Rusiya İran dronlarını yığarkən azyaşlı işçilərdən yararlanır - KİV
Tarix: 17-08-2023, 14:23 | Çap et
Tatarstandakı Alabuqa Politexnik Universitetində yetkinlik yaşına çatmayan tələbələrin əməyi istismar edilir. Onlar yaxınlıqdakı xüsusi iqtisadi zonaya aid müəssisələrdə İranın hücum dronlarını yığırlar.
Burada baş verənlər Rusiya rəsmilərinin müharibəni udmaq üçün heç nədən çəkinməyəcəyini açıqca göstərir. Ukrayna şəhərlərini bombalamaqdan ötrü istifadə edilən İran silahlarının təzəlikcə Rusiyada yığılmağa başlaması gərginliyi artıra və dinc sakinlərin ölümünə yol aça bilər.
Yetkinlik yaşına çatmamış tələbələrin dron zavodunun fəhlələri kimi işlədilməsinə və bu istehsal müəssisələrinə dair ayrıntılara ilk dəfə Rusiyanın müstəqil media qurumları olan "Protokol" və "Razvorot" saytları diqqət yetirib. Onlar iyul ayında bu mövzuda silsilə araşdırma yazıları dərc edib.
Bəzilərinin cəmi 15 yaşı var Ovaxtdan bəri AzadlıqRadiosunun "İdel.Realii" xidməti həmin müəssisələrdəki dözülməz iş şəraitindən danışan tələbələrlə söhbətləşib və Alabuqa Politexnik Universitetində oxuyan uşaqların valideynlərindən müsahibə alıb. Bu tələbələrdən bəzilərinin cəmi 15 yaşı var. Valideynlər istər özlərinin, istərsə övladlarının günün xeyli bölümünü aramsız və naharsız işləməyə məcbur edildiyini deyirlər. Onlar bu müəssisələrdəki dözülməz durumun onların mental sağlamlığına ciddi ziyan vurmasından da danışıblar.
"Mənim oğlum [universitetdə] oxumağa başladı və 2.5 aydan sonra məni çağırdı ki, gəlib onu aparım. O, telefonda mənə dedi ki, gəl məni apar, yoxsa mən öləcəyəm. Mən də dərhal gedib onu götürdüm", - təhlükəsizliyini qorumaq üçün soyadının yazılmasını istəməyən Jannanın sözləridir.
Janna ötən il oğlunu Nijni-Novqoroddan Rusiyanın ən yaxşı texniki məktəblərindən biri kimi ad çıxarmış Alabuqa Politexnik Universitetinə oxumağa göndərdiyini deyir.
Məktəb yaşı çox zaman 15-18 arasında olan tələbələrə ikili proqram çərçivəsində peşə təhsili təklif edir. Bu ikili proqram həm sinifdə tədrisi, həm də praktik iş təcrübəsini əhatə edir. İş proqramı çərçivəsində tələbələrə işləyərək yerli səviyyədə rəqabətli maaş almaq, eyni zamanda karyeralarını gəlişdirmək imkanı vəd edilir. Maaş ayda 70 min rubladəkdir (1 min 119 manatadək).
Proqrama yazılanlar dron hazırlayan müəssisədə işləməyə dəvət edilir, bəzən onlara birbaşa təzyiq də edilir.
"Bu, istismarın dərslikdəki tərifinə tam uyğundur. [Tələbələr] dron yığır və iş dərsi üstələyir", - "Protokol"un araşdırmaçı jurnalisti Sergey Podsıtnikin sözləridir.
Tələbələrə iş yerində ağır kvotalar qoyulur. Bir çoxunun iş növbəsi 15 saatadək sürür. Onların yatmağa və uyğun istirahətə çox az vaxtı qalır. İş saatlarından artıq işləməyə görə çox vaxt maaş ödənmir. Yorğun tələbələr heç də həmişə kvotalarını təhvil verə bilmədiklərini, nəticədə məktəbin onlara söz verdiyi maaşı almadıqlarını deyirlər.
Bir çox tələbə yoxsul ailələrdən gəldiyindən təhsilhaqqı, otaq və s. xərclərini ödəmək üçün buradakı qazanclarına ümid bəsləyir, pulun qalan hissəsini də evlərinə göndərir.
"Bu, səbrimin son damcısı oldu…" Marina adlı valideynsə qızının təhlükəsiz olmayan ortamda çalışdığını öyrənincə, onu proqramdan çıxarmaq qərarına gəlib. Valideynin sözlərinə görə, məktəbin işçiləri tələbələrə dron yığan müəssisədə çalışdıqlarını öz ata-anasına deməməyi tapşırıblar: "Bu, səbrimin son damcısı oldu… axı söhbət təhlükəli kimyəvi maddələrdən istifadə edilən təhlükəli istehsal prosesindən gedir. …Onlar uşaqlara valideynlərinə hər şeyi danışmağı yasaqlayıblar".
Alabuqa Politexnik Universitetində baş verənlər ötən il Ukraynaya hücum ediləndən sonra İranla Rusiya arasında hərbi əməkdaşlığın artması ilə bağlıdır.
İran Rusiyaya müharibədən öncə dron satdığını, ancaq müharibənin başlanmasından sonra bunu etmədiyini deyib. Ancaq ABŞ kəşfiyyat rəsmiləri İranın aylar boyunca, davamlı olaraq Rusiyanı dronlarla təchiz etdiyini, eləcə də tərəflərin İran dronlarını Rusiyada yığmaqdan ötrü zavod qurmaq planlarını götür-qoy etdiyini bildiriblər.
Peyk görüntüləri ictimailəşib "The Wall Street Journal" yanvarın 5-də İran nümayəndə heyətinin Tatarstandakı Yelabuqa rayonuna gələrək belə bir zavodun tikilməsi üçün Alabuqa xüsusi iqtisadi zonasının ərazisini gözdən keçirdiyini yazır. Aprel ayında ABŞ rəsmiləri bu zavodun tikilməkdə olduğunu göstərən peyk görüntülərini ictimailəşdiriblər.
Müharibənin ilk dövrlərində tutduğu Ukrayna ərazilərindən çıxmağa məcbur qalan Rusiya strategiyasını dəyişərək Ukrayna şəhərlərinə amansız hava zərbələri endirməyə başlayıb. Bu hücumlarda çox zaman kruiz raketləri və partlayıcı maddələrlə doldurulmuş "intiharçı" dronlardan istifadə edirlər. Beləcə, Ukraynanın mülki əhalisinin elektrik və içməli su infrastrukturu dağıdılır.
Bu vaxtadək İran Rusiyanı "intihar" dronları kimi tanınan "Şəhed-136" dronları ilə təchiz edib. Hərbi ekspertlər deyirlər ki, bu dronlara az miqdarda partlayıcı maddə yükləndiyindən onlar hədəfə dəydiyi an partlayır.
Rusiya dronları daxildə istehsal etməklə daha ucuz başa gələn və son dərəcə dağıdıcı gücə malik dron arsenalını böyüdə bilər.
Bu sövdələşmə Ukrayna müharibəsində özünü tərəfsiz göstərməyə çalışan İrana da ciddi iqtisadi və siyasi mənfəət gətirir. İran istehsalı olan dronların Ukrayna şəhərlərində görünməsi Qərbin İranı yeni iqtisadi sanksiyalar barədə xəbərdar etməsinə səbəb olub.
"Dünya səviyyəli" maaş? Hazırda Alabuqa Politexnik Universitetində minədək tələbənin oxuduğu, onlardan bir neçə yüzünün İran dronları yığdığı bildirilir.
"Protokol" və "Razvorot"un araşdırmalarına görə, məktəb bu işə əcnəbi tələbələri də cəlb etməyə çalışır. Əcnəbilərin çoxu Afrika ölkələrindən, Mərkəzi Asiya və Azərbaycandandır. Onlara beynəlxalq təcrübə proqramı çərçivəsində "dünya səviyyəli" maaşlar vəd edilir.
Ancaq bu əcnəbi tələbələrə sonradan məktəbin ərazisində bilik və zehni əmək tələb etməyən, məsələn, təmizlik işləri həvalə edilir və vəd edildiyindən daha az məvacib ödənilir.
AzadlıqRadiosu ©
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
|