“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                 

Ordu Putinə qarşı? – “Priqojini öldürüb, yeni əməliyyat planını pozdular”
Tarix: 26-08-2023, 13:26 | Çap et
Ordu Putinə qarşı?
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümü ətrafında dünya mediasında maraqlı təhlillər aparılır. Məlumdur ki, Priqojinin “Vaqner”i Ukrayna müharibəsində amansızlıqlar törədib, uzun illər Afrika ölkələrində fəaliyyət göstərən muzdlu dəstə vəhşilikləri ilə yadda qalıb. Putinin “hərbi aləti” də adlandırılan “Vaqner” əsasən xarici ölkələrdə əməliyyatlarda iştirakı ilə tanınırdı. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başlayandan sonra hərbi şirkətin döyüşçüləri Ukrayna cəbhəsinə səfərbər olundu.

Bu ilin əvvəllərindən “Vaqner” rəhbəri Priqojin Rusiya ordusunun rəhbərliyini tənqid etməyə başladı, hətta müdafiə naziri və Baş Qərargah rəisini təhqirə keçdi. İyunun 23-də isə Priqojin dəstəsi ilə hərbi qiyama cəhd etdi, bir gün içərisində Rusiyanın Rostov və Voronej kimi iki şəhərinə nəzarəti ələ aldı. Moskvaya yürüş edən “Vaqner” dəstəsi Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi, apardığı danışıqlar nəticəsində son anda qiyam fikrindən daşındı.

Bundan sonra Rusiya Prezidenti Vladimir Putinin Priqojini bağışlamayacağı, qisas alacağı ehtimal olunurdu. Lakin Putin iki dəfə bir zamanlar “aşpazı” kimi tanınan “Vaqner” rəhbəri ilə görüşdü, müəyyən razılığa gəldilər. Bununla müşahidə olunan o idi ki, Priqojin Putin tərəfindən bağışlanıb. Artıq o, Rusiya ərazisində sərbəst hərəkət edə bilirdi, “iş adamı” kimi işini görürdü.

Avqustun 23-ü axşam saatlarında isə, içərisində Priqojin və “Vaqner”in komandanı Utkinin də olduğu təyyarə qəzaya uğradı. Moskvanın Şeremetovo hava limanından havaya qalxan özəl uçaqda bir müddətdən sonra partlayış baş verdi.

Ekspertlər bu hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Bəzi versiyalara görə, Priqojinə sui-qəsd edilib və bunun arxasında Putin dayanır. Amma bunun əksini söyləyənlər də var.

DİA.AZ-ın məlumatına görə, “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AYNA-nın suallarını cavablandırarkən bildirib ki, Priqojin yarımçıq qiyama başlayanda onun hansı tələblər irəli sürdüyünə diqqət yetirmək lazımdır:

- Yarımçıq qiyamdan əvəl də onun hədəfə aldığı şəxslərin kimlər olduğunu nəzərdən keçirmək lazımdır. Bu, açıq-aydın görünən proses idi. Yəni ki, hədəfdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov idi. Sual oluna bilər ki, “Priqojin kimə güvənə bilib Rusiyanın nəhəng ordusunun başında dayananları hədəfə alırdı, onları ən aşağılayıcı sözlərlə təhqir edirdi, söyürdü”. Ukraynadakı məğlubiyyətlərinə baxmayaraq, Rusiya daxilində ordu ən böyük gücdür. Əlbəttə, Priqojin Putinə arxayın olub bunları edə bilərdi. O zaman sual olunur: Priqojinin iyunun 23-24-də başlatdığı və yarımçıq qiyamı kimə qarşı idi – Putinə, yoxsa ordu rəhbərliyinə? Şübhəsiz ki, ordu rəhbərliyinə. Məsələn, Priqojin öz silahlı qüvvələri ilə gəlib Rostova daxil olanda şəhər meriyasını, siyasi binaları deyil, gedib Cənub Hərbi Dairəsinin qərargahını tutmuşdu. Priqojinin atdığı bütün addımlar orduya qarşı idi. Demək ki, faktiki olaraq, Priqojin Putinin tapşırığını yerinə yetirirdi.

- O zaman Priqojinin ölümü ilə nəticələnən əməliyyatın Putinin qisas əməliyyatı versiyası real deyil?

- Mən bunu qisas əməliyyatı hesab etmirəm. Birincisi, ona görə ki, siyasətdə qisas almırlar. Ümumiyyətlə, bu, məncə, Putinin əməliyyatı deyil. Düşünürəm ki, bunu həyata keçirənlər Putinin daxildəki siyasi rəqibləri, daha dəqiq desək, ordu rəhbərliyidir. Təyyarənin Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu da aksiomdur. İz itirməyə çalışırlar ki, guya təyyarədə partlayıcı olub, hərəkətdə olarkən işə düşüb. Amma ilkin versiya bundan ibarətdir ki, təyyarə S-300 zenit-raket komleksi ilə vurulub. Bu da ordu rəhbərliyinin, yalnız ordunun sərəncamında olan silah növüdür.

Ona görə də oxlar Putini göstərə bilər, süni şəkildə media vasitəsilə Putinə yönəldilə bilər. Lakin hər bir halda biz hadisənin ardıcıllığını nəzərə almalıyıq. Bu zaman görərik ki, bu, heç də Putin tərəfindən, yaxud da Putinin komandası tərəfindən planlaşdırılmış əməliyyat deyildi. Məsələ burasındadır ki, S-300-lərə, ümumiyyətlə, ölkənin hava məkanına nəzarət Rusiyanın hərbi kosmik qüvvələrinin nəzarətindədir. Bu qüvvələrin komandanı isə həm Putinə yaxın olan şəxsdir, həm də Priqojinlə sıx əlaqəsi olan Sergey Surovikin idi.

Unutmayaq ki, Surovikin Priqojinin ölümü ilə nəticələnən əməliyyatdan cəmi iki gün əvvəl vəzifəsindən kənarlaşdırıldı. Bunun ardınca Priqojinin təyyarəsi vuruldu. Özü də təyyarə harada vuruldu – Putinin Valdaydakı iqamətgahından cəmi 50 kilometr kənarda. İndi versiya var ki, guya Priqojin Moskvadan Peterburqa uçurmuş, hansısa məsələləri həll edəcəkmiş və s. Onda sual olunur: “Vaqner”in komandanı Utkin orada nə gəzirdi?! Deməli, ehtimal var ki, Putin Priqojinlə birlikdə orduya qarşı istifadə etmək üçün növbəti əməliyyat hazırlayırmış. Bu əməliyyatın isə ordu tərəfindən qarşısı sərt şəkildə alındı. Mən bu versiyanın daha inandırıcı olduğu qənaətindəyəm.

- Belə versiya da var ki, ümumiyyətlə, bu əməliyyat Putinin planı deyil, əksinə, ona qarşı olan daxili və xarici qüvvələrin ssenarisidir. Bu versiyaya inananlar hesab edirlər ki, bu hadisəni törətməklə beynəlxalq aləmə Putini qisasçı kimi göstərməyə çalışdılar...

- Putini qisasçı olmağını dünyaya göstərməyə nə ehtiyac var ki? Onsuz da Kreml rəhbərinin bu xasiyyətini hər kəs bilir. Putin özü də qisasçı olduğunu açıq etiraf edib, dəfələrlə deyib ki, satqınları bağışlamır. Amma bu satqın rolunda Priqojin yox idi axı... Priqojin məhz iyun ayında da, ondan əvvəl də bütün gücünü Rusiyanın ordu rəhbərliyinə yönəltmişdi. Ona görə də bu versiya mənə inandırıcı gəlmir. Yarımçıq qiyamdan sonra ordu rəhbərliyi faktiki olaraq özünü güc kimi təsdiq etmişdi və Putinin səlahiyyətləri xeyli dərəcədə məhdudlaşmışdı. Yəni artıq səlahiyyətləri məhdudlaşmış Putini qisasçı kimi, təcavüzkar kimi dünyaya göstərməyə ehtiyac yoxdur. Putin özü bu məziyyətlərini artıqlaması ilə dünyaya nümayiş etdirib və etdirməkdədir.

Ona görə də bu hadisə bir versiyanın – Putinin qisasçılığı, Putinin cəzalandırması üzərində qurulmamalıdır. Mən düşünmürəm ki, burada məqsəd Putini kiməsə necəsə göstərməkdir. Mümkündür ki, Putinin Priqojin vasitəsilə hazırladığı yeni əməliyyatın qarşısı “Vaqner” rəhbərinin təyyarəsinin vurulması ilə alındı.

- Putinin Priqojinlə bağlı yeni əməliyyatı nə ola bilərdi?

- Mən bunu deyə bilmərəm. Bu, Ukrayna ilə Belarus arasında yeni nifaq yaratmaq planı da ola bilərdi, Qərb ölkələrinə, Polşaya qarşı “Vaqner”dən istifadə etmək, müharibəni genişləndirmək planı da ola bilərdi. Mümkündür ki, xaricə diqqətləri yönəltməklə ordu rəhbərliyinin diqqətini daxili siyasi mübarizədən yayındırmaq üçün əməliyyat planı hazırlayırmışlar. Hətta “Vaqner”dən daxildə də istifadə etmək planı ola bilərdi. Bu hadisə eyni zamanda, Putinin imicinə zərbə oldu. Göründü ki, Putin Rusiya daxilindəki proseslərə nəzarəti itirib.

- Bundan sonra Rusiyada proseslər hansı istiqamətdə cərəyan edəcək?

- Dediyim kimi, Putinin planı vardı ki, münaqişəni genişləndirsin. Rusiya ordusu isə göstərdi ki, münaqişə coğrafiyasının genişlənməsində maraqlı deyil. Ona görə də Putinin münaqişəni genişləndirmək üçün istifadə etmək istədiyi “Vaqner” şirkətini, başqa sözlə, Putinin hərbi alətini sıradan çıxardı. Məlumdur ki, demokratik dünyada Rusiya ordusundan qorxu var. Bu da haqlı qorxudur. Çünki ordu hər bir halda ordudur. Hətta bu gün ağır məğlubiyyətlər yaşayan Rusiya ordusu da. Rusiya ordusu müharibənin geniş coğrafiyaya keçməsinin qarşısını aldı - “Vaqner” kimi təxribatçı qrupu zərərsizləşdirdi. Bununla həmçinin, ordu hakimiyyətə də nəzarətini artırmış oldu.

Beləliklə, Rusiya ordusu NATO ilə, Qərblə danışıqlara da gedə bilər. Təxminən 10 gün əvvəl orduya yaxın beyin mərkəzinin rəhbəri, Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, keçmiş müdafiə nazirinin köməkçisi olmuş general-polkovnik Leonid İvaşov açıq şəkildə bildirdi ki, Ukrayna savaşını mənasız hesab edir, bu müharibəni dayandırmaq lazımdır, NATO ilə düşmənçilik etmək lazım deyil. Bu, proqram xarakterli müsahibə idi. Bütün bu mesajlar onu deməyə əsas verir ki, ordu Rusiyada situasiyaya, siyasi hakimiyyətə nəzarət etməyə başlayır və ordu problemlərin həlli üçün danışıqlara hazırdır.

Düşünürəm ki, “Vaqner”in müqəddəratı həll olundu. İstər Afrikada, istərsə də başqa yerlərdə “Vaqner”in yerini ordunun özü tutacaq. Təbii ki, o nöqtələr əldən verilməyəcək. “Bunun arxasınca nə olacaq” sualı da var. Doğrudan da Rusiya ordusu beynəlxalq güclərlə, NATO ilə, Qərblə dialoqa getməyə hazır olduğu mesajlarını verəcəksə, bu, o deməkdir ki, Rusiyada saray çevrilişi baş tutub. Putin isə nominal fiqur kimi qalmaqdadır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru