Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                 

Sürünə-sürünə geriyə doğru: “derjava” üçün yolun sonu görünür - GƏLİŞMƏ
Tarix: 4-10-2023, 14:00 | Çap et
Sürünə-sürünə geriyə doğru: “derjava” üçün yolun sonu görünür
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsindəki inflyasiya tendensiyası ilə bağlı qiymətləndirmələr edib. Rusiyada illik inflyasiyanın 7,5 faiz olduğunu qeyd edən nazirin sözlərinə görə, gələn il orta illik inflyasiya 10 faizdən artıq olacaq: “Biz 2024-cü ilin dekabrında inflyasiyanın illik 5 faizə düşəcəyini gözləyirik. Lakin gələn il ərzində inflyasiya yüksək səviyyədə qalacaq”.

Rusiya Mərkəzi Bankı (RMB) rublun ucuzlaşması fonunda artan yüksək inflyasiya təhlükəsi ilə əlaqədar avqustun 15-də uçot dərəcəsini 8,5 faizdən 12 faizə, sentyabrın 15-də isə 13 faizə qaldırıb. RMB sədri Elvira Nabiullina inflyasiyanın yavaşlamasının davamlı olduğuna əmin olana qədər faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacaqlarını bildirib.

Qeyd edək ki, ötən ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edir. Moskva uzun müddət inzibati resurlsar hesabına daxili iqtisadi vəziyyəti sabit saxlamağa müvəffəq olsa da, 2023-cü ilin ortalarından rus rublunun qiyməti enməyə başladı.

Bəzi ekspertlər rublun “ölməsinin” Rusiyanın ixracını bir qədər stimullaşdıracağı qənaətində olsalar da, prosesin ümumilikdə şimal qonşumuzun iqtisadi cəhətdən çöküşünə gətirəcəyini iddia edənlər də var. Bütün hallarda Rusiya gərgin iqtisadi dövrə qədəm qoyur və artıq bunu rəsmi şəxslər də etiraf edirlər. Rusiyanın iqtisadi inkişaf naziri və baş bankirin son açıqlamaları da bu xüsusda təsadüfi sayıla bilməz.

DİA.AZ-ın məlumatına görə, bank-maliyyə eksperti Əkrəm Həsənov AYNA-ya açıqlamasında deyib ki, Rusiyanı növbəti ildə dərin iqtisadi böhran gözləyir: “Bunun da öz növbəsində kifayət qədər obyektiv və subyektiv səbəbləri var. Birinci səbəb odur ki, ABŞ və müttəfiqləri Ukrayna müharibəsinə görə Rusiyaya təzyiqləri davam etdirir. 12-ci sanksiya paketi qəbul olunub. Gələn il ABŞ-da Prezident seçkiləridir. Cozef Bayden bəyan edib ki, yenidən prezidentliyə namizəd olacaq. Onun seçkilərdə qələbə qazanması Rusiyaya qarşı təzyiqlərin nəticəsindən daha çox asılı olacaq”.

“Bu mənada Bayden çalışacaq ki, Moskvaya qarşı təzyiqləri gücləndirsin. Bu, həm hərbi, həm də iqtisadi baxımdan həyata keçiriləcək. Əsas diqqət neftin qiymətinin aşağı salınmasına yönələcək. ABŞ-ın İranla anlaşmağa çalışması, enerji daşıyıcılarının qiymətinin enməsinə yönəlik fəaliyyəti bunun bariz nümunəsidir. Bu siyasət gələn il də davam edəcək”, - deyə həmsöhbətimiz bildirib.

Həsənov hesab edir ki, Rusiya böyük dövlətdir və onun çökdürülməsi asan olmayacaq: “Bunun üçün müəyyən zamana ehtiyac var. Təbii ki, ildən-ilə Rusiyanın iqtisadi vəziyyəti pisləşəcək. Rusiya iqtisadiyyatını çox ağır günlər gözləyir. Ukrayna müharibəsində Rusiyanın hərbi baxımdan çökdürülməsi ilə yanaşı, daxildə iqtisadi böhranın yaranması istiqamətində də fəaliyyət davam edəcək. Onsuz da Rusiyada iqtisadi vəziyyət ağırdır. ABŞ və müttəfiqləri çalışır ki, daha da ağır olsun. Düzdür, rus rublunun enməsi və yüksək neft-qaz qiymətləri şimal qonşumuzun ixrac potensialını artırır. Lakin bu, uzun müddət belə davam etməyəcək. Ən dəhşətlisi isə odur ki, Kreml artıq gözlənilən iqtisadi və siyasi böhranın qarşısını almaqda acizdir. Regiona nəzarət imkanlarını itirir. Qərb təmkinli siyasət yürüdür və bu siyasət yaxın gələcəkdə Rusiyanın çöküşü ilə bitəcək”.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı alim Eldəniz Əmirov da AYNA-ya şərhində söyləyib ki, Rusiya iqtisadiyyatı böhranlı dövrünü yaşayır: “Ötən ilin fevralında Rusiya Ukraynaya qarşı hücumlara başlayandan sonra Qərbin çoxvektorlu embarqoları fonunda, bəziləri belə hesab edirdi ki, Rusiya iqtisadiyyatı dərhal çökəcək. Bu, şübhəsiz ki, qeyri-peşəkar yanaşma idi. Qərb təsisatları da bilirdi ki, bu proses uzun müddətdən sonra öz bəhrəsini verəcək. Məhz bu səbəbdən də prosesi tədricən həyata keçirirlər. Bir tərəfdən Ukrayna silahlandırılır, digər tərəfdən isə şimal qonşumuza qarşı çovektorlu sanksiyalar tətbiq edirlər”.

“Görünən odur ki, ABŞ və müttəfiqləri bu mövqedə prinsipialdır və sona qədər dirəniş göstərəcəklər. Rusiya iqtisadiyyatı ötən müddət ərzində kifayət qədər zəifləyib. Bu zəifləmə davam edəcək. Növbəti il Rusiya iqtisadiyyatı böhranlı bir dövr yaşayacaq. İnzibati yollar işlək olmayacaq. Məlum proqnozlar da göstərir ki, artıq baş verənlər Rusiya hökumətini narahat etməkdədir”, - deyə müsahibimiz söyləyib.

Əmirovun fikrincə, enerji daşıyıcılarının qiymətlərinin azalması Rusiya iqtisadiyyatına öldürücü zərbə vura bilər: “Artıq Vaşinqton Tehranla neft və qaz sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparır. Digər alternativlər üzərində də işlənilir. Çünki Qərbdə bilirlər ki, müharibə itkiləri, iqtisadi-siyasi gərginliklər fonunda neft-qaz qiymətlərinin enməsi Rusiya üçün öldürücü zərbə olacaq. Bu istiqamətdə ciddi səylə çalışırlar. Nəzərə alsaq ki, gələn il ABŞ-da seçkilərdir, bu xüsusda Rusiyaya qarşı təzyiqlərin artacağını söyləmək olar. Nəticədə Rusiya iqtisadiyyatı daha da zəifləyəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Bu gün, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Bu gün, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Bu gün, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Bu gün, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Bu gün, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru