Moskva: Terror oldu... və bitdi... - Bundan sonra NƏ OLACAQ?
Tarix: 26-03-2024, 08:29 | Çap et
Moskva terrorunda hücumun baş verdiyi gecə “günahkarın” İŞİD-in elan edilməsinin mümkünlüyü haqda yazmışdıq: bu, Rusiyanın terroru Kiyevin üzərinə yıxmaq və Ukraynanın bombardman edilməsini “legitimləşdirmək” gedişinə qarşı atılan addım kimi görünür; Və İŞİD-Xorasanın məsuliyyəti üzərinə götürməsi – terrorçuların tacik əsilli ekstremistlər olması diqqəti uzaq şərqə - qruplaşmanın mənzilləndiyi Əfqanıstana yönəltdi. Hərçənd, İŞİD də daxil olmaqla terror qruplarının hücumlarını “sifariş” əsasında etdiyi sirr deyil, bu baxımdan, Moskva terrorunun arxasında hansı gücün-tərəfin dayandığı hələ də sual altında qalır. Hücumun arxasında Moskvanın diqqət çəkmək istədiyi Kiyevin dayandığı ehtimalı azdır: - Belə bir addım Ukraynanı işğala məruz qalan ölkədən terrora əl atan ölkəyə çevirə, - Baş verən terror aktı Rusiyanın Ukraynaya hücumunu “legitimləşdirməyə” kömək edə, - Rusiya cəmiyyətinin Putinin siyasəti ətrafında həmrəyliyinin güclənməsi ilə nəticələnə bilər; Terror aktını rus ictimai rəyini xarici düşmənə qarşı həmrəyliyə kökləsə də, Kiyevin iddia etdiyi kimi Moskvanın “əl işi” olması ehtimalı da zəifdir: çeçen müharibəsində mövcud olan iddialar fonunda müəyyən versiyalar önə çıxır, lakin xalqı xarici düşmənə qarşı səfərbər etmək üçün Moskvanın mərkəzində qanlı terrordan daha yüngül addımların atılması mümkündür, digər tərəfdən, mümkün “qazanc”la müqayisədə Rusiyanın daxili təhlükəsizliyindən tutmuş ictimai əhval-ruhiyyəsinə qədər ortaya çıxan mənfi nəticələr daha ağırdır; Terror hücumu ilə müharibənin Rusiyanın daxilinə köçürülməsi ehtimalı da o qədər güclü deyil, çünki nəticə rus ictimai rəyinin Putin ətrafında cəmlənməsindən başqa bir şey olmayacaq. Bununla yanaşı, terror aktı bütün dünyanın Rusiya ilə həmrəy olması ilə nəticələndi, hətta Ukraynada Moskva ilə döyüşən Qərb ölkələrinin də. Müəmmalar çoxdur, hərçənd, mümkün siyasi hədəflər fonunda bu terrorun “izlərinin” daha dərinə getdiyi görünür. Terror aktının İŞİD-Xorasan qruplaşması üzərinə götürməsi, yaxud onun üzərinə qoyulması və terrorçuların xüsusilə tacik əsilli olması bir versiyanı önə çıxarır: Yaxın Şərqdə “missiyasını” başa vuran İŞİD-in yeni ünvanı Asiya ola bilər; İŞİD-Xorasan 2014-cü ildə terror təşkilatının qolu kimi Əfqanıstanda meydana çıxsa da, “İslam dövləti” planının Yaxın Şərqdə “məğlub” olmasından sonra bu “ideya” “Böyük Xorasan” adlandırılan Cənubi - Mərkəzi Asiya bölgəsinə daşındı. Maraqlıdır ki, 2015-ci ildə Tacikistan xüsusi təyinatlı qüvvələrinin komandirlərdən polkovnik Gülmurod Halimovun İŞİD-ə qoşulması ilə terror təşkilatı daxilində ciddi gücə çevrilən “tacik qrup” Yaxın Şərqdəki “məğlubiyyətdən” sonra “Xorasanda” daha aktiv şəkildə ön plana çıxmağa başladı. Və belə görünürdü ki, 2017-ci ildən sonra terror planı Yaxın Şərqdən Asiyaya köçürülür. İŞİD-Xorasan qruplaşmasının aktiv terror hücumlarına ABŞ-ın Əfqanıstandan çıxmasından sonra başlaması da burada diqqətçəkən məqamlardandır. Qruplaşmanın son illər əsasən Rusiyanı – birbaşa Putini təhdid etməsi təsadüfə bənzəmirdi və bunun fonunda “Moskva teraktı ilə terrorun yeni ünvanının “Xorasan vilayəti” olması aktivləşdirilir” sualını aktuallaşdırır. Bu amillər Moskva teraktının siyasi hədəfləri ilə bağlı mümkün ehtimallar yaradır. Birincisi, Rusiyaya qarşı Asiyadan – “yumşaq qarnı”ndan yeni “cəbhə” açılır; Bu, Ukrayna müharibəsi fonunda ilkin hədəflərdən biri kimi görünür. Çünki bu terakt Rusiyanın diqqətini Asiyaya da yönəldəcək və Moskvanın bu coğrafiyada mümkün anti-terror əməliyyatı qüvvələrini parçlaya bilər. Hərçənd, Rusiya belə bir əməliyyata KTMT-ni də cəlb edəcək və bu, “hərbi ittifaqı güclənməsi” kimi üstün tərəfləri ilə yanaşı, “ittifaq daxili ixtilafların dərinləşməsi” kimi risklər də vəd edir. Bütün hallarda Asiyadan gələn təhlükə Rusiyanın qüvvələrinin bölünməsi ilə nəticələnə bilər. İkincisi və daha uzağa gedən hədəf Yaxın Şərqdəki qeyri-stabilliyin Cənubi – Mərkəzi Asiya coğrafiyasına köçürülməsidir: bu, həm Rusiya ətrafında, həm də Çin və bu ölkənin üstünlük verdiyi nəqliyyat dəhlizlərində qeyri-stabilliyin yaranması ilə nəticələnə bilər. Baş verənləri dəhlizlər uğrunda mübarizənin tərkib hissəsi kimi də dəyərləndirmək mümkündür.
Asif Nərimanlı - dia-az.life
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|