Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                     Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... .....                     Araqçı və Mirzoyanın intensiv telefon danışığının .....                     “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü .....                     Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə .....                     Ermənistan labirintdədir: Əllər yuxarı... .....                     "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir ölkə elan etdi: .....                     Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb .....                 

Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin! - NƏ BAŞ VERİR?
Tarix: 24-10-2024, 06:53 | Çap et
Köhnə ideyaya qayıdış: NATO qoşunları Ukraynaya göndərilsin!
Avropada Şimali Koreya əsgərlərinin Rusiyada peyda olmasından sonra yenidən Ukraynaya qoşun göndərilməsi müzakirə edilir. Fransa Prezidenti Emmanuel Makronun ilin əvvəlində dilə gətirdiyi NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyası Şimali Koreyadan olan əsgərlərin Rusiya qoşunlarının sıralarına qatılması xəbərindən sonra müzakirə predmetinə çevrilib.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Politico” nəşrinə bildirib ki, Şimali Koreyadan olan hərbçilərlə bağlı məlumat təsdiqlənərsə, NATO ölkələri Ukraynaya qoşun yeritmək məsələsinə qayıtmalı olacaqlar: “Biz cavab verməkdə hələ də gecikirik. Makronun ideyalarına yenidən baxılmalıdır, həm də gec olmadan”.

“Litva müvafiq koalisiya yaradılarsa, təlimatçılarını dərhal Ukraynaya göndərməyə hazırdır. Söhbət Rusiya Federasiyasının tammiqyaslı işğalından əvvəl artıq Ukraynada olan insanlardan gedir. Biz Ukraynaya əvvəl orada olanları geri göndərə bilərik. Mən sizə deyirəm ki, Litva, məsələn, Fransanın başçılıq etdiyi, Ukraynada əsgər hazırlayacaq koalisiyaya qoşulmağa hazırdır", Litvanın xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, oktyabrın 18-də Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti bu ay Rusiyaya Ukrayna ilə müharibədə ona dəstək olmaq üçün 12 min Şimali Koreya xüsusi təyinatlısını göndərəcəyini açıqlayıb. Bildirilib ki, hərbçilərdən 1500 nəfəri artıq Ukrayna cəbhəsinə yerləşdirilib. Qalan hərbçilərin isə Uzaq Şərqdə təlim keçdiyi bildirilir.

Eyni vaxtda Ukrayna Prezident Volodimir Zelenski bəyan edib ki, Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə 10 min əsgər göndərib. Rəsmi Kiyevin iddiasına görə, hətta koreyalı xüsusi təyinatlılardan müharibədə həlak olanlar da var.

İyun ayında Pxenyana səfəri zamanı “Koreya xalqının ən əziz dostu” Putin ilə Kim Çen Rusiya Federasiyası və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Saziş ölkələrin bir-birinə hərbi yardım göstərməsini nəzərdə tutur. O vaxta qədər Kim Çen demək olar ki, bir il idi Putinin ordusunu artilleriya mərmiləri ilə təmin edirdi. Sonra Rusiyaya raketlər tədarük edildi. İndi isə əsgərlər göndərilir.

Bazar ertəsi NATO-nun baş katibi Mark Rutte Cənubi Koreya Prezidenti Yoon Seok-yeoldan Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi ilə bağlı Alyans liderlərini məlumatlandırmaq üçün nümayəndə heyəti göndərməyi xahiş edib. Seul öz kəşfiyyatçılarını təkcə Brüsselə deyil, həm də Ukraynaya göndərmək niyyətindədir. Cənubi Koreyanın kəşfiyyat mənbəsi “Yonhap” xəbər agentliyinə bildirib ki, “Rusiyaya dəstək üçün göndərilən Şimali Koreya xüsusi təyinatlılarının taktikasına və döyüş qabiliyyətinə nəzarət etmək üçün Ukraynaya şəxsi heyətin göndərilməsi ehtimalı var”.

Nə Rutte, nə də ABŞ-ın müdafiə naziri Lloyd Ostin hələlik Cənubi Koreya və Ukraynanın bəyanatlarını təsdiqləməyiblər. 2011-2018-ci illərdə Avropa Parlamentinin üzvü olmuş estoniyalı Rijo Terhas Rutte və Ostinin açıqlamasını “heç nə etməmək üçün bəhanə” hesab edir: “Mən əminəm ki, Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi ilə bağlı xəbərlər tezliklə təsdiqlənəcək. Çünki onlar həqiqətən də Rusiyaya göndərilib”, Tehras “Politico”ya deyib.

Terhasın sözlərinə görə, Putin “çarəsizlikdən” Kim Çenlə razılaşıb: “Çünki onun cəbhədə kifayət qədər əsgəri yoxdur və Kreml rəhbəri səfərbərlik elan etmək istəmir”.

Estoniyalı hesab edir ki, Şimali Koreya xüsusi təyinatlılarının müharibədə iştirakının döyüş meydanında minimal təsiri olacaq: “Minlərlə rusdilli olmayan hərbçilərin döyüşlərə cəlb edilməsi əməliyyat zamanı çətinliklər yaradacaq. Bununla belə, əminəm ki, avropalılar öz qoşunlarını Ukraynada yerləşdirmək fikrinə qayıtmalıdırlar”.

Fransanın müdafiə naziri Sebastyan Lekornu uzunmüddətli olsa da, bu variantın lehinə danışıb: “Təsəvvür edin ki, atəşkəs və ya sülh müqaviləsi var. Amma siz başa düşəcəksiniz ki, Rusiyadan gələn yeni təhlükəni dəf etmək üçün Ukrayna ərazisinə adi çəkindirici qüvvələrin yerləşdirilməsi məsələsi açıq şəkildə həll edilməli olan məsələdir".

Londonda isə Şimali Koreyanın hərəkətləri ilə əlaqəsi olmasa da, Ukraynaya hərbi təlimatçıların göndərilməsi imkanları araşdırılır. Britaniya silahlı qüvvələrinin rəsmiləri Ukraynanın ucqar bölgələrində yeni çağırışçılar üçün intensiv təlimlərin təşkilini müzakirə edirlər. Bu barədə məlumatı olan iki şəxs “The Times”a bildirib. Onların fikrincə, bu, Ukrayna əsgərlərinə Böyük Britaniyada təlim keçərkən yaranan bəzi maddi-texniki problemləri həll edəcək və pula qənaətə səbəb olacaq.

“Avropa İttifaqı münaqişə bitdikdən sonra Ukraynaya qoşun yeritməlidir”. Bu sözləri isə “Politico”ya müsahibəsində ABŞ-ın Yaponiyadakı keçmiş səfiri Kennet Vaynşteyn deyib.

“Ukrayna və Rusiya arasında hərbisizləşdirilmiş zona varsa, mən təklif edərdim ki, bu zonada NATO qoşunları və ABŞ qoşunları deyil, Avropa İttifaqının qoşunları yerləşdirilsin”, - ABŞ-ın keçmiş diplomatı bildirib.

Vaynşteyn Avropa İttifaqını təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə hazırlaşmağa çağırıb. Diplomatın fikrincə, Avropa İttifaqının Kiyevə mühüm təhlükəsizlik zəmanətləri verməsi kritik dərəcədə vacibdir.

Diplomat əlavə edib ki, qoşunların Ukraynaya yerləşdirilməsi birləşmə niyyətlərinin ciddiliyini göstərəcək.

Daha əvvəl “Politico” mənbələrə istinadən yazıb ki, Avropa İttifaqı Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edəcək. Avropa rəsmisinin sözlərinə görə, Ukraynaya sülhməramlı kontingentin göndərilməsi məsələsi gec-tez ortaya çıxacaq.

AYNA.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Dünən, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Dünən, 12:54
Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Dünən, 12:51
“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Dünən, 12:42
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Dünən, 12:38
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Dünən, 12:36
“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Dünən, 12:28
Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Dünən, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru