Bayden Rusiyasız yeni dünya düzəni yaradır: “Demblok” dövlətləri ... – Ukraynanın sabiq Xarici İşlər naziri belə düşünür
Tarix: 25-10-2021, 12:40 |
Çap et
ABŞ prezidenti Co Bayden Rusiyasız yeni “dünya düzəni” yaradır.
Ovqat.com xəbər verir ki, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko “Espreso” telekanalına müsahibəsində
Onun sözlərinə görə, Baydenin bu planının həyata keçməsinin yeganə yol var - Rusiyanı real veto hüququna malik olduğu strukturlardan uzaqlaşdırmaq.
“Təsadüfi deyil ki, Qərb tərəfdaşlarımız indi inkişaf edir və tezliklə yeni nizam-intizam qaydalarına əsaslanan tamamilə fərqli dünya konsepsiyasını həyata keçirəcəklər. Ancaq Rusiya Federasiyasının olmadığı bir formatda. Bu, əslində Rusiyanı və digər totalitar rejimləri dünya siyasətindən kənarına itələməkdir”, - Oqrızko bildirib.
Keçmiş nazir qeyd edib ki, Baydenin bu planının həyata keçirilməsinə cəmi bir neçə ay qalıb. Vədəsi yetişəndə “demokratik dəyərlərin hər şeydən üstün olduğu və avtokratiyanın məğlubiyyətə uğrayacağını anlayan” ölkələrin iştirakı ilə “demokratiya sammiti” keçiriləcək. Beləcə, dünya tezliklə iki düşərgəyə parçalanacaq: “güclü sivil dövlətlər”in daxil olacağı demokratik bloka və 10-15 ölkədən ibarət avtokratik dövlətlərə.
Oqrızko əmindir ki, yeni dünya qarşıdurmasında qələbəni Qərb düşərgəsi qazanacaq, çünki bu, “demokratiyanın tarixi missiyası”dır.