Ərdoğan və Fidandan yeni plan: Putin Türkiyəyə gəlir – Bir mesaj da İrana verildi
Tarix: 3-02-2024, 09:34 | Çap et
Türkiyədə fəaliyyət göstərən “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- ABŞ-Türkiyə münasibətlərində istiləşmə baş verir. Artıq Vaşinqton F-16 qırıcılarının Ankaraya satışına icazə verib, ABŞ-dən gələn son mesajlar da pozitivdir, Amerika mediası da Türkiyədən müsbət şeyler yazır. ABŞ-ni yeniden Türkiyəyə yaxınlaşdıran hansı amillərdir?
- İkitərəfli əlaqələr uzun müddətdir soyuq idi, əslində yenə də münasibətlərin rəvan getdiyini düşünmürəm. Əsas məsələlər üzrə fikir ayrılıqları hələ də qalır. ABŞ uzun müddət təkidlə Türkiyədən İsveçin NATO-ya üzvlüyünə razılıq verməsini istəyirdi və bunu problemə çevirmişdi. Nəticədə F-16-ların satışını bunun üçün şərt kimi irəli sürdülər. Ankara da bu dönəmdə Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsini gündəmə gətirdi, amma nə Vaşinqton bunda həvəsli oldu, nə də Brüssel razılıq verdi. Beləliklə, məsələ yenə gündəmdən çıxdı. Ankaranın başqa bir şərti F-35 proqramına qayıtması ilə bağlıydı, amma Vaşinqton bunun da üstündən sükutla keçdi. Türkiyə F-35-lər üçün pulu ödəyib, söhbət 1.7 milyard dollardan gedir. İndiyədək nə bu pul geri ödənilib, nə də F-35-lər Türkiyəyə təhvil verilib.
F-16-lara gəlincə, düzdür, ABŞ-dən bu satışa icazə verildiyi bildirilib, amma hələ təsdiqlənməyib. Məncə, Vaşinqton prosesi bir müddət də uzadacaq. Qənaətimə görə, bundan əvvəl İsveçdən bəhanə kimi istifadə edən ABŞ prosesi yubatmaq üçün yeni bəhanə uyduracaq. ABŞ Türkiyə hərbi aviasiyasının güclənməsini istəməzdi. Hesab edirəm ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünə razılıq verməməli idi. Çünki İsveç ABŞ-nin təzyiqi ilə Türkiyə qarşısında götürdüyü öhdəliklərdən yayınacaq.
ABŞ indiyədək İsveçə görə F-16-ları satmaqdan imtina etmirdi, bu məsələ İsveçdən əvvəl vardı. Vaşinqton yenə də bəzi şərtlərini Ankaraya qəbul etdirmək üçün bunu uzunmüddətli prosesə çevirəcək. Bu şərtlərdən biri də Türkiyənin Rusiya ilə arasına məsafə qoyması ilə bağlıdır. Ankara buna getməyəcək. Üstəgəl, Türkiyənin alternativləri də var, söhbət Britaniyadan “Eurofighter” qırıcılarının alınmasından gedir. Artıq London buna razılıq verdiyini açıqlayıb. Bəzi türkiyəli ekspertlərin fikrincə, silah üçün Vaşinqtonun qapısını döyməyə ehtiyac yoxdur.
- ABŞ Dövlət Departamenti və Pentaqon Türkiyənin F-35 proqramına qaytarılacağını istisna etmir. Vaşinqtonun şərtinə görə, bunun üçün S-400 məsələsi həllini tapmalıdır. Bu məsələ necə həll ola bilər, yəni Ankaranın həmin proqrama qayıtması ehtimalı nə qədərdir?
- Türkiyə bu proqrama qaytarılmayacaq, bu birmənalıdır. ABŞ heç F-16 vermək istəmir, bu durumda F-35-dən söhbət gedə bilməz. Çünki ABŞ-nin bunun üçün irəli sürdüyü şərtlər Türkiyə üçün qəbuledilməzdir. Üstəgəl, Türkiyənin özünün beşinci nəsil təyyarə proqramı var, söhbət KAAN təyyarələrinin istehsalından gedir. Ankara 2028-ci ilədək bu projeni tam reallaşdırmaq istəyir.
ABŞ-nin münasibətinə də baxmaq lazımdır. Amerika Türkiyə ilə rəqabətdə olan Yunanıstana istədiyi hər silahı verir, bura F-35-lər də daxildir. Türkiyə istəyəndə isə qarşısına şərtlərlə çıxır. Bu, Amerikanın siyasəti yox, Türkiyəyə münasibətidir və bu münasibət heç də yaxşı deyil. Dediyim kimi, Amerika indiyədək pulu ödənilmiş F-15-ləri Türkiyəyə təhvil verməliydi, amma vermir, verməyəcək.
F-35 bahalı layihədir, xərcləri çoxdur, üstəgəl, bu qırıcılarda texniki qüsurlar aşkarlanıb. Britaniya və Yaponiyanın arsenalına daxil edilən F-35-lər bu səbəbdən artıq baxış üçün xidmətdən çıxarılıb. Bütün bunları nəzərə alan ABŞ projeni dayandırmaq və alternativ layihə üzərində düşünməyə başlayıb. Yaxın Şərq və Ukraynada davam edən müharibələr, eləcə də Asiya-Sakit okean bölgəsindəki münaqişə gərginliyi ABŞ-nin xərclərini artırır. Bu fonda F-35 proqramı əlavə maliyyə itkisi deməkdir.
Həmçinin F-35-lərin bütün sistemi Amerikaya bağlıdır, yəni Vaşinqtonda istənilən an buna müdaxilə edə bilərlər. Bu isə Türkiyənin marağında deyil. Türkiyə F-35-lərin əvəzinə digər ölkələrdən daha uzuz və effektli təyyarələr ala bilər. Artıq Ankara axtarışlara başlayıb, müəyyən anlaşmaların olacağı istisna deyil.
Hər şey münasibətin dəyişməsindən asılıdır. Amerikanın Türkiyəyə yanaşması o zaman dəyişəcək ki, Ankaranın Suriya və İraqda apardığı antiterror əməliyyatlarına dəstək verəcək. ABŞ isə bunun əvəzinə Türkiyənin mübarizə apardığı terror təşkilatlarını silahlandırır, onlara təlim keçir. Bu olmadıqca, ABŞ və Türkiyə arasındakı fikir ayrılıqları qalacaq. Türkiyə Amerikanın oyunlarına getməyəcək. Vaşinqtonun Yaxın Şərqdə nüfuzunun yerlə bir olduğu dönəmdə Türkiyəni özündən narazı salmaq və uzaqlaşdırmaq onun marağında olmamalıdır. İndi ABŞ-nin Türkiyəyə həmişəkindən çox ehtiyacı var.
- Türkiyə Yaxın Şərqdə gərginliyin azaldılmasında hansı rolu oynaya bilər? Xarici işlər naziri Hakan Fidan aktiv şəkildə Yaxın Şərq ölkələrinə səfər edir, Prezident Rəcəb Tayyib Ərdoğan da yaxınlarda Misirə gedəcək. Bu yöndə hansı gəlişmə, Ərdoğan və Fidanın nə kimi planı ola bilər?
- Türkiyə istisna olmaqla, bölgənin ərəb dövlətləri arasında heç vaxt birlik olmayıb, əksinə zaman-zaman gərginliyin olduğunu görmüşük. Bu da illərdir böhran içində olan Yaxın Şərqin vəziyyətini daha da ağırlaşdırır. Daha dəqiq desək, bölgədəki qarışıqlığın səbəbi ərəblər arasında birliyin olmamasıdır. Yəni Yaxın Şərqdəki gərginliyin səbəbi İsrail-Fələstin münaqişəsinə bağlı deyil. Qərb də bu birliyin olmamasından yararlanır. Bu xaosun başında ABŞ durur. Yaxın Şərqi hədəfə gətirən onun təbii sərvətlərlə zəngin olması və beynəlxalq nəqliyyat dəhlizi kimi önəmidir.
ABŞ Türkiyəni də bu xoasun içinə çəkməyə çalışsa da, bu planı alınmır. İrana yönəlik də belə cəhdlər var. İran bölgədə müharibəyə girsə, bunun bədəli onun üçün ağır olacaq. Bu durumda İran ərazilərinin bombardman edilməsi istisna deyil. Artıq İordaniyadakı bazasına hücumda İranı ittiham edən ABŞ Tehrana sərt cavabın veriləcəyini bəyan edib.
Yaxın Şərqin digər ölkələrindən, eləcə də İrandan fərqli olaraq, Türkiyə bölgədə sabitliyin yaradılmasına çalışır. Çünki baş verənlərin ona da toxuna biləcəyini görür, İran isə görmür. Türkiyədən İrana yönəlik dolayısı ittihamlar oldu ki, Tehran proksi qüvvələri vasitəsilə bölgəni qarışdırır. Təsadüfi deyil ki, Prezident Ərdoğan iranlı həmkarı Rəisi ilə Ankaradakı görüşündə bölgə dövlətlərini barışdıcı mövqedən çıxış etməyə çağırdı. İran qızışdırıcı mövqeyindən çəkilməsə, müharibə sabah onun da qapısını döyəcək. Ərdoğan da, Fidan da çalışır ki, bölgə ölkələri təhlükəli planlarda alət olmasınlar. Amma yenə də regional dövlətlər öz bildiklərini edirlər, bu isə onlara da təhlükə yaradır. Bəzi ölkələr Qərb və ya ABŞ-nin əlində asanlıqla alətə çevrilirlər.
Hesab edirəm ki, HƏMAS-İsrail savaşı dayandırılsa, Yaxın Şərqdə ara bir qədər sakitləşəcək, Türkiyənin də bunun üçün çalışır. Müharibə uzandıqca, bunun regional savaşa çevrilmək ehtimalı da artır. Türkiyə bunu istəmir, çünki bölgədə xaotik vəziyyət dərinləşdikcə, Türkiyəyə qarşı olan planlar yenidən gündəmə gətirilir. Söhbət “kürd dövləti”nin yaradılmasından gedir. Əlbəttə, Türkiyə buna imkan verməyəcək, amma məsələnin ora qədər uzanmasını da istəmir. Fidanın İsrail-Fələstin münaqişəsinə dair çoxtərəfli qarant planı da bununla əlaqəlidir: konflikti tez bir zamanda bitirmək.
- Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək. Bu səfərdən gözləntiniz nədir, hansı mövzularda anlaşmalar ola bilər?
- Putin və Ərdoğan bir-birini çox gözəl başa düşür. Bu yaxın əlaqə Türkiyə və Rusiyanın yaxın tərəfdaşa çevirib. Biz bunu İkinci Qarabağ Müharibəsi zamanı da görmüşük. Fikir ayrılıqları olsa da, Rusiya və Türkiyə arasında ən həssas məqamda masa arxasında oturub anlaşmaq ənənəsi də var.
Putinin səfərinə gəlincə, bu çərçivədə Yaxın Şərq, Ukrayna, S-400, Türkiyədə AES-lərin inşası, eləcə də Cənubi Qafqazın müzakirə ediləcəyini düşünürəm. Ərdoğan və Putin bu görüşdən sonra da bəzi məsələlərlə bağlı koordinasiyanı davam etdirəcəklər, xüsusən də Qərbə münasibətdə. Bu, ən çox da Rusiyaya lazımdır. Çünki Rusiya indi elə bir vəziyyətdədir ki, Türkiyə ilə əlaqələrin soyuması ona heç lazım deyil, buna görə də onunla münasibətlərini ən üst səviyyədə saxlamağa çalışır.
Türkiyə həm də Rusiya üçün NATO ilə əlaqələrinin qopmaması deməkdir. Hələlik Türkiyə bu bağ rolunu oynaya bilir. Bu bağ qopsa, həm Rusiya, həm də NATO üçün yaxşı olmayacaq. Türkiyə bu təhlükənin qarşısını alan əsas gücdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|