Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                 

Qərbin Ukrayna və Zelenski ilə bağlı planı bəlli deyil... - İNCƏLƏMƏ
Tarix: 30-11-2023, 07:00 | Çap et
Qərbin Ukrayna və Zelenski ilə bağlı planı bəlli deyil...
Ukrayna müharibəni uduzur, yoxsa hələ qalib gəlmək iqtidarındadır? Tərəfdaşları Kiyevi məcburi sülhə vadar edirmi? Ümumiyyətlə, hərbi əməliyyatlar başlayandan silah verilməsi məsələsində ləng və ehtiyatlı addımlar atan Qərb Zelenskini satıbmı?

Bu gün Ukraynada hərbi əməliyyatların uğurundan danışmaq mümkün deyil. Nə Rusiya, nə də Ukrayna ciddi üstünlük əldə edə bilməyərək, daha çox mövqe döyüşlərinə keçiblər. Əgər ukraynalılar Dnepr çayının Qərb sahilində nisbi uğur əldə ediblərsə, rusiyalılar da böyük itkilər hesabına da olsa, Avdeyevkada irəliləyə biliblər. Lakin tərəflərin bu “uğuru” müharibənin taleyinə ciddi təsir göstərə bilmir. Belə demək mümkünsə, tərəflər döyüş əməliyyatında “ölü nöqtə”yə çatıblar.

Buna görə də, indi bütün dünya Ukraynada nə baş verdiyi, xüsusən də nə baş verəcəyi üzərində baş sındırır. Və onların bir hissəsi Qərbin Ukraynanı qurban verdiyi fikrindədir.

Məsələn, bir qədər əvvələ qədər Ukrayna prezidenti administrasiyasında çalışan, hazırda isə müxalifətdə olan və növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini bəyan edən qalmaqallı siyasətçi Aleksey Arestoviç Qərbin Ukraynanı “atdığını” bildirir. Prezident ofisi rəhbərinin keçmiş müşaviri Qərbi Rusiyaya qalib gəlmək üçün lazım olan və söz verilən silahları çatdırmamaqda ittiham edib. Arestoviçin sözlərinə görə, Ukraynanın hücumunun dayanması da bununla bağlıdır.

“Bütün məsuliyyət Ukraynaya həqiqi böyük müharibə aparmaq üçün əsl dəstək sözü verən, amma bu dəstəyi göstərəməyən – bizə “atanların” üzərinə düşür”, – Arestoviç qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın hücumunun ilk aylarında “öz müharibəsində” qalib gəlib və Qərb kifayət qədər dəstək göstərsəydi, onu başa çatdırmaq olardı: “Sonra isə digər müharibə başladı. Bu müharibəni isə təyyarələr, uzaq mənzilli raketlər və Quru Qoşunları üçün beş dəfə daha çox dəstək olmadan uda bilməzdik. Bütün bunlar olmadı. Biz buna görə çox böyük qiymət ödədik”, – o, deyib.

Arestoviçin iddiasına görə, Qərb yenidən Ukraynanı ataraq, onu Rusiya ilə danışıqlara məcbur edir.

Artıq bəzi Qərb siyasətçiləri də eyni ruhlu bəyanatlarla çıxış edilər. Məsələn, Çexiyanın yeni seçilən prezidenti Petr Pavel də Qərbin Ukrayna ordusu üçün artilleriya mərmiləri ilə bağlı verdiyi sözün üstündə durmadığını, F-16 təyyarələrinə pilotların hazırlanması proqramının lazımi səviyyədə olmadığını bildirib. Onun sözlərinə görə, hazırkı sursat təminatı Ukraynanın aktiv hərbi əməliyyatları davam etdirməsi üçün kifayət deyil. Çexiya lideri əlavə edib ki, hətta Ukraynanı dəstəkləyən ölkələrdə də tərəddüd artır. Bu isə ona gətirib çıxaracaq ki, ukraynalılar arasında məyusluq hissi artacaq, qeyri-müəyyənlik Kiyevə hərbi planlaşdırma aparmağa mane olacaq. Çexiya lideri onu da bildirib ki, bu il uğurun əsasını qoymaq üçün həlledici əhəmiyyətə malikdir. 2024-cü il isə daha mürəkkəb olacaq.

“Euractv” iddia edir ki, ABŞ və Almaniya Ukraynanın tez bir zamanda NATO üzvü olmasını istəmirlər və buna görə də, bütün cəhdlərlə bunun qarşısını almağa çalışırlar. “Bild” isə Almaniya və ABŞ arasında Ukrayna razılaşması ilə bağlı bir qədər də irəli gedərək, Şolts və Bayden arasında gizli sövdələşmə olduğunu iddia edib. Məqalədə qeyd edilir ki, Vaşinqton və Berlin Kiyevin qələbəsində maraqlı deyillər. Amma onlar Moskvanın da qələbəsinin qəti əleyhinədirlər. Buna görə də, Ukrayna ordusuna o qədər də güclü dəstək göstərməmək qərarına gələrək, müharibəni Rusiyanın tam taqətdən düşməsinə qədər uzadırlar.

Bundan əlavə, “Bild” ABŞ və Almaniyanın Rusiya ilə danışıqlara başlaması üçün Ukrayna tərəfinə təzyiq etdiyini də bildirir. Düzdür, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn dərhal bu məlumatı təkzib edərək, belə bir təzyiq iddiasının həqiqətə uyğun olmadığını deyib: “Həmişə demişik ki, bunu Kiyev həll etməlidir. Biz Ukrayna ilə bağlı heç bir məsələni Ukraynasız həll etməyəcəyik”.

“Bild”in iddialarının həqiqiliyi ilə bağlı heç bir fakt yoxdur. Amma eyni zamanda, bəzi analitiklər kömək məsələsinin şübhəli olduğunu etiraf edirlər. Məsələn, Mixail Şerşevski qeyd edir ki, Qərbin Ukraynaya yardımı həqiqətən də müharibəni udmaqdan çox, uzatmaq xarakteri daşıyır: “Tərəflərdən birinin qələbəsini arzu edəndə, ona ən azı ən müasir 300 “Abrams” tankı verirlər, 30 tank deyil. Bir tərəfin qələbəsini arzu edəndə, ona ən azı 100 ədəd ən müasir F-16 Block 70/72 təyyarəsi verirlər, köhnəlmiş F-16-rı bir neçə ay sonra verəcəklərinə söz vermirlər. Nəhayət, Qərb Ukraynanın həqiqətən də qələbəsini arzu etsəydi, havada üstünlüyü təmin etməmiş, Kiyevi yerdə hücuma təhrik etməzdi” .

Macarıstanın XİN rəhbəri Peter Siyyarto isə Brüsseldə nazirlərin görüşü barədə danışanda NATO üzvlərinin Ukrayna ordusunun əks-hücumunun uğursuzluğa düçar olduğunu etiraf etdiklərini deyib. Onun sözlərinə görə, NATO ölkələri əks-hücumun onların gözləntilərini doğrultmadığını, güman etdiklərindən qat-qat az nəticə əldə olunduğunu bildiriblər.

NATO-nun baş katibi Yens Stoltenberq isə Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında F-16 təyyarələrinin döyüş meydanında vəziyyəti köklü şəkildə dəyişəcəyinə əmin olmadıqlarını söyləyib: “Təyyarələr vəziyyəti köklü şəkildə dəyişə biləcək “gümüş güllə” deyil”.

Beləliklə, bütün göstəricilər rəsmi Kiyevin əleyhinədir. Kiyev hazırda məğlub duruma düşüb. Bəli, Rusiya hücumunun qarşısı alınıb, Moskvanın planları alt-üst edilib. Rusiya Odessa, Xarkov, Xersonu tutmaq planları üzərində deyil, əldə etdiklərini saxlamaq üzərində düşünür. Amma eyni zamanda, Ukrayna torpaq itirən tərəfdir və bu gedişlə o torpaqları qaytara bilməyəcək.

Qərb isə həqiqətən də mövcud durumla barışmış kimi görünür. Söyləmək olar ki, Vaşinqtonda da, Brüsseldə də, Avropanın ayrı-ayrı paytaxtlarında da Ukraynaya yardımın davam etməsinin zəruriliyi ilə bağlı bəyanatlar səsləndirilir və bu yardımın davam edəcəyi ilə bağlı vədlər verilir. Amma reallıqda yardımın getdikcə zəiflədiyi göz önündədir və bir gün kəsiləcəyi ehtimalı var.

Prezident Zelenskinin vəziyyəti isə o qədər də ürəkaçan deyil. “Bild” yazır ki, orduda prezident əleyhinə əhval-ruhiyyə yaranmağa başlayıb. Buna, ölkə başçısı ilə Silahlı Qüvvələrin Baş komandanı general Valeri Zalujnı arasında yaranan narazılıq da səbəb olur. Hər şeyin kökündə isə Qərbin vaxtında lazımi yardım göstərməməsi və ordunu məğlub duruma salması durur.

Adamın yadına dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadənin 165 il əvvəl yazdığı “Aldanmış kəvakib” satirik povesti düşür.

Zelenski həqiqətənmi aldanmış kəvakib seçilib?

Müəllif: Səlim Əzizoğlu - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru