“Hizbullah” İsraildən necə qisas alacaq? .....                     “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” .....                     Paşinyanın separatçılarla bağlı yeni planı: .....                     Vidadi İsgəndərli öldü .....                     Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                     Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                     “Azera Holdinq”də yeni təyinat .....                     Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı .....                     "Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" .....                     Tanınmış aktrisa bacısını itirdi .....                     Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... .....                     Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib .....                     Zay məhsulu satmaları bir yana... .....                     Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi .....                     İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb .....                     “Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                 

Vaşinqtondan Ankaraya hədə: ya mənim yanımda olacaqsan, ya da... - “Seçkilər yaxınlaşdıqca Türkiyəyə qarşı təzyiqlər daha da artacaq”
Tarix: 26-08-2022, 14:48 | Çap et
Vaşinqtondan Ankaraya hədə: ya mənim yanımda olacaqsan, ya da...
Bayden administrasiyası Türkiyəyə qarşı təzyiqləri gücləndirir və milli valyutalarda hesablaşmalar üçün sanksiyaya məruz qalan Rusiya banklarına müxbir hesablar açacağı təqdirdə, yerli bankları dollarla əməliyyatlar aparmaq imkanından məhrum etməklə hədələyir. ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun Türkiyədəki Amerika Ticarət Palatasına göndərdiyi məktubda bildirilir ki, türk bankları Rusiya ilə ABŞ bankları arasında seçim etməlidir.

“Türkiyə bankları ABŞ bankları ilə eyni münasibətləri davam etdirərkən, sanksiya tətbiq edilən Rusiya bankları ilə müxbir əlaqələri ola bilməz. Lütfən, sanksiyaya məruz qalmış Rusiya qurumları ilə sövdələşmənin Türkiyə maliyyə qurumları və şirkətləri üçün risk yarada biləcəyini nəzərə alın”, - deyə məktubda vurğulanır.

Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyədə növbəti prezident və parlament seçkiləri keçiriləcək. Analitiklər hesab edirlər ki, Vaşinqtonun Türkiyə hökumətinə müraciəti seçkiöncəsi lirəni dəyərdən salmaq, daxili inflyasiyanı gücləndirmək məqsədi daşıyır.

Belə düşüncədə olanların iddialarına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil xarici siyasət kursu, Rusiyaya qarşı Qərbin sanksyalarına qoşulmaması, eləcə də dünyada artan rolu ABŞ və müttəfiqlərini ciddi şəkildə narahat edir: “Bu səbəbdən Qərb dairələri bir tərəfdən Türkiyədə daxili iqtisadi vəziyyəti gərginləşdirməyə, digər tərəfdən isə Ərdoğan iqtidarını seçki dövründə zəiflətməyə çalışırlar”. Dia.az-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, seçkilər yaxınlaşdıqca Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmalar davam edəcək: “Gözlənilən odur ki, qarşıdakı seçkilər Türkiyənin siyasi tarixində ən gərgin seçkilərdən biri olacaq. Artıq müxalifət düşərgəsi qarşıdan gələn seçkilərdə vahid namizədlə iştirak etməklə bağlı müzakirələrə başlayıb. Hakim partiya da seçkilərə ciddi şəkildə hazırlaşır. Heç şübhəsiz ki, baş verənlərin fonunda Türkiyəyə qarşı xarici təzyiqlər də artır”.

“Bunun bir səbəbi Türkiyənin dünya miqyasında güclənməsi, aparıcı diplomatik oyunçulardan birinə çevrilməsidirsə, digər səbəbi müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Xüsusən, Rusiya məsələsində Türkiyənin tutduğu mövqe, şimal qonşumuza qarşı embarqolara qoşulmaması, ABŞ və müttəfiqləri ilə fikir ayrılıqları münasibətləri daha da gərginləşdirir”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Türkiyəyə etdiyi son müraciət də təsadüfi deyil: “Onlar aydın şəkildə bildirirlər ki, Türkiyə ABŞ və Rusiya valyutası arasında seçim etməlidir. Əks halda Türkiyə banklarını dollarla əməliyyatlar aparmaq imkanından məhrum edəcəkləri ilə hədələyirlər. Bu, kifayət qədər ciddi bəyanatdır. Açıq şəkildə qeyd edirlər ki, Türkiyə bütün riskləri nəzərə almalıdır”.

“Nəzərə alanda ki, son dövrlər Türkiyəyə qarşı iqtisadi təzyiqlər davam edir və lirənin ucuzlaşmasının xarici amillərlə bağlılığı ən yüksək rəsmi səviyyədə etiraf olunur, bu prosesin bundan sonra da davam edəcəyini söyləmək olar. Seçkilər yaxınlaşdıqca təzyiqlər daha da artacaq və daxili iqtisadi problemlər yaratmaqla Ərdoğan komandasının elektoratını azaltmağa çalışacaqlar”, - deyə Bayramov söyləyib.

Əlavə edib ki, Türkiyənin müstəqil xarici siyasət kursu həm Türkiyənin, həm də qardaş ölkə olaraq Azərbaycanın maraqlarına cavab verir: “Hesab etmirəm ki, ABŞ və müttəfiqləri təzyiqlər yolu ilə Türkiyəni geri çəkilməyə təhrik edə biləcəklər. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir dövlətdir və seçkilərin taleyinə hər hansı kənar qüvvələr deyil, türk xalqı aydınlıq gətirəcək”. Dia.az-ın məlumatına görə, Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl da AYNA-ya şərhində qeyd edib ki, Qərb əlindəki imkanlardan yararlanaraq Türkiyəyə təzyiq edir: “Burada qarşı əsas təzyiq aləti iqtisadi məsələlərdir. Məlumdur ki, bu gün Türkiyə müstəqil, balanslaşdırılmış xarici siyasət yürüdür. Məhz bu siyasətin nəticəsidir ki, Türkiyə bu gün dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Rusiya məsələsində tutduğu mövqe, NATO daxilində fikir ayrılıqları, ABŞ və müttəfiqləri ilə ortaya çıxan problemlər Qərb dairələrini ciddi şəkildə narahat edir. Onlar Türkiyə kimi önəmli bir dövlətin müstəqil siyasət yürütməsi ilə barışmaq istəmirlər”.

“Məhz bunun nəticəsidir ki, son dövrlər Türkiyəyə qarşı təzyiqlər daha ciddi xarakter almğa başlayıb. Heç şübhəsiz ki, lirənin ucuzlaşması, Türkiyə iqtisadiyyatında yaşanan problemlər əsas etibarilə xarici təzyiqlərlə bağlıdır. Onsuz da bu siyasət həyata keçirilirdi. Seçkilər yaxınlaşdıqca isə təzyiqlər daha da artacaq. ABŞ maliyyə nazirliyinin Türkiyəyə son müraciəti də məhz bundan qaynaqlanır”, - deyə müsahibimiz vurğulayıb.

İsmayıl Türkiyənin çox ciddi seçim qarşısında olduğunu diqqətə çatdırıb: “Qarıdakı seçkilər kifayət qədər gərgin şəraitdə keçəcək. Bunun əlamətləri artıq tam çılpaqlığı ilə ortadadır. Bütün hallarda Türkiyədə seçkilərin taleyini xalq həll etməlidir və xalq da həll edəcək. İmkan vermək olmaz ki, kənar qüvvələr daxildə təsir imkanları qazansınlar. Bunun Türkiyə üçün uğurlu olmayacağı hər kəsə məlumdur. Bu mənada türkiyəli seçicilərin də üzərinə böyük məsuliyyət düşür”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru