Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                 

Putinin özünüifşa seansı: gizli şifrələrin aşkar etirafı - İNCƏLƏMƏ...
Tarix: 13-09-2023, 15:44 | Çap et
Putinin özünüifşa seansı: gizli şifrələrin aşkar etirafı
Rusiya Prezidenti Vladimir Putinin rəsmi tərcümeyi-halında onun Leninqrad Dövlət Universitetinin (LDU) hüquq fakültəsinin məzunu olduğu qeyd edilib. Və o, hüquqşünasların məşhur yumoristik kəlamını bilməyə bilməz: hər hansı bir araşdırmada kələfin ucunun özünə aparıb çıxarmamasıdır. Halbuki biz onun çıxışında məhz bunu gördük.

"Biz nizamlanma variantlarımızı təklif etmişik, bu, hamıya məlumdur. Ermənistan məlum Ermənistan-Azərbaycan münaqişəsindən sonra öz nəzarətində saxladığı 7 rayona nəzarət edirdi. Biz təklif etdik ki, Azərbaycanla elə bir razılaşma əldə edək ki, iki rayon - Kəlbəcər və Laçın və bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalacaqdı. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz 10-15 il Ermənistan rəhbərliyini razı salmağa çalışdıq. Müxtəlif variantlar vardı, amma hər şey bu sonluğa aparırdı”, - deyə Rusiya lideri Vladivostokda Şərq İqtisadi Forumunun plenar sessiyasında söyləyib.

Və bu, informasiya bombasının partlaması idi. Çünki Putin faktiki olaraq etiraf etdi ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğalına dəstək verməyə hazırmış. Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin və separatizmə dəstəyin təzahürü adlandırılır. Yəni Rusiyanın özü indi bütün dünyaya münasibətdə məhz bunu nümayiş etdirir. Belə ki, Putin açıq və yüksək səslə etiraf etdi ki, bütün bu illər ərzində Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində heç də qərəzsiz olmayıb.

Bəli, Rusiya Federasiyasının Prezidenti yüksək səslə etiraf etdi ki, o, münaqişənin beynəlxalq hüququn və dövlətlərin ərazi bütövlüyü prinsipinin zərərinə həllini şəxsən özü tətbiq edib. O, münaqişəni Azərbaycanın dövlət və milli maraqları hesabına “həll etməyə” çalışırdı. Və bu, Rusiya Federasiyasının ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq baş verirdi. Bu, Rusiya və Putinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və hörmət etdiyini bəyan etməsinə baxmayaraq reallaşacaqmış.

Bu, onun Azərbaycanın ərazi bütövlüyünə və öz bəyanatlarına “hörmətinin” əsl qiymətidir. Onun ifadəsinə diqqət yetirin. Putin demir ki, Ermənistan ölkəmizin ərazilərinin 20 faizini işğal edib. O deyir ki, Ermənistan Azərbaycanın yeddi rayonuna nəzarət edirdi. İndi onun etiraf etməsi qalır ki, bu “nəzarət” Ermənistana Rusiyanın maksimum siyasi, hərbi və digər dəstəyi ilə baş tutub.

““Siz sonra nə edəcəksiniz” – sualmıza cavab verirdilər: “Mübarizə aparacağıq”. Sonda hər şey indi yaranmış vəziyyətə gəldi", - deyə Rusiya Prezidenti özünüifşa sessiyasını davam etdirib.

Belə ki, o, Ermənistanın iki keçmiş prezidentinin - Qarabağ xuntasının keçmiş liderləri olan Robert Köçəryan və Serj Sarkisyanın beynəlxalq hüquq normalarına riayət etmək istəməyərək maksimalist mövqe tutduğunu bildirib. Putin indi elə göstərmək istəyir ki, guya Köçəryanı və Sarkisyanı yola gətirmək üçün onun mexanizmləri yoxdur və olmayıb.

Əslində, təbii ki, var idi. Amma Rusiyanı 44 günlük müharibədən əvvəl yaranmış vəziyyət qane edirdi. Bu vəziyyət Kremlə eyni vaxtda həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə imkan verirdi. Üstəlik, gördüyümüz kimi, ərazilərimizi işğal altında saxlamaq planlarında İrəvanı dəstəkləyərək, daha çox Bakıya təzyiq olub.

Amma bu planları kim dayandırıb? Onları kim sıfırladı? Azərbaycan Prezidenti İlham Əliyev. Məhz ölkəmizin siyasi, hərbi və iqtisadi cəhətdən güclənməsi Ermənistan üçün faydalı olan və Rusiya Federasiyası tərəfindən dəstəklənən status-kvonun saxlanmasını mümkünsüz etdi. Sadə dillə desək, Azərbaycan ordusu 44 günlük müharibədə təkcə Ermənistan ordusunu deyil, Rusiya Federasiyasının planlarını da darmadağın etdi.

Buna şübhə edənlər üçün 44 günlük müharibə bitdikdən sonra Azadlıq meydanında baş tutan Qələbə paradını xatırlamağı təklif edirəm. Orada qənimət kimi götürülən Rusiya hərbi texnikası nümayiş etdirilib. Üstəlik, Ermənistan tərəfinin Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” də daxil olmaqla, Rusiya hərbi texnikası bu gün də Bakıdakı “Hərbi qənimətlər” parkında nümayiş etdirilir.

Ermənistan Respublikasının indiki rəhbərliyi, mən ayrıca qeyd edim, 44 günlük müharibədən əvvəl heç də qərbyönlü deyildi. İşğalçı ölkənin əvvəlki rəhbərləri kimi rusiyapərəst idi. İndi Qərbə yönəlik reveranslar etməyə çalışan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyə qışqırırdı.

Üstəlik, Rusiya 44 günlük müharibədən əvvəl və müharibə zamanı Ermənistanı silahla təmin edib. Rəsmi və qeyri-rəsmi yolla - fərq etməz. Deməli, Putinin hər şeyi yalnız “Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan” hazırkı Ermənistan rəhbərliyinin üzərinə atmaq cəhdləri manipulyasiyadır.

Ermənistan rəhbərliyi faktiki etiraf etdiklərini şifahi olaraq etiraf etmək məcburiyyətində qaldı. Dinc danışıqlara hazırlığı simulyasiya etmək üçün. Eyni zamanda Ermənistanın dövlət büdcəsindən Qarabağ xuntasının maliyyələşdirilməsi davam edir. Vladimir Putin isə bütün bunları bilməyə bilməz, necə ki, rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinə Rusiya Federasiyasının məhz birbaşa müdaxiləsini gözlədiyi üçün ritorikasını dəyişdiyini başa düşməyə bilməz.

Rusiya öz qələbəsinə arxayın olsaydı, bunu edə bilərdi. Amma məsələ ondadır ki, o, Azərbaycanın həm iqtisadi, həm hərbi gücünü, həm də Türkiyədən Azərbaycana hərtərəfli dəstəyin olmasını başa düşür. Putin bu təkzibolunmaz və aşkar faktı tanımırdı. Lakin onun indi dedikləri Kremlin planlarının nə olduğunu və hələ də qaldığını anlamaq üçün kifayətdir. Rusiya həmişə məşhur “parçala və hökm sür” postulatına uyğun hərəkət edib, hərəkət edir və etməyə çalışacaq.

Sadəcə etməyə çalışacaq. Çünki o, artıq planlarını həyata keçirə bilmir. Və sonra biz Rusiya Federasiyasının özünün parçalanacağı bir vəziyyəti görə bilərik. Və o zaman müxtəlif səviyyələrdə azərbaycanlı siyasətçilər özlərini sülhməramlılar rolunda sınayaraq iddia edə bilərlər ki, Rusiyanın iştirakı ilə münaqişələrə elə son qoyulmalıdır ki, Moskva və Sankt-Peterburqun nəzarətində qalsın…
//AYNA//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru