Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                 

İran hicaba görə populyar startaplara təzyiqi gücləndirir - GƏLİŞMƏ
Tarix: 4-08-2023, 10:29 | Çap et
İran hicaba görə populyar startaplara təzyiqi gücləndirir
İran rəsmiləri populyar texnologiya startaplarının əməkdaşlarının ölkənin sərt hicab qanununa tabe olmasına nəzarət işini həmin startapların üzərinə qoymağa çalışır.

Son həftələr azı üç internet şirkətinin – DigiKala onlayn satış şirkəti, Azki.com sığorta şirkəti və Taaghche kitab tətbiqi şirkəti bağlanıb. Hər üç halda səbəb qadın əməkdaşların hicabsız şəkillərinin ortaya çıxmasıdır.

Görüntülərin şirkətlər tərəfindən deyil, əməkdaşların şəxsi sosial media hesablarına paylaşıldığı bildirilir. Ancaq bu, hökuməti bu yaxınlaradək uğurlu biznes modeli ilə tanınan startapları təqib etməkdən çəkindirməyib. Bu cür startaplar İranın beynəlxalq sanksiyalara rəğmən müstəqil şəkildə müasir şirkətlər qurmaq bacarığının göstəricisi kimi təqdim edilir.

Bu cür şirkətlərə təzyiq ölkənin Mədəniyyət və İslami Nəsihət Naziri Mehdi Esmailinin 27 iyun bəyanatından sonra başlayıb. Nazir əməkdaşları ismət və hicab qanununa əməl etməyən startap şirkətləri barəsində tədbir görüləcəyini demişdi.

Ancaq müşahidəçilər Tehranın təhlükəli oyun oynadığını deyirlər. Bu cür tədbirlər İranın gənc nəslini uzaqlaşdıra, sahibkarları və xarici investorları müasir şirkətləri İrana gətirməkdən çəkindirə bilər.


Dünyaya bağlı texnologiya adamları
Təzyiqə məruz qalan şirkətlər bir-birindən fərqlidir. Onların arasında özəl, yarıözəl və hətta İran hökuməti ilə birbaşa və ya dolayı güclü bağları olan startaplar var. “Miaan Group”un Nyu Yorkda yaşayan internet təhlükəsizliyi və rəqəmsal hüquqlar bölməsinin direktoru Əmir Rəşidi belə deyir.

Ancaq bu şirkətlərin bir ümumi cəhəti var: onlar İranda iş görməyin köhnə üsullarından fərqli çalışırlar. Onlar gənc müştərilərə müasir texnologiyadan yararlanaraq xidmət göstərmək üçün gənc və təhsilli insanları işə götürürlər.

"Bu şirkətlərdə mövcud olan mədəniyyət adətən İran hökumətinin mədəniyyətini təmsil etmir. Çünki bu, yeni nəsildir. Bunlar texnologiya adamlarıdır. Bunlar İranın [dünya ilə] bağı ən sıx olan əhalisidir. Onlar dünyaya internetlə, gördükləri işlə bağlanırlar. Onların ətraf dünya ilə əlaqədə olmaq imkanı daha çoxdur”, – Rəşidi deyir.


Cərimə və cəzalar
Hicaba və ölkənin dini rəhbərliyinə qarşı aylarla davam edən küçə etirazları fonunda mühafizəkarlar ismət və hicab qanununu sərtləşdirməyə çalışırlar. Parlamentin ötən ayın sonunda təqdim etdiyi yeni qanun layihəsi qanunu pozan qadınlara 720 dollara qədər cərimə, 3 ilədək həbs cəzası kəsilməsini nəzərdə tutur.

İranın dini istəblişmenti bu qanun layihəsini İslam respublikasının fundamental dəyərlərinin qorunub saxlanması üçün zəruri addım kimi qələmə verir.

Dini hakimiyyətə qarşı etirazların yatırdılması zamanı hökumət dəfələrlə internetə çıxışı kəsib və sosial mediada öz hicabsız şəkillərini paylaşaraq nümayişçiləri dəstəkləyən şəxsləri təqib edib.

Hədəfə alınanlar arasında tanınmış qadın məşhurlar və idmançılar da olub. Üç kino və televiziya aktrisası hicabsız şəkil çəkdirdikdən sonra həbs edilib. Ötən ay onlara şəxsiyyət pozğunluğu diaqnozu qoyulub.


Narazılıq
Sözügedən şirkətlərin bağlanmasının təsiri dərhal hiss olunmağa başlayıb. Müştərilər kitab, mal və xidmətləri internetdən satın ala bilmədikləri üçün narazılıq ifadə ediblər. Biznes assosiasiyaları isə bu hərəkətin ölkədə biznes sektorunu inkişaf etdirmək cəhdlərinə zərbə vuracağını deyiblər.

Bundan sonra Azki.com və “Taaghche”yə fəaliyyətlərini bərpa etməyə icazə verilib. Ancaq onlardan əməkdaşlarının ismət və hicab qanununa əməl edəcəyinə dair ictimai öhdəlik alınıb.

İranın “Amazon”u adlandırılan “DigiKala”nın durumu isə qeyri-müəyyən olaraq qalır.

Rəşidi istər cəmiyyət, istərsə də biznes səviyyəsində “insanları insanlara qarşı qoymağın” işə yarayacağına skeptik yanaşdığını deyir.

"Bu şirkətlərin bəzilərinin İranın xaricində investorları var. Bu həmin şirkətlərə mütləq təsir edəcək. Çünki onlar beynəlxalq aləmdə senzuranın dəstəkçiləri kimi görülmək istəmirlər”, – Rəşidi bildirir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru