Ukrayna bir neçə aya müharibəni bitirmək istəyir, Rusiya isə... - İNCƏLƏMƏ
Tarix: 9-03-2024, 08:24 | Çap et
 Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov martın 6-da cəbhədəki son durumla “X” hesabında paylaşım edib. O, cəbhədəki vəziyyətin çətin olduğunu bildirib: “Lakin Ukrayna bütün çağırışlara cavab tapacaq”. O.Danilov proseslərin sürətlə inkişaf etdiyini vurğulayıb: “Haradasa bir addım geri çəkilə bilərik, amma iki addım irəli gedəcəyik”. “Haradasa bir addım geri çəkilə bilərik, amma iki addım irəli gedəcəyik”- O.Danilov söyləyib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl Ukraynanın Rusiyaya sürprizlər hazırladığına işarə vurub.
Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. O.Danilovun bu bəyanatla çıxış etdiyi gün Ukrayna Rusiya ərazisində xüsusi əməliyyat keçirib, dağ-mədən zənginləşdirmə kombinatını vurub. Həmçinin Rusiyanın bir sıra digər regionlarına da pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, artıq cəbhədəki vəziyyət dəyişib və Rusiya ciddi itkilər verməyə başlayıb. O, bunu Ukraynanın silah tədarükünün artması ilə əlaqələndirib: “Ukrayna əhəmiyyətli miqdarda mərmilərə və uzaqmənzilli raketlərə sahib olan kimi Rusiyanın itkiləri kəskin artır”. Son zamanlar Rusiya döyüş irəliləyir. Ukrayna isə müdafiəyə keçib. Bunun əsas səbəblərindən biri məhz Ukraynaya hərbi dəstəyin azalmasıdır. Ümumiyyətlə, indiki mərhələdə silah - sursat Kiyev üçün həlledici məqamlardandır. O.Danilovun, M.Podolyakın verdiyi açıqlamalar, həmçinin dünənki hadisələr onu deməyə əsas verir ki, Ukraynaya hərbi dəstək qismən artırılıb. İndi sual bunun nə qədər davamlı və effektiv olacağıdır. Qərb Ukraynanın, nəhayət, qalib gəlməsi, ya müharibənin daha da genişlənməsi üçün dəstəyi artırıb? Proseslər onu deməyə əsas verir ki, Ukraynanın Rusiya ərazisində və işğal olunmuş Krım yarımadasında keçirdiyi xüsusi əməliyyatlar, həmçinin PUA- larla hücumlar müsbət nəticə üçün kifayət deyil. Görünən odur ki, bu həmlələr Ukrayna xalqında da hələ hakimiyyətə qarşı ictimai rəy yaratmır. Rusiya isə döyüş meydanında müəyyən kiçik uğurlar əldə edir. O.Danilov "Ukrayna bugün çağırışlara cavab tapacaq" sözləri ilə, yəqin ki, hansısa "B" planına işarə edib. Hərçənd Kiyevin qələbəsini təmin edə biləcək yeganə faktor lazımi miqdarda silah - sursat, o cümlədən F- 16 qırıcı təyyarələridir. Bu isə Pir qələbəsindən başqa bir şey olmayacaq. Mümkündür ki, rəsmi Kiyev ABŞ - da keçiriləcək prezident seçkilərinə qədər müharibəni bitirmək, ən azı ciddi uğur əldə etmək istəyir. Çünki ABŞ - da respublikaçıların hakimiyyətə gəlməsi ilə Ukraynanın işi daha da çətinləşə bilər. Amma onu da nəzərə almalıyıq ki, indiki halda döyüşlərin bir neçə aya başa çatması real görünmür. Ümumiyyətlə, indi cəbhədə kurioz durum yaranıb: tərəflər qələbə uğrunda çalışdıqca prosesi daha da mürəkkəbləşdirirlər. Rusiya itirəcək şeylerinin azaldığını hiss etdikdə daha aqressiv davranacaq. Bu isə nüvə silahının tətbiqi ilə bağlı ehtimalları daha da artırır.
Kənan Novruzov sherg.az

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|