COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

NATO-nun müharibə qorxusu - Müharibə və utanc arasında seçim
Tarix: 8-04-2024, 00:02 | Çap et
NATO-nun müharibə qorxusu
NATO bloku özünün yubileyinə çox gərgin və demək olar ki, mövcudluğunun həlledici məqamında yaxınlaşır. 75 illik tarixi olan NATO indi Vladimir Putinin Ukraynaya qarşı təcavüzü fonunda xarici deyil, daxili təzyiqə məruz qalmaqdadır.

1949-cu ildə ABŞ və Qərbi Avropa ölkələri tərəfindən yaradılmış NATO blokunun məqsədi SSRİ-nin mümkün təcavüzü qarşısında bu ölkələri birləşdirmək idi. NATO effektivliyinə görə unikal ittifaq oldu ki, bu, təkcə hərbi əməkdaşlıq və kollektiv müdafiə üçün deyil, həm də Avropa və Amerikanı siyasi və hətta mədəni əlaqələrlə möhkəm birləşdirdi.

NATO bir çox çağırışlara tab gətirdi, lakin Sovet İttifaqının dağılmasından və Varşava Müqaviləsi tarix olandan sonra Alyans, bildiyimiz kimi, birbaşa düşmənsiz qaldı və bir çoxlarının fikrincə, öz mənşəyini itirdi.

1990-cı illərdə NATO-nun ləğvi məsələsi ortaya çıxdı, o zaman Rusiya rəhbərliyi bu ideyanı böyük həvəslə irəli sürməyə çalışdı. Və bəyan etdi ki, Avropanın özünün təhlükəsizlik təşkilatı - bütün Avropa dövlətləri və ABŞ-ın daxil olduğu ATƏT var. Rusiya da daxil olmaqla, ümumi, kollektiv və bölünməz təhlükəsizlik sisteminin əsasına bu təşkilat çevrilə bilər. Ancaq siyasi deyil, bürokratik ətalət sayəsində NATO sağ qaldı. Blok daha geniş təhlükəsizlik sahəsində problemlərin həllində, xüsusən kibercinayətlərlə, yeni çağırışlar və təhdidlərlə və s. mübarizədə “özünü saxladı”. Sonra NATO ölkələrinin iştirak etdiyi Yuqoslaviya müharibəsi baş verdi və iki dəfə Slobodan Miloşeviçin simasında Serbiya qüvvələri sülhə məcbur edildi.

Vladimir Putin Rusiyada hakimiyyətə gəldikdən və 2000-ci illərin ikinci yarısında Qərblə əvvəlki sovet qarşıdurmasının bərpasına doğru kifayət qədər açıq-aşkar dəyişiklik olduqdan sonra NATO ürəkləndi və onların mövcudluğunun mənasının qaldığını anladı. Bundan əlavə, Şərqi Avropa ölkələri də Alyansa üzv olmağa can atırdılar, bunu öz təhlükəsizliyinin və müstəqilliyinin qorunub saxlanmasının əsas bazası hesab edirdilər. Ukrayna indi də eyni mövqedən çıxış edir, Alyansa bir növ universal qoruyucu mexanizm kimi baxır.

Bununla belə, NATO-nun belə etibarlı təhlükəsizliyin təminatçısı olduğuna dair bütün ümidlər əslində yalnız bir mülahizəyə əsaslanır, yəni Birləşmiş Ştatlar blokun əsas hərbi qüvvəsi kimi müttəfiqlik öhdəliyinə sadiq qalaraq hər an hazır olacaq, Avropa ölkələrinin köməyinə gələcək.

Bu üstüörtülü anlaşma 2022-ci ilə qədər davam etdi. O zaman birdən məlum oldu ki, təcavüzkarda müəyyən həyasızlıq və cəsarət varsa, hətta ilk hərbi güc belə, əslində başqa bir nüvə dövləti ilə mümkün qarşıdurma qorxusu ilə iflic vəziyyətinə düşür.

Bəlli oldu ki, Vaşinqton təcavüzə məruz qalmış və ABŞ-ın özünün müəyyən təhlükəsizlik təminatları verdiyi ölkəyə yardım naminə nəinki əsgərlərini, hətta anbarlarındakı sahibsiz silahları belə qurban verməyə tam hazır deyil. Məlumdur ki, 2022-ci ilin yazında Ukraynanın məğlubiyyəti qaçılmaz görünəndə məhz ABŞ Şərqi Avropa ölkələrinə təzyiq göstərərək onlardan Ukraynaya heç bir silah, ilk növbədə onların MiQ-29 qırıcılarını ötürməmələrini tələb edib. Hansı ki, Kiyevin buna çox ehtiyacı vardı. Ardıcıl üçüncü ildir ki, Birləşmiş Ştatlar həddindən artıq qərarsızlıq və sadə dillə desək, Rusiyadan qorxu nümayiş etdirir - bu qorxu Vaşinqtonun “dünya liderliyi” iddialarına uyğun gəlmir.

Eyni zamanda, hazırda Bayden administrasiyası özünü axmaq vəziyyətə salıb, ləngliyi və qorxusu ucbatından Ukraynanı 2022-ci ildə və ya ən azı 2023-cü ildə işğalçıya qəti məğlubiyyət yaşatmaq üçün kifayət qədər vəsait vermədi, administrasiya özünü Donald Trampın eqoist kursunun girovuna çevirdi. Bu, öz maraqlarına uyğun olaraq, Baydenin Ukraynaya yeni silahlar verməsinin qarşısını alır və bununla da, əslində Ukraynanı açıq-aşkar məğlubiyyət perspektivinə məhkum edir. NATO-nun əsas üzvü və onun müdafiə qabiliyyətinin təminatçısı olan dövlətin tərəfdaşlarına münasibəti göz qabağındadır.

Həm ABŞ-ın, həm də Almaniya kimi digər NATO ölkələrinin NATO-nun heç bir halda Rusiya ilə müharibəyə cəlb edilməməsi ilə bağlı ritorikası NATO liderlərinin adi rahatlıqlarını itirmək ehtimalı qarşısında hiss etdikləri panikadan xəbər verir. Və burada sual yaranır - əslində təcavüzə qarşı kollektiv müdafiəni təmin edə bilməyən müdafiə bloku nəyə lazımdır? Əgər hər hansı bir müharibədən bu qədər qorxursunuzsa, o zaman müdafiə bloku əvəzinə kollektiv təslim bloku yaratmalı və bunu açıq elan etməlisiniz. O zaman müharibə təhlükəsi aradan qalxacaq! İstənilən potensial təcavüzkar, istər Putin, istər Si Cinpin, istər Taliban, istərsə də İŞİD sizi öz qaydalarına uyğun dinc yaşamağa məcbur edəcək.

NATO-da eşidilən Fransa Prezidenti Emmanuel Makronun mövcud reallığı qəbul edib qəti addımlara başlamağın, ona qarşı istənilən təcavüzü boğmağa hazır olmağın vaxtı gəldiyi barədə səsi okeanın hər iki tərəfində qəzəbli səslərin uğultusu ilə qarşılaşdı.

Həm Şərqi Avropada, həm də “Qlobal Cənub” ölkələrində ciddi sual verirlər - Rusiya diktatoru NATO ölkəsinə hücum etsə, nə baş verəcək? Alyansın digər üzvləri təcavüz qurbanına kömək edəcəkmi? Vaşinqton müqaviləsinin 5-ci maddəsi işə salınacaqmı? Bu gün bu məğlubiyyət ritorikasının işığında yüksək dərəcədə əminliklə deyə bilərik ki, belə bir şey olmayacaq. NATO ölkələrindən heç biri əsl müharibənin qorxusundan təcavüz qurbanına kömək etməyəcək.

NATO-da düşüncə ətaləti, rahatlıq vərdişi və dəyişmiş reallıqları qəbullanmaq istəməməsi qaçılmaz siyasi, bəlkə də, hətta tarixi məğlubiyyətə gətirib çıxaracaq. Təəssüf ki, biz hələ Avropanın siyasi üfüqündə reallığı aydın dərk edəcək və yeni çağırışlara cavab vermək üçün fəal addımlar atacaq qüvvələr və siyasətçilər görmürük.

Hələlik biz ancaq özbaşınalıq və NATO rəsmilərinin səriştəsizliyini nümayiş etdirən bəyanatlar eşidirik. Xüsusilə, NATO-nun Ukraynanı məhz Rusiya ilə müharibə qorxusuna görə öz sıralarına dəvət etməyəcəyi ilə bağlı son xəbərlər bunu açıq şəkildə təsdiqləyir.

Uinston Çörçilldən sonra təkrar-təkrar söyləmək olar: “Müharibə və utanc arasında seçim etməli olacağıq və qərarın nə olacağına şübhəm yoxdur".

Əgər Qərb liderləri öz illüziyalarında israr etməkdə davam edərlərsə, NATO çox güman ki, növbəti əlamətdar ildönümünü görə bilməyəcək.

Müəllif: Boris Bondarev - İstefada olan diplomat, silahların yayılmaması, tərksilah və silahlara nəzarət üzrə ekspert.

Mənbə: Moscowtimes.ru
Tərcümə AYNA-ya məxsusdur








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru