Türkiyənin SEÇKİ HƏQİQƏTLƏRİ... - Bunu hər kəs bilirdi...
Tarix: 23-05-2023, 10:38 |
Çap et
- Kılıçdaroğlu bilirdi ki, prezident olmayacaq (təbliğat başqa, real dəyərləndirmə başqa)
- Ərdoğan bilirdi ki, qalib olacaq,
- Oğan bilirdi ki, ikinci tura qalsa, Ərdoğanı dəstəkləyəcək,
- İnce bilirdi ki, onun seçilmək şansı yoxdur,
- Kılıçdaroğlu üçün ana müxalifətin lideri qalmaq, Oğan üçün yeni karyera lazım idi,
- Amma Kılıçdaroğlu səhv hesablamalar apardı, çünki nəticələr onun CHP sədrliyindən getməsini gündəmə gətirəcək,
- Hələlik Ekrem İmamoğlu daha çox canfəşanlıq göstərir (davranışlarından gəldiyim nəticə)
- Oğana böyük ehtimalla elə vəzifə veriləcək ki, o, formal xarakter daşıyacaq,
- Oğan onsuz da bilirdi ki, Ərdoğanı dəstəkləməkdən başqa yol yoxdur,
- Buna həm onun idealları, həm də siyasi karyerada yuxarı qalxmaq potensialı yardımçı oldu,
- Ümumiyyətlə Oğanın Kılıçdaroğlunu dəstəkləyəcəyini düşünmək qədər gülməli heç nə yox idi.
Aqşin Kərimov - DİA.AZ