Birqütblü dünya nə ilə əvəz olunacaq? - İNCƏLƏMƏ
Tarix: 20-10-2023, 10:47 | Çap et
Rusiya və Çin “soyuq müharibə”dən sonra Amerika Birləşmiş Ştatlarının formalaşdırdığı birqütblü dünya modelinə son qoymaq istəyirlər. Moskva və Pekin Vaşinqtonla mübarizənin yeni mərhələsinə daxil olurlar. Kremlin vəziyyəti daha ağırdır, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə görə Qərbin müxtəlif sanksiyaları ilə üzləşib, Kremlin ABŞ və Avropa İttifaqı ölkələrinin əksəriyyəti ilə münasibətləri gərginləşib. Pekinin də Qərblə münasibətlərdə problemləri var. ABŞ Çinin hərbi gücünü artırmasından, qonşularına yaratdığı problemlərdən və Tayvan adasını nəzarətə götürmək istəyindən narahatdır. Vaşinqton Pekini durdurmaq üçün bölgədə müxtəlif siyasi və hərbi bloklar formalaşdırıb. Belə şəraitdə Pekində keçirilən “bir kəmər, bir yol” forumu diqqət mərkəzində olub. Pekindəki foruma qatılan Rusiya prezidenti Vladimir Putin Rusiya-Çin ticarət mübadiləsinin 200 milyard dollara çatmasından fəxrlə danışıb. Bu rəqəm əsasən Çinin Rusiyanın yeraltı sərvətlərini almasıyla bağlıdır. Çin Rusiyadan hazır məhsul almır. Çünki Rusiyanın istehsal etdiyi məhsullara Çinin ehtiyacı yoxdur. Çin Rusiyadan qaz, neft, taxta və digər məmulatlar alır. Rusiya isə əksinə Çindən müxtəlif hazır məhsullar alır. Qərbin sanksiyalarına görə Rusiyanın Çinin məhsullarına asılılığı artıb. Ancaq bu məhsulların bir qismi keyfiyyət baxımından Qərbin eyni məhsullarından geri qalır. Rusiya-Çin iqtisadi və ticarət əlaqələrinin həcminin artımı Vaşinqtonu narahat edir. ABÇ-ın əfsanəvi diplomatı Henti Kissincer 50 il əvvəl Çini faktiki ABŞ-ın tərəfdaşına çevirmişdi. Kissincerin digər məqsədi Pekin-Moskva ittifaqına mane olmaq idi. Ancaq Vaşinqtonun son illərdə həm Moskva, həm də Pekinə qarşı sərt siyasəti Rusiya ilə Çini müttəfiqə çevirib. “The New York Times” nəşrində yayımlanan məqalədə Rusiya prezidenti Vladimir Putinin məqsədinin ABŞ-a qarşı Çinlə ittifaqı gücləndirmək olduğu göstərilib. “South China Morning Post” nəşrində yayımlanan məqalədə isə Çinin Rusiyaya satdığı hərbi texnologiyalar da Vaşinqtonu narahat edir. ABŞ dövlət katibi Entoni Blinken Pekini xəbərdar edib ki, Rusiyaya satılan hərbi texnologiyalar ABŞ-la münasibətlərdə Çinə əlavə problemlər yaradacaq. “Financial Times” nəşrinin məqaləsində isə yazılıb ki, Rusiya Çinlə münasibətlərinin strategiyasını 2030-cü ilə qədər müəyyənləşdirməyi hədəfləyib. Buna baxmayaraq, Pekin beynəlxalq məsələlərdə Kremldən asılı olmaq istəmir və müstəqil qərarlara üstünlük verir. Misal üçün Çin Rusiya ilə yanaşı Türkmənistandan da qaz alır. Bu Çinə ona görə lazımdır ki, Rusiya enerjisindən asılı vəziyyətə düşməsin. Rusiyadan neft alışında Hindistan Çini üstələyib. “The New York Times” nəşri Pekindənki forumda Qərb ölkələrindən nümayəndələrin olmamasına diqqət çəkib. Bunun əsas səbəbi odur ki, Qərb liderləri və xarici işlər nazirləri Ukraynaya qarşı işğalçı müharibə aparan Putinlə eyni masada oturmaq istəməyiblər. Avropa liderlərindən toplantıya sadəcə Macarıstan baş naziri Viktor Orban qatılıb. Orban Putinlə ikitərəfli görüş keçirib, ancaq o bu görüşdən məyusluğunun gizlətməyib. Çünki Putin Orbana deyib ki, Ukraynaya qarşı müharibəni dayandırmaq fikri yoxdur. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|