“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                 

Kreml onları bir çətir altına yığa biləcəkmi – MƏKRLİ PLAN
Tarix: 25-03-2022, 10:50 | Çap et
Kreml onları bir çətir altına yığa biləcəkmi
NATO-dan verilən məlumata görə, Belarus tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər: “Minsk artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır. Belarusun münaqişəyə qoşulma ehtimalı çoxdur. Çünki Vladimir Putinin dəstəyə ehtiyacı var”.

NATO rəsmiləri bildirirlər ki, Belarusun müharibədə iştirakı ilə bağlı yekun qərar Moskvada veriləcək: “Söhbət Lukaşenkonun nə istədiyindən getmir. Söhbət ondan gedir ki, Putin regionda daha bir qeyri-sabit ölkə istəyir”.

Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb ki, Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanır. Rəsmi Minsk bu iddiaları təkzib etsə də, Ukrayna bununla bağlı videolar yayıb.

Bu arada, Rusiya Prezidenti Vladimir Putin Bosniya və digər Avropa dövlətlərinə müraciət edərək, onları NATO-ya üzv olmaqdan çəkinməyə çağırıb. Kreml bəyan edir ki, belə bir addım Moskvanı hərəkətə keçməyə təhrik edəcək və həmin ölkələr də Ukraynanın aqibəti ilə üzləşəcək. Bu isə öz növbəsində Üçüncü Dünya müharibəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərini və müttəfiq dövlətləri gələcəkdə bu müharibəyə cəlb edə bilərmi? Bu məqsədlə hansı təzyiq rıçaqlarından istifadə edə bilər? dia-az.life xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov AYNA-ya açıqlamasında deyib ki, üzv dövlətlərdən hər hansı birinə qarşı hərbi müdaxilə baş verdiyi təqdirdə, NATO dərhal müdaxilə edəcək: “Çünki Şimali Atlantika Alyansı bununla bağlı öz üzərinə öhdəlik götürüb. KTMT-nin isə belə bir öhdəliyi yoxdur. KTMT-nin əsasnaməsinə görə, üzv dövlətlərdən hər hansı birinə təhlükə yaranarsa, o zaman bununla bağlı müzakirələr başlamalıdır. Misal üçün, Qazaxıstanda baş verən hadisələr zamanı KTMT dövlət başçıları görüş keçirdilər və bu görüşdə vəziyyətə müdaxilə etmək barədə qərar qəbul olundu. Yəni, ilk növbədə mütləq müzakirələr keçirilməlidir. Bu müzakirələr əsnasında hər bir ölkə öz mövqeyini bildirə bilər”.

“Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyanatının üçüncü və dördüncü bəndlərində də qeyd olunur ki, iki ölkədən biri hər hansı təhlükə ilə üzləşərsə, o zaman müzakirələr başlamalıdır. Lakin bu, o demək deyil ki, Azərbaycan və KTMT üzvü olan dövlətlər Rusiya ilə birlikdə mütləq hərbi əməliyyatlarda iştirak etməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Analitikin sözlərinə görə, bu, siyasi spekulyasiyadır və Azərbaycanı təxribata çəkmək mümkün deyil: “Nəzəri cəhətdən mümkündür ki, Moskva KTMT üzvlərinin və ya müttəfiqlik bəyanatı imzaladığı Azərbaycanın onun yanında olmasını arzu etsin. Ancaq Kremlin özündə də bilirlər ki, bu, mümkün deyil. Belarusla Rusiya arasında ittifaq sazişi mövcuddur. Gələcəkdə bu iki dövlət birləşməyi nəzərdə tutur. Bununla belə, Belarusun özü də Rusiya ilə birlikdə hərbi əməliyyatlarda iştiraka razılıq vermir. Müharibənin başlamasından bir aya yaxın zaman ötsə də, Belarus hələ də aktiv şəkildə müharibədə iştirak etmir”.

“Bu halda digər dövlətləri buna cəlb etməyin nəticəsiz olduğunu Putin və komandası da başa düşür. Bu əsnada belə bir təklifin irəli sürüləcəyini ehtimal etmirəm. Hətta olsa belə, heç bir dövlət ona dəstək verməyəcək. Ortada mövcud reallıqlar var və Rusiya da bu reallıqların fərqindədir. Azərbaycan bu münaqişədə neytral tərəfdir və dəfələrlə bunu nümayiş etdirib”, - deyə Zülfüqarov vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev də Azərbaycanın və KTMT üzvü olan dövlətlərin Ukraynaya qarşı Rusiyanın yanında yer almasını mümkünsüz sayır. O, AYNA-ya şərhində söyləyib ki, Moskvanın belə bir cəhdi olsa da, nəticəsiz qalacaq: “Belarusla digər postsovet dövlətlərini bu məsələdə eyniləşdirmək olmaz. Əvvəla ona görə ki, Belarus ortaya qəti mövqe qoyub və bu mövqe beynəlxalq siyasətdə Rusiya ilə birlikdə iştirakı özündə ehtiva edir. Hətta Belarus Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakını da dayandırıb. Rusiya ilə ittifaq sazişindədir və hər ikisi Qərbin sərt sanksiyaları ilə üzləşib”.

“Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin ilk dövrlərində Belarus neytrallıq nümayiş etdirirdi. Son dövrlər həyata keçirilən birgə hərbi təlimlər Belarusun da müharibədə iştirakı ilə bağlı ehtimalları artırıb. Lakin bunun baş verəcəyinə inanmıram. Hesab edirəm ki, tezliklə tərəflər razılığa gələcək və Rusiya Ukraynaya qarşı hərbi müdaxiləni dayandıracaq”, - deyə deputat qeyd edib.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ortadadır: “Biz bir dövlət kimi haqlının yanında olmaqla neytrallığımızı qoruyub saxlayırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan münaqişədə barışdırıcı mövqe tutublar və bu mövqeyi ilə bütün dünyaya örnəkdirlər. Əksər dövlətlərin konkret tərəf olduğu hazırkı şəraitdə məhz Azərbaycan və Türkiyənin mövqeyi alqışa layiqdir. Biz sülhdən yana olduğumuzu bəyan etmişik və bütün fəaliyyətimiz də buna yönəlib”.

“Bu xüsusda Azərbaycanın Ukraynaya qarşı hərbi müdaxilədə iştirakı qətiyyən mümkün deyil. Bu, baş verməyəcək də. O ki qaldı KTMT üzvü olan digər dövlətlərin atacağı addımlara, onlar da bu günə qədər münaqişədə tərəf kimi çıxış etməyib və Ukraynanın əleyhinə hər hansı fəaliyyətləri yoxdur. Bu, Qazaxıstana da, Qırğızıstana da, Tacikistana da aiddir. Düşünmürəm ki, onlar bundan sonra fərqli addım atacaqlar”, - deyə Məhəməliyev fikrini yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru