İrandan Trampa reaksiya gəldi
Tarix: 22-05-2017, 10:07 |
Çap et
İranın xarici işlər naziri Mohammad Javad Zarif ABŞ prezidenti Donald Trump-ı və Səudiyyə Ərəbistanını silah və sərmayə sazişlərinə görə tənqid edib. O, ərəb ölkələrinin siyasətinin Birləşmiş Ştatlarda 11 Sentyabr terroruna səbəb olduğunu bildirib.
Bundan cəmi bir neçə saat öncə ABŞ prezidenti Ər-Riyaddakı çıxışında İranın islamçı yaraqlı qrupların əsas sponsoru olduğunu söyləyib.
Mayın 19-da İranda prezident seçkisində isə Hassan Rouhani ikinci müddətə seçilib. Müşahidəçilər bu qələbənin Tehranla Qərbin münasibətlərinin yaxşılaşmasına xidmət edəcəyini düşünürlər.
Zarif isə Twitter-də Səudiyyənin ABŞ-la sazişlərini pisləyib, səudiyyəlilərdən 480 milyard dolları «sağmağa» çalışdığını yazıb:
«Real seçkidən çıxmış İran @POTUS-un hücumuna məruz qalır, amma demokratiya və mötədillik qalasıdır. Xarici siyasət, yoxsa KSA-dan 480 milyard dollar sağmaq?».
POTUS Birləşmiş Ştatların Prezidenti deməkdir, KSA isə Səudiyyə Ərəbistanı Krallığının ingiliscə baş hərfləridir.