Türkiyənin yeddi bəndlik bəyanatındakı “kod”lar: - PKK, Yunanıstan, Azərbaycan-Ermənistan toqquşması
Tarix: 30-09-2022, 08:30 | Çap et
Türkiyə Milli Təhlükəsizlik Şurası sentyabrın 28-də iclas keçirdi. İclasın sonunda yeddi maddəlik bəyanat qəbul edildi. Bəyanat Türkiyə-Yunanıstan münasibətlərinin müharibə həddinə çatması ilə yedəyə alınan digər risk faktorlarının qiymətləndirilməsi, perspektiv müdafiə marşrutlarının dəqiqləşdirilməsi istiqamətini müəyyən edir. Birinci maddə PKK, FETÖ və İŞİD kimi terror təşkilatlarının terror-təxribat fəaliyyətinin təhlilinə əsaslanır və gələcək üçün Türkiyənin həyata keçirə biləcəyi gizli və ya açıq əməliyyatların konturlarını göstərir. Bu xüsusda Türkiyənin Suriyadakı mövcudluq şkalasını qaldırması, həmçinin PKK və FETÖ-yə qarşı isə həm daxildə, həm də başqa ölkələrdə yeni fəaliyyət dairəsi cızacağı qaçılmaz hala gələcək. İkinci maddə Türkiyənin İraqdakı maraqlarının müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini ehtiva edir, amma hiss edilir ki, Ankara İraqdakı proseslərin xarakterinin fərqliliyini nəzərə alaraq bu ölkəyə dair planını ayrıca xətt üzrə icra edir. Nəzərə alınmalıdır ki, İraqda hökumət qurulması prosesində problemlər müşahidə edilir. Türkiyə İraq hakimiyyətində rıçaqlara yiyələnmək meyillərini bu ölkədəki PKK-ya qarşı mübarizə ilə paralel şəkildə diqqətdə saxlayır. Təhlükəsizlik Şurası Yunanıstanla gərginlik mövzusunu 3-cü bəndə daxil edib. Yəqin, göstərilir ki, Türkiyənin Suriyada genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi və İraqdakı “Pəncə-Kilit” əməliyyatının miqyasını genişlətməsi digər oyunçuların maraqları ilə toqquşduğundan onlar Yunanıstan kartına kapital qoyurlar. Bu nöqtədə Türkiyə daha çox ABŞ və Fransaya vurğu edir, çünki Yunanıstanın həlledici dəstəkçiləri bu iki ölkədir. Görünür ki, masada hərb variantı mövcuddur, yoxsa Təhlükəsizlik Şurası Yunanıstanın hərbi hərəkətliliyinə qarşı beynəlxalq hüququn icazə verdiyi bütün vasitələrdən istifadə etməklə cavab veriləcəyini bəyan etməzdi! Dördüncü maddədə ABŞ-ın Cənubi Kiprə silah embarqosunu aradan qaldırması dəyərləndirilib, bunun Aralıq dənizində sülh və balansı mənfi istiqamətə sürükləyəcəyi qeyd olunub. Türkiyə cavab olaraq Şimali Kipr Türk Respublikasının beynəlxalq səviyyədə tanınmasının vacibliyini önə çəkib, hiss etmək çətin deyil ki, Türkiyənin rəqibləri həm də bu çağırışın önünə keçmək üçün müxtəlif vasitələri işə salaraq onları yerbəyer edirlər. Bəyanatın 6-cı maddəsi Ukraynadakı müharibənin yaratdığı humanitar fəlakətin qarşısının alınması üçün Türkiyənin səylərini davam etdirəcəyini, 7-ci maddə isə Liviyadakı proseslərdə Ankaranın mövqeyinin möhkəmləndirilməsi istiqamətlərini göstərir. Türkiyə Təhlükəsizlik Şurasının yaydığı sənədin 5-ci bəndinin şərhini isə sona saxladıq. Bu bənd Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalar fonunda kənar oyunçuların hansı mövqedə dayanmasına işarə edir. Ankara hesab edir ki, Ermənistan özünə təqdim edilən sülh fürsətlərini dəyərləndirmək əvəzinə, təxribata təhrik edilib. Bunun açması odur ki, Ermənistan özünün havadarları ilə Azərbaycana qarşı hərəkətə keçib. Toqquşmalardan sonra ən çox ABŞ, Fransa və İrandan İrəvana dəstək ifadə olunduğunu nəzərə alsaq, Ermənistanın hansı qaynaqlardan ruhlandığını görmək mümkündür. Təhlükəsizlik Şurasının birinci maddəsinin məğzini 5-ci maddəyə də proyeksiya etmək lazımdır, bu mənada hesablamaq çətin deyil ki, Türkiyə Cənubi Qafqaz regionunda hansısa terror fəaliyyətinin canlanacağından ehtiyat edir. Diqqətdə saxlamağa ehtiyac var ki, Ermənistan PKK terrorçularının gizlənməsi üçün əlverişli yerlərdən biridir. Üstəgəl, Cənubi Qafqazda İŞİD düşüncəli təhlükələr, FETÖ mərkəzli hərəkətlər baş qaldırarsa, buna qarşı da Türkiyə preventiv tədbirlərini gücləndirəcək. NƏTİCƏ olaraq qeyd edə bilərik ki, bütün proseslər bir-birilə zəncirvari bağlıdır. Aqşin Kərimov DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|