“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

Putin üçün əsl rəzalət: haradan haraya - NƏ BAŞ VERİR?
Tarix: 3-08-2023, 10:34 | Çap et
Putin üçün əsl rəzalət: haradan haraya
İyulun 27-28-də Sankt-Peterburqda “Qara qitə”nin 16 dövlət başçısının iştirakı ilə baş tutan ikinci Rusiya-Afrika sammitinin keçirilməsində Rusiya Federasiyasının qarşısında duran əsas vəzifə o idi ki, mütərəqqi bəşəriyyətin təcavüzkar və cinayətkar elan etdiyi Rusiya diktatoru Vladimir Putinin bütün dünyada və hətta bütün Afrika qitəsində bir-birinin ardınca əli sıxılmayan adam olmadığını dünyaya göstərsinlər. Gəlin Rusiyanın qarşısına qoyduğu bütün məqsədləri və sammitin nə dərəcədə effektiv olduğunu nəzərdən keçirək.

Rusiyanın məqsəd və vəzifələri:

- Ukraynaya qarşı təcavüz nəticəsində Rusiyanın qlobal şəkildə təcrid olunmasının nəticə vermədiyini, Rusiya liderinin özünün Haaqa Məhkəməsinin həbsinə dair order verməsinə baxmayaraq, dünya siyasətinin mövzusu olaraq qaldığını göstərmək;

- Rusiyanı və əsasən onun liderini tərəfdaş və ya müttəfiq kimi tanımağa hazır olan Qərbə alternativ ölkələrin koalisiyasının yaradılması;

- Beynəlxalq platformalarda, xüsusən də BMT-də Afrika ölkələrinin səsini qazanmaq (burada nəzərə almaq lazımdır ki, 53 Afrika dövləti Qoşulmama Hərəkatının üzvüdür və əslində onlar Rusiya - Ukrayna müharibəsinə münasibətdə neytraldırlar).

Rusiya təbliğat maşını hər şeydən əvvəl öz əhalisini inandırmaq üçün mübarizə aparırdı ki, Rusiya “izqoy” deyil və hələ də Qərb dünyasının bütün hiylələrinə rəğmən beynəlxalq təsirə malikdir, Afrikanın əsas dövlətlərinin rəhbərləri təzyiqlərə baxmayaraq, Sankt-Peterburqa gəldilər. Özü Qərbin onlara ciddi təzyiq göstərməsi fonunda.

Amma…

Kim gəlib?

Sammitə 54 Afrika ölkəsindən cəmi 16 lider (Misir, Seneqal, Cənubi Afrika, Eritreya, Burkina Faso, Zimbabve, Mali, CAR, Uqanda, Burundi, Konqo, Mozambik, Kamerun, Qvineya-Bisau, Komor və Liviya) gəlib: 10 ölkə Rusiyaya Baş nazirlərini göndərib, qalanları Baş nazirin müavinləri, nazirlər və ya səfirlər tərəfindən təmsil olunurdular.

Beş ölkə sammitdə iştirakdan ümumilikdə imtina edib. “Current Time”ın məlumatına görə, Rusiya hətta bəzi ölkələrin nümayəndələri üçün öz təyyarələrini göndərib. Xatırladaq ki, 2019-cu ildə Soçidə keçirilən ilk Rusiya-Afrika sammitində 45 ölkəni prezidentlər və baş nazirlər təmsil edib və ölkələrin heç biri dəvətdən imtina etməyib.

Afrikalılar niyə “izqoy” ölkəyə gəldilər?

- Bir çox Afrika ölkələrinin əsas vəzifəsi Putini “taxıl sövdələşməsi”ni bərpa etməyə inandırmaq idi;

- Hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri gücləndirmək - söhbət əsasən Putinin özünün dediyi kimi, silahların alınmasından və onların bu dözlətlərin ərazilərində istehsalının yaradılmasından gedir. Baxmayaraq ki, Ukraynada müharibə başlayandan sonra onların çoxu Qərb silahlarının üstün olduğuna bir daha əmin oldu.

Putin Afrikaya nə təklif etdi?

- Putin SSRİ-nin verdiyi 20 milyard dollarlıq borcları bağışlayacağına söz verdi;

- Ərzaq təhlükəsizliyi - Putin Rusiyanın yaxın 3-4 ay ərzində altı ölkəyə “Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası, Eritreya) 25-50 min ton taxılı "pulsuz" tədarük etməyə hazır olduğunu açıqladı. Baxmayaraq ki, buğdadan danışsaq və Çikaqo Birjasında bir buşelin cari qiymətinin 7,25 dollar olduğuna əsaslansaq, bu, cəmi təxminən 40-80 milyon dollarlıq hədiyyədir. Bu məbləğ Afrikanın qalan hissəsinə Rusiyanın ümumi ixracının 0,5-1%-i (7,8 milyard dollar) qədərdir.

Lakin Zimbabve Prezidenti Emmerson Mnanqaqva Putinin prezident helikopteri hədiyyə etməsinə baxmayaraq, pulsuz taxılı rədd etdi və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Putini “taxıl müqaviləsi”nə qayıtmağa çağıraraq, “Biz bura bəzi “hədiyyələr” istəməyə gəlməmişik” dedi.

Afrika nə əldə etdi?

- Afrika 20 milyard dollar məbləğində Sovet borclarının bağışlanmasına nail oldu;

- Rusiyaya loyallığı ilə bağlı Qərblə ticarət etmək və həm siyasi, həm də iqtisadi məsələlərdə, o cümlədən silah ticarətində özü üçün ən əlverişli şərtləri müzakirə etmək imkanı əldə etdi.

İkinci Rusiya-Afrika sammitinin perspektivlərini qiymətləndirmək üçün Rusiya Federasiyası ilə Afrika qitəsi arasında ticarət dövriyyəsini beş il ərzində iki dəfə - 20 milyard dollardan 40 milyard dollara qədər artırmaq vəd edildiyi 2019-cu ildə keçirilən ilk sammiti xatırlayaq. Müddət hələ başa çatmasa da, ticarət dövriyyəsi xüsusilə digər ölkələrlə müqayisədə artım göstərmir, hətta əksinə aşağı düşüb. Belə ki, 2020-ci ildə Afrika Rusiyaya cəmi 1,4 milyard dollarlıq mal ixrac edib ki, bu da qitənin ümumi ixrac ticarətinin 0,4%-ni təşkil edib.

2020-ci ildə Rusiyadan Afrika idxalı 8,5 milyard dollar və ya ümumi idxal ticarətinin 1,7%-ni təşkil edib. Ümumiyyətlə, 2016-cı ildən 2020-ci ilə qədər Afrikanın beynəlxalq mal ticarətinin yalnız 2-3%-i Rusiyanın payına düşüb. Müqayisə üçün qeyd edək ki, Çin Afrika xarici ticarətinin demək olar ki, 20%-ni təmin edir. Rusiya investisiyaları onların ümumi məbləğinin təxminən 1%-ni təşkil edir.

Sammitdə nə yeni müqavilələr, nə də iqtisadi əməkdaşlığın yeni sahələri ilə bağlı konkret təkliflər irəli sürülüb. Rusiyanın yüksək texnologiyaları sahəsində, İT, telekommunikasiya və enerji infrastrukturunun inkişafı sahəsində cəlbedici təkliflər olmayıb. Rusiya özü bu sahədə Çindən və Qərbdən tamamilə asılıdır və Afrikaya təklif edəcək heç bir şey yoxdur.

Nəticədə məlum oldu ki, Rusiyanın Afrikaya təklif edəcəyi heç nə yoxdur. Sammitdə təqdim olunan nümayəndə heyətlərinin tərkibinə əsaslanaraq, qəti şəkildə demək olar ki, Rusiyanı təcrid olunmamış dövlət adlandırmaq mümkün deyil - Afrika liderlərinin yalnız üçdə biri, hətta ölkələrinin Qoşulmama Hərərkatına üzvlüyünü nəzərə alsaq, üçdə ikisi Putinlə eyni siyasi platformada olmaq istəmədi. Yəni, sammit ümumilikdə uğursuz oldu. G7 və G20-dən olan Putin rəvan şəkildə "qlobal cənubun" qucağına yuvarlandı, hansılar ki, bunu xüsusi həvəslə qarşılamadılar.

Rusiya liderinin nüfuzunu daha da sarsıdan bir amil isə daha əvvəl Putin tərəfindən satqın və cinayətkar elan edilmiş “Vaqner”in rəhbəri Yevgeni Priqojinin sammitin platformalarında Mərkəzi Afrika Respublikasının nümayəndəsi ilə nümayişkaranə surətdə şəkil çəkdirməsi oldu. Yeri gəlmişkən, bir çoxları ona böyük hörmət bəsləyirlər - indi Putindən daha çox. Qərb mətbuatını isə daha çox Afropiterin özü deyil, Priqojinin Piterdə olması maraqlandırırdı.
//AYNA//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru