Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                 

PUTİN KADIROVU NİYƏ İRƏLİ VERİB? – “Üç məkrli səbəb var...”
Tarix: 18-03-2022, 12:31 | Çap et
PUTİN KADIROVU NİYƏ İRƏLİ VERİB?
“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə dalana dirənib. Bu barədə təkcə Ağ Evin sözçüsü Jen Psaki, ABŞ, İsrail və Avropa hərbi ekspertləri deyil, həm də Şərqi Ukraynadakı separatizmin memarlarından olan keçmiş FSB polkovniki İqor Strelkov deyir. Bütün ekspertlər hərbi uğursuzluğun əsas səbəbləri kimi ordu hissələrinin sayca yetərincə olmamasını, döyüş taktikasının yanlış seçilməsini və Ukrayna ordusunun düzgün dəyərləndirilməməsini göstərirlər”. DİA.AZ “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu fikirləri politoloq Ərəstun Oruclu Ukraynada hazırkı vəziyyəti şərh edərkən deyib.

O, hərbi ekspertlərə istinadla qeyd edir ki, müharibə artıq üzücü mövqe döyüşlərinə keçib. “İrəliləmənin mümkün olmaması səbəbindən qəzəblənən Rusiya ordu komandanlığı hava məkanındakı üstünlükdən istifadə edərək Ukraynanın şəhərlərinə dağıdıcı raket-bomba zərbələri endirmək yolunu tutub”, - politoloq vurğulayıb. Onun sözlərinə görə, bununla Rusiyanın siyasi və hərbi rəhbərliyi özü üçün gələcəkdə hərbi cinayətlərə dair tribunala yol açmaqdadır.

Ərəstun Oruclu Ukrayna cəbhəsində baş verənlərdə qeyri-adiliyi ilə diqqət çəkən bir sıra məqamlara nəzər salır. Ekspert qeyd edir ki, bunların arasında ən qeyri-adisi isə Ukraynaya qarşı aparılan işğalçı müharibədə Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin özəl yer almasıdır. Onun sözlərinə görə, bu mənada baş verənləri hər hansı normal dövlətdə təsəvvür etmək belə mümkün deyil: “Prezident Putin Çeçenistan rəhbəri ilə olan telefon danışığı zamanı rəsmi məlumatda deyildiyi kimi, Kadırova Ukraynadakı çeçen ordusunun hərbçilərinə onun salamını çatdırmağı tövsiyə edir. Putinin Kadırovla telefonla danışdığını təsdiqləyən Kreml sözçüsü Dmitri Peskov bildirir ki, hərbi vəziyyətlə bağlı onun açıqlama verməsi düzgün olmaz. Ardınca Peskov "hərbi əməliyyatlar haqda məlumat vermək Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir" deyərək, hərbi əməliyyatların gedişi ilə bağlı həmin nazirliyə və Kadırova müraciət etməyi məsləhət bilib. Burdan belə anlamaq olur ki, Kadırovun "ordu" adlandırılan dəstəsi işğalçı müharibədə müstəqil qurum kimi iştirak edir. Belə bir durumun isə iki səbəbi ola bilər:

- Ordu rəhbərliyinə güvənməyən Putin hərbi əməliyyatlara "etibarlı əsgəri" olan Kadırovu qoşub;

- Ramzan Kadırov faktorunu qabartmaqla Putin daxildəki opponentlərinə müvafiq mesajlar vermək istəyir”.

Ə.Oruclu qeyd edir ki, birinci səbəb tam istisna olunur, çünki nə Kadırov hərbçidir, nə də onun Ukraynaya göndərdiyi qoçu dəstələri ordu statusuna iddia edə bilməz: “Hətta bu dəstənin iddia olunduğu kimi 10 min çeçen "döyüşçüsündən" ibarət olduğunu qəbul etsək də o, Ukraynanın işğalına cəlb olunmuş 200 minlik Rusiya ordusu ilə heç bir müqayisəyə gedə bilməz. Deməli, söhbət daha çox ikinci səbəbdən gedə bilər ki, bu da daha inandırıcı görünür. Uzun illərdir Kadırovun "çeçen ordusunun" Putinin şəxsi cəza dəstəsi kimi fəaliyyət göstərməsi heç kəsdən sirr deyil. Buna əyani sbutlar də yetərincədir. Elə Anna Politkovskaya, Boris Nemtsov kimi simaların və bir çox digər ictimai-siyasi fəalların açılmayan qətlinin arxasından "çeçen izinin" çıxması kifayət edir”.

Politoloq vurğulayır ki, buna işarə edən başqa bir məqam da kadırovçuların Rusiya paytaxtındakı ən yaxşı halda sərbəst adlandırıla biləcək davranışıdır. “Buna isə imkan yaradan yalnız Putinin özü ola bilər”, o qeyd edir.

Ərəstun Oruclu inanır ki, Ukraynaya qarşı işğalçı müharibənin yaratdığı ağır fəsadlar isə onsuz da dayanıqlı olmayan Kreml ierarxiyasında dərin çatlar, bəlkə də parçalanmalar yaradıb: “Belə olduqda da Putinin hakimiyyətdaxili opponentlərini Kadırovla təhdid etməsi daha inandırıcı görünür. Hər bir halda bu, "sərkərdə Kadırov" versiyasından daha inandırıcıdır. Amma Putinin hakimiyyətin daxilindəki rəqiblərinin də sadəlövh olmadığını nəzərə aldıqda 3 gün əvvəl baş tutmuş bir görüş də diqqət çəkməyə bilməz. Söhbət Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Çeçenistana olan səfərindən və orada Ramzan Kadırovla keçirdiyi görüşdən gedir. Rəsmi məlumatda Patruşevlə Kadırovun görüşündə Çeçenistan ərazisində dövlət və ictimai təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilsə də, başqa və daha konkret mövzularda müzakirələr olduğu istisna deyil. Bunlardan biri yuxarıda qeyd olunduğu kimi, çeçen cəza dəstələrinin hansısa siyai zorakılıq əməllərində iştirakı ola bilər. Digər inandırıcı versiya "Çeçen ordusunun" Rusiyanın Azərbaycan və Gürcüstan kimi cənub qonşularına qarşı təzyiq vasitəsi kimi istifadəsi ola bilər”.

Ə.Oruclu deyir ki, bu mənada da kadırovçuların onlara heç bir ehtiyac olmadığı halda Ukrayna cəbhəsinə cəlb olunması təsadüfi görünmür, çünki belə missiyanı yerinə yetirmək üçün cəza dəstələri az da olsa real savaş şəraitində döyüş təcrübəsi toplamalıdır: “Nəhayət, üçüncü mümkün ehtimal da Rusiyadakı qarşıdan gələn hakimiyyət böhranı zamanı Şimali Qafqaz bölgəsində sabitliyin təmin olunması missiyasını Kadırovun və onun "ordusunun" üzərinə qoyulmasıdır. Bu 3 ehtimalın üçünün də üzə çxardığı ümumi bir səbəb var ki, bu da qarşıdan gələn yaxın dövrlərdə Rusiyada ictimai-sabitliyin pozula biləcəyi və siyasi böhranın yaranacağıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru