Ölüm yox, azadlıq: Ukrayna 215 məhbusu necə qaytardı? - TƏFƏRRÜAT
Tarix: 23-09-2022, 09:01 | Çap et
Ukrayna 2015 döyüşçüsünü, o cümlədən "Azov"un tanınmış komandirləri, dəniz piyadaları və Milli Qvardiyanın zabitlərini, hamilə hərbi qulluqçuları və əcnəbiləri əsirlikdən geri qaytara bildi. Kreml tərəfindən ölümə məhkum olunmuşların geri alınması prosesinin necə baş verdiyini UNIAN araşdırıb. AYNA araşdırmanı istinadla təqdim edir.
Sentyabrın 21-də ukraynalı məhbusların guya rus əsirliyindən azad edilməsi ilə bağlı məlumatlar yayılmağa başlayanda bir çox ukraynalı yumruqlarını sıxaraq donub qaldı. Axı bunun Rusiyada səfərbərlik elanı fonunda baş verdiyini nəzərə alsaq, bu əməliyyat uğursuzluqla nəticələnə bilərdi. Amma xoşbəxtlikdən hər şey plana uyğun getdi.
Kimlər azad edildi?
215 döyüşçü və üç nəfər mülki rus əsirliyindən xilas edilib. Məsələ burasındadır ki, onların arasında üç hamilə qadın hərbçilər də var - Maryana Mamonova, Yana Şumovetska və Anastasiya Çernenkaya. Azad olunanlardan 108-i əfsanəvi “Azov”un döyüşçüləridir.
Sərbəst buraxılanların 10-u əcnəbilərdir ki, onların da əksəriyyəti Kremlin marionetləri tərəfindən ölüm cəzasına “layiq” görülmüşdülər.
"Rus əsirliyində olan on əcnəbi vətəndaşı azad edə bildik. Bir vaxtlar biz bunu Boris Consonla müzakirə etdik, kömək istədik. Və Conson amerikalı dostları ilə danışdı. İndi onlar vətənə qayıdacaqlar: beş Böyük Britaniya vətəndaşı, iki ABŞ vətəndaşı, bir Mərakeş vətəndaşı və bir İsveç, bir Xorvatiya vətəndaşı”, - Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib.
Adları çəkilən əcnəbi döyüşçülər Səudiyyə Ərəbistanına, Ər-Riyad şəhərinə göndəriliblər. Axı onların azadlığa buraxılması Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın köməyi ilə baş tutub. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan isə sentyabrın 21-də ABŞ vətəndaşlarının əsir mübadiləsinə cəlb edilməsinə görə Ukraynaya təşəkkür edib.
"Vətəndaşlarımızın ailələrinə qovuşmasını səbirsizliklə gözləyirik", - deyə bildirib.
Ukraynalıların ailələri də eyni səbirsizliklə qovuşmağı gözləyirdilər. İndiyədək cəmi 200 müdafiəçi vətənə qayıdıb. Daha beş nəfər - "Azov”lular Denis Prokopenko, Svyatoslav Palamar, Oleq Xomenko, 35-ci Dəniz Briqadasının komandiri Sergey Volınski və 12-ci Milli Qvardiya briqadasının komandiri Denis Şleqa Ukraynada yox, Türkiyədədirlər.
"Çox güman ki, onlarla başqa prosedurdan istifadə olunub. Hansı ki, onların azadlığına Türkiyə vasitəçilik edib", - politoloq Aleksey Yakubin hesab edir.
Xatırladırıq ki, Mariupolun müdafiəçiləri bu proseduru hələ aprel ayında Azovstalda olarkən tətbiq etməyi xahiş etmişdilər. Axı onlar o zaman öz qüvvələri ilə geri çəkilə bilməzdilər. Eynilə, Ukrayna ordusunun digər bölmələri də onlara kömək edə bilməyib. Bununla belə, çıxarılması üçün Rusiya və Ukrayna əsgərlərinin təhlükəsizliyini təmin edəcək üçüncü tərəflərin razılığı tələb olunurdu. Təəssüf ki, Kremldən belə bir razılaşma olmadı. Beləliklə, əsirlik kədərli və qəddar bir alternativ oldu.
Bu, döyüşçülərin əksəriyyətinin sağ qalmasına imkan verdi. Lakin gələcəkdə Rusiya beynəlxalq müharibə qaydalarını və normalarını, Cenevrə konvensiyalarını növbəti dəfə pozaraq, əsirlikdə olan ukraynalılara əsl cəhənnəm yaşatdı. Ukrayna bunu heç vaxt unutmayacaq və bağışlamayacaq...
İki yüz döyüşçü qarşılığında Medvedçuk
Zelenski bildirib ki, Ukraynada artıq fəaliyyəti qadağan olunmuş partiyanın liderlərindən biri Viktor Medvedçukun Rusiyaya təhvil verilməsi müqabilində iki yüz ukraynalı döyüşçü azad edilib. (Medvedçuk Rusiyanın Ukraynadakı “5-ci kolon”unun rəhbərlərindən sayılır).
"Rusiyanın bir fanatikini iki yüz əsgərə dəyişdik", - deyə Zelenski vurğulayıb: "Əvvəlcə bizə bizdə saxlanılanlardan birinin müqabilində 50 nəfərimizi qaytarmağı təklif etdilər. Tədricən onların sayı artdı və iki yüz oldu".
Prezidentin sözlərinə görə, Medvedçuku döyüşçülərin müqabilində vermək ağılsızlıq deyil: “Birincisi, azad olunanlar qəhrəmanlarımızdır. Bir də ki, axı Ukrayna artıq ondan (Medvedçukdan) cinayət işi çərçivəsində həqiqəti üzə çıxarmaq üçün lazım olan hər şeyi alıb”.
Komandirə gəlincə, Zelenski qeyd edib ki, onlar üçün döyüşmək, azadlıqlarına qovuşmalarını təmin etmək lazım idi: “Bunlar bizim beş superqəhrəmanımızdır. Onların müqabilində nə rəhm etməyə, nə rəğbətə, nə də heç bir sözə layiq olmayan 55 nəfəri verdik. Ukraynaya qarşı vuruşanları verdik. Ukraynaya xəyanət edənləri də. Bizə qətiyyən lazım olmayanları verdik, qəhrəmanlarımız üçün”.
Ukraynanın beynəlxalq məhkəmələrdə iddiaları üçün lazım olan rusiyalı hərbi əsirlərin ifadələrinə gəlincə, “Biz Ukraynadanıq” layihəsinin hüquqşünas-koordinatoru Oleksandra Steşenko qeyd edir ki, Ukrayna ərazisində hərbi cinayətlər törədənlərin hamısı məsuliyyətə cəlb edilməlidir.
"Əgər bu insanlar azadlığa buraxılıblarsa, yəqin ki, onlar artıq dindiriliblər. Artıq bütün prosessual sənədlər tərtib olunub. Onların ifadələrindən Haaqada istifadə olunacaq", - ekspert deyib.
"Azov”un döyüşçülərinin buraxılması səfərbərlik fonunda Rusiya ictimaiyyətində əsl isteriyaya səbəb olub. Və rus təbliğatçıları sözün əsl mənasında dəli dərəcəsindədirlər.
Ancaq indi ruslar Medvedçukun niyə onlara təslim edildiyi, “nasistlər”in Ukraynaya necə qaytarıldığı sualları verilməyə başlayanda rus təbliğatçısının ritorikası dəyişib.
"Hansı daha vacibdir? Öz tərəfdarımızı xilas etmək sevinci, yoxsa düşməndən intiqam almaqdan məmnunluq? Mənim üçün birinci vacibdir", - Marqarita Simonyan “Telegram”da yazır.
İndi rusların öz “qəhrəmanlarını” necə qarşıladıqlarına diqqətlə baxmaq lazımdır - boş aerodrom, bayraqlar, çiçəklər – yoxdur, qarşılayanlar yoxdur. Üstəlik, ilk növbədə mübadilə haqqında necə öyrəndiklərini xatırlamaq lazımdır. Demək Rusiya üçün də, Kreml təbliğatçıları üçün də döyüşçüləri qəhrəman deyil, sözdə “qəhrəmandırlar”.
Hələ bir məsələ də var: azad edilmiş rusların ailələri qohumlarının əsirlikdən birbaşa FSB-nin işgəncə kameralarına göndəriləcəyindən narahat ola bilərlər.
"İnformasiya baxımından Kreml səfərbərliklə bağlı narazılığı mübadilə mövzusu ilə dəyişməyə çalışdı. Bu, ənənəvi sadə taktikadır. Yəni əvvəlcə 20 sentyabrda səfərbərlik elan etmək istəsələr də, bunun texnoloji baxımdan daha məqsədəuyğun olduğunu anladılar və gündəmi dəyişmək üçün əsirlərin mübadiləsi günü elan etdilər”, - Ukrayna müdafiə nazirinin müavini Anna Malyar hesab edir.
Daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə fərqli fikirdədir: "Əsirlərin dəyişdirilməsi və səfərbərlik fonunda bu addımın məntiqsizliyinə gəlincə, fakt odur ki, razılaşmalar səfərbərlik qərarından əvvəl əldə edilib. Və onları pozmaq, Rusiya Federasiyasında paralel idxal deyilən məhsulların təxminən 80 faizinin alınmasının qarantı olan Ərdoğanla münaqişəyə girməkdir”.
“Hər halda, Ukraynanın xeyrinə olan “birdən dördə” mübadiləsi dövlətimizin üstünlüyünü nümayiş etdirir və Rusiyada səfərbərliyə zərbədir”. Politoloq Mikola Davydyuk belə deyir. Onun sözlərinə görə, Peskovun oğlunun döyüşə getmək istəməməsi ilə bağlı dedikləri, lehimizə "birdən dördə" mübadiləsi, etirazların başlaması - bunlar həftənin sonuna qədər səfərbərliyin pozula biləcəyi tendensiyalarıdır.
Məqsəd hamını azad etməkdir
Baxmayaraq ki, 200-dən çox müdafiəçinin azadlığa buraxılması həqiqətən sevindirici xəbərdir və həqiqətən də böyük hadisədir, amma unutmaq olmaz ki, rus əsirliyində minlərlə ukraynalı var.
"Onların hamısı Putinin əlində böyük bir “kozır”dır. Və təbii ki, o, onların hamısını bizə birdən-birə verməyəcək", - politoloq Maksim Yali qeyd edir.
"Hamının azad olunması üçün nə olmalıdır? Məncə, yalnız müharibənin sonu. Yaxud, ən azı, atəşkəs. Putin bunu yalnız bir şərtlə etməyə hazır olacaq. Düşmənçilik dayanır. Və bu gün o, həqiqətən də bunu istəyir”, - politoloq vurğulayıb.
Nəzərə alsaq ki, nə Ukrayna cəmiyyətinin, nə Ukrayna ordusunun, nə də Ukrayna hakimiyyətinin Rusiya ilə danışıqlara dair tələbi yoxdur, onlar Kremldəki şıltaqlıqlarını özlərində saxlaya bilirlər. Lakin bu, əsirlərin mübadiləsinin planlaşdırılmadığı anlamına gəlmir. Bu məqsədə çatmağa çalışmaq üçün Ukraynada Rusiya üçün “kifayət qədər dəyərli” ruslar var. Amma Səudiyyə Ərəbistanı və Türkiyə kimi müttəfiqlərin və tərəfdaşların köməyi olmadan bunu etmək çətin olacaq. //AYNA//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|