Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                 

İsraillə İranın müharibəsi hər an başlaya bilər: fitil çəkilib? - ŞOK GƏLİŞMƏ
Tarix: 21-10-2021, 08:52 | Çap et
İsraillə İranın müharibəsi hər an başlaya bilər: fitil çəkilib?
İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb. “Yeni Müsavat”yazır ki, bu haqda İsrailin “Channel 12" telekanalı bildirir. Məlumata əsasən, ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.

Amma İsrail-İran müharibəsi başlasa, bölgə qan çanağına çevrilə bilər. Bu, bəlkə də üçüncü dünya müharibəsinin başlanması sayıla bilər. Çünki bu savaşda iki tərəf savaşmayacaq, bölgədəki güclər də müharibəyə qoşulacaq. Məsələn, Fələstin, oradakı “Həmas” qüvvələri, Livanda mənzillənmiş “Hizbullah” İran tərəfinə dəstək verə bilər, eyni zamanda Suriyada Əsəd rejimi də müəyyən qədər kömək göstərəcək, həmçinin Yəməndə husilər İranın yanında yer alacaq. İsrailə isə İranla yola getməyən bəzi ərəb dövlətləri gizli şəkildə, kollektiv Qərb isə aşkar şəkildə dəstəyini verə bilər. Bütün bu faktorlar isə İsrail-İran müharibəsi başladığı halda regionun fəlakətə çevrilməsini qaçılmaz edir. Bundan başqa, sərhəd ölkələr, o cümlədən Azərbaycan da bu müharibənin olmasında maraqlı deyil. Əvvəla, bizim İsraillə yüksək səviyyədə münasibətlərimiz var, İranla da hazırda əlaqələr gərgin olsa da, qonşumuzdur və onun müharibə aparması təbii ki, regiona hərtərəfli - iqtisadi, humanitar, qaçqın axını və s. təsirlərini göstərəcək.

Ona görə illərdir ki, bir-birini hədələyən İsrail və İranın müharibəyə başlamasını heç özləri də arzulamazlar. Lakin belə görünür ki, savaşın fitili çəkilməkdədir və əgər yayılan məlumatlar səhihdirsə, İsrail 1.5 milyard vəsait ayırıbsa, deməli, qeyri-müəyyən gələcək üşün hazırlıq gedir. Bəs bu xəbər İranın bizə qarşı aqressiyasını heç olmasa azaldacaqmı, yoxsa daha da artıracaq? İsrail İrana hücuma başlasa, Tehranın Azərbaycana qarşı davranışı necə olacaq? Bu müharibə ölkəmizə necə təsir edəcək?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İsrailin İrana qarşı nəzərdə tutduğu nüvə obyektlərinə hücumun fitili çoxdan çəkilib: “Sadəcə, bu günə qədər İsraili dayandıran və hərəkətlərindən çəkindirən Amerika olub. Hər iki ölkənin İranla bağlı fərqli baxışları var. Birləşmiş Ştatlar İranın nüvə silahına yiyələnməsinə xeyli vaxt qaldığını söyləyir, İsrail isə tez zamanda əldə edəcəklərini bildirir. Ancaq ABŞ-ın altılıq sazişindən çıxmasından sonra Tehran uranın saflaşdırılması istiqamətində xeyli addımlayıb və müəyyən nailiyyətlər də əldə edib. Ona görə İsrail hesab edir ki, nüvə obyektlərinə hücumun çox ciddi nəticələri ola bilər”.

Q.Hüseynli İrana hücum ediləcəyi halda növbəti dünya müharibəsinin başlanacağı ehtimalını az sayır: “İrana havadan hücumlar mülki əhaliyə zərər vurmayacaq. Bu mənada lokal xarakterli hərbi əməliyyatların icrasından söhbət gedir. Sözsüz ki, SEPAH-ın ”Qüds" qərargahına və rəhbər heyətinə zərbə endirilə bilər. Bundan sonra İranın hərbi potensialında ciddi zəifləmələrin şahidi olacağıq, amma mülki sənayesi öz yerində qalacaq, dünyada təhlükəli rezonans yaradacağını da güman etmirəm. Dünyanın bir hissəsi sükutla qarşılayacaq, bir hissəsi isə İranın nüvə silahı əldə etmək imkanından məhrum edilməsini dəstəkləyəcək". Politoloqun sözlərinə görə, Azərbaycana təsirləri mümkündür: “Qonşuda olan yanğının digər qonşuya sıçraması təhlükəsi var. Ona görə bunu arzulamırıq. Çünki bölgədə humanitar problemlər başlaya bilər. Panikaya düşmüş əhali qaçmağa başlayacaq. Amma biz bölgəmizdə, qonşumuzda müharibənin olmasını istəmirik”.

Politoloq Azad Məsiyevin sözlərinə görə, İrana qarşı Qərb, İsrail və ABŞ birgə fəaliyyətdədir: “Hətta bəzi siyasətçilər İranı yeri üzündən silmək bəyanatı verirdilər. İsrail və İran arasında böyük düşmənçilik var. Bu konfliktin olmaması üçün diplomatik danışıqlar aparılırdı. Hətta ABŞ və Rusiya təhlükəsizlik şurası rəhbərlərinin görüşü də baş tutmuşdu. Ancaq İsrail öz təhlükəsizliyini təmin etmək üçün İranı neytrallaşdırmaq istəyir və Tehranın nüvə bombası əldə etməsini əngəlləməyə çalışır. Ona görə İranı vurmaq üçün məqam axtarırlar”.

A.Məsiyev qeyd etdi ki, artıq nüvə danışıqları dayanıb və İran bu müzakirələri bərpa etməsə, Tehrana fayda verməyəcək: “Həmçinin müharibə baş versə, Azərbaycana da zərər edəcək. Milyonlarla soydaşlarımız yaşayır, kütləvi şəkildə qaçqın ola bilər. Bəşəriyyət bu münaqişənin qarşısını almalıdır, ABŞ və Rusiya regionda yeni qaynar ocağın yaranmasına imkan verməməlidir. Çünki tək bizə yox, Türkiyəyə də təsir göstərəcək. Odur ki, belə bir fəlakətin baş verməməsi üçün dünya gücləri səylərini artırmalıdırlar”.

Siyasi şərhçi Ramiyə Məmmədova yaxın zamanda irimiqyaslı hərbi əməliyyatlar gözləmir. Onun fikrincə, İsrail tərəfi 1.5 milyard ayrılması haqda informasiyaları sızdırmaqla İranın gözünün odunu almağa və onu nüvə silahı əldə etmək təşəbbüslərindən çəkindirməyə çalışır: “Zənnimcə, əsas strategiya buna hesablanıb. Əlbəttə, İranı vurmaq İsrailin köhnə arzusudur. Lakin hər şey göründüyü qədər primitiv deyil, yaxşı bilirlər ki, bu zərbələr sonra hansı nəticələrə gətirib çıxara bilər. Amma bir müddət əvvəl İranın kimya aliminin sui-qəsdi kimi əməliyyatlar, hansısa nüvə obyektlərinin hədəfə alınması istisna deyil”.

Ekspertin sözlərinə görə, hətta İsrail İrana planlaşdırdığı kimi zərbələr endirsə belə, nüvə proqramına ciddi zərər gətirməyəcək: “Söhbət yalnız 1-2 illik gecikmədən gedə bilər. Amma dünya gücləri genişmiqyaslı əməliyyatları dəstəkləmir. Azərbaycan da bölgədə müharibə istəmir. Biz 44 günlük savaşdan sonra regionda sülh, kommunikasiyaların bərpası niyyətindəyik. İsrail-İran müharibəsi isə planlarımızı uzunmüddətli ertələyə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru