"Türkiyə Rusiya ilə bir çox məsələlərdə anlaşacaq" - GƏLİŞMƏ
Tarix: 29-07-2022, 08:02 | Çap et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya səfər edəcək. Nəzərə alsaq ki, iyulun 19-da Astana üçlüyünün Tehran sammitində tərəflər razılığa gələ bilmədi. Ərdoğanın avqustun 5-də Rusiyaya səfər etməsi diqqət çəkir. Əslində Tehran sammitində tərəflər arasında bir yox, bir neçə mövzu müzakirə edilib. Bu mənada İran Rusiya və Türkiyənin bir yox, bir neçə mövzuda ortaq məxrəcə gələ bilmədiyini deyə bilərik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Ali dini lider Seyid Əli Xamenei ilə görüşdə Ankara və Tehranın hansı məsələlərdə razılaşmadığı, fikir ayrılığı yaşadığı bəlli oldu. Görüş sonrası Suriya və İraqda baş verən hadisələr də bunu təsdiqləyir. Rəsmi Ankara buna görə də Moskva ilə uzlaşma yolları aramağa qərar verib. dia-az.life xəbər verir ki, "Sherg.az"a danışan siyasi şərhçi Turan Rzayevə görə, prinsip etibarilə Türkiyənin İrandan çox Rusiya ilə uzlaşması daha realdır: “Düzdür, tərəflərin Ukrayna, Suriya, Liviya, Ermənistan, Azərbaycan münaqişələrində fərqli maraq və mövqeləri olsa da biz praktikada tərəflərin gərginlik həddinə gələcək situasiyaya da səbəb olduğunu müşahidə etməmişik. Hesab edirəm, Soçidə baş tutacaq görüşdə Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizi, Suriya məsələsi və Rusiya-Ukrayna müharibəsilə bağlı müzakirə aparacaq. Xüsusilə də bu məsələlərdən taxıl dəhlizi hazırda daha aktualdır. Görüş öncəsi belə xəbərlər yayıldı ki, Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər. Rusiyanın Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatları ilə yaxından maraqlandığı əslində bilinən bir fakdır. Əslində təkcə Rusiya deyil, ABŞ, Almaniya, Çin, hətta İran da “Bayraqdar” pilotsuz uçuş aparatları ilə yaxından maraqlanır. Rusiyanın “Bayraqdar” ilə yaxından maraqlanmağı, şübhəsiz, davam edən və uzanan Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Bu həm də ondan xəbər verir ki, Rusiya ordusunun itkiləri rəsmi məlumatlara nəzərən daha çoxdur. Kreml müharibədə ciddi nailiyyətlər əldə etsə də müharibənin gözləniləndən uzun davam etməsinin bir digər səbəbi də Ukrayna ordusunun arsenalında “Bayraqdar” pilotsuz uçuş aparatlarının olmasıdır. Kreml bu fərqi aradan qaldırıb üstünlüyü artırmaq istəyir”. Ekspertə görə, Türkiyənin Rusiya ilə birgə “Bayraqdar” istehsal etməsi prinsip etibarilə mümkündür: “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”. Ərdoğan da bənzər formada qeyd edib ki, “Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Baykar” şirkəti ilə birgə işləmək istəyir”. Digər tərəfdən, Rusiya Türkiyəyə S-400 raketləri satıb. Bundan başqa rəsmi Moskva ilə Ankara arasında S-500-in birgə istehsalına dair razılaşma da var. Bu mənada Ankaranın Kremlin bu istəyinə yox deyəcəyini düşünmürəm. Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiya ilə birgə istehsalına dair razılaşma əldə olunsa, bu, rəsmi Ankaranın Suriyanın şimalında başlatmaq istədiyi antiterror əməliyyatları üçün də əlavə dividendlər yarada bilər. Ehtimal razılaşmanın Türkiyə-Ukrayna münasibətlərində gərginlik yaradacağını düşünmürəm. Prinsip etibarilə Türkiyə müharibənin əvvəlindən Ukraynaya həm "Bayraqdar" PUA-ları verir. Həm də PUA-ların texniki baxışı və istifadəsi üçün kadr hazırlığı keçir. Bu, Rusiya-Türkiyə münasibətlərini pozmur, eynilə Ukrayna ilə münasibətləri də pozmamalıdır. Rəsmi Ankara faktiki olaraq Rusiya-Ukrayna müharibəsində tərəfsiz olduğunu deyib və hazırda tərəfləri uzlaşdırmağa çalışan ən konstruktiv ölkədir. Bunu həm rəsmi Kiyev, həm də rəsmi Moskva bilir. Bu mənada imzalanacaq ehtimal razılaşmanın Türkiyə-Ukrayna münasibətlərində gərginlik yaradacağını düşünmürəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Dünən, 13:10 |
|
|
|
|