş hərfləridir. Geri qayıt |