Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                     Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır .....                     Göyçayın bir kəndinin min dərdi... .....                     “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... .....                     "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." .....                     Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış .....                     "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" .....                     Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir .....                     Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır .....                     Saatlı sakini buna görə narazıdır... .....                     "Gözünüzün doyduğu gün olacaqmı?!" .....                     "Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" .....                     Quru sərhədlər nədən bağlıdır? .....                     Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür .....                     Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi .....                     "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                 

"Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər" - GƏLİŞMƏ
Tarix: 21-10-2021, 07:51 | Çap et
"Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Anqola İş Forumunda çıxışında dünya ictimaiyyətinə bir sıra mesajlar verib. Ərdoğan Türkiyə müdafiə sənayesinin əhəmiyyətindən danışaraq pilotsuz uçuş aparatlarını dünyada bir nömrə edəcəklərini bildirib. Prezident deyib ki, pandemiya dövründə G-20 ölkələri problem yaşayarkən, Türkiyə sürətlə böyüyən ikinci ölkə olub: “2021-ci ili 9 faiz artımla tamamlayacağımızı proqnozlaşdırıram”.

Ərdoğan Türkiyənin yeni və müasir texnologiyalar sahəsində də böyük məsafə qət etdiyini bəyan edib. Əlavə edib ki, gələn ilin sonunadək ölkədə elektrikli avtomobillərin istehsalı başa çatacaq: “Quru və dəniz vasitələrində öz ehtiyaclarını ödəyən ölkə olmaq istiqamətində irəliləyirik. Pilotsuz uçuş aparatları sahəsində yeni texnologiyalarla dünyanın bir nömrəli ölkəsi olacağımıza inanıram”.

Türkiyə rəhbərinin Afrikanın üç ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfəri Qərb ölkələri tərəfindən diqqətlə izlənilir. Avropa dövlətlərinin nüfuzlu media qurumları Ərdoğanın Afrika turunu manşetlərinə daşıyıblar. Mətbuat orqanlarında dərc olunan əksər xəbərlərdə Qərbin narahatlığı gözə çarpıb. Fransanın “Le Monde” qəzeti Ərdoğanın Anqola səfəri ilə bağlı məqaləsində bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadakı nüfuzunu genişləndirmək istəyir. Məqalədə Ərdoğanın Afrika səfərinin dekabr ayında İstanbulda keçiriləcək üçüncü Türkiyə-Afrika Zirvəsindən iki ay öncə baş tutmasına diqqət yetirilib. Fransa Beynəlxalq Əlaqələr İnstitutunun Yaxın Şərq üzrə proqram meneceri Dorot Şmid isə vurğulayıb ki, Türkiyə bu gün yumşaq və sərt gücü (silah satışı) birləşdirən tam güc siyasətini nümayiş etdirir.

Qardaş ölkə rəhbərinin Afrika ölkələrinə səfərini və verdiyi açıqlamaları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfəri Qərbdə böyük narahatlıq doğurub. Çünki Qərb siyasi dairələrində belə qənaət var ki, Türkiyə dünya üzərində öz nüfuz coğrafiyasını genişləndirmək strategiyasını reallaşdırmağa çalışır. Analitik bəyan edib ki, hazırda Türkiyə Orta Asiyada, Şərqi Avropada, ərəb dünyası kimi xarakterizə olunan Şimali Afrikada öz təsir dairəsini kifayət qədər genişləndirə bilib:

“Son vaxtlar isə rəsmi Ankara Afrikanın dərinliklərinə doğru irəliləməyə başlayıb. Buna qədər Afrikanın cənub hissəsində Fransa başda olmaqla, bəzi Qərb ölkələri ilə Çin arasında ciddi rəqabət mövcud idi. Onu da nəzərə almaq lazımdır ki, Afrika ölkələri yaxın keçmişdə Avropa dövlətlərinin kaloniyası olub. Hətta son vaxtlara qədər də həmin Avropa ölkələri öz keçmiş kaloniyalarında öz mövqelərini qoruya bilmişdilər. Afrika ölkələrinin təbii sərvətləri Avropa dövlətləri tərəfindən dəyər-dəyməzinə daşınıb, aparılırdı. İndi Türkiyənin də bu bölgəyə maraq göstərməsi Avropa dövlətlərinin soyğunçuluq fəaliyyəti üçün ciddi problemlər yarada bilər. Ona görə də Avropada Türkiyə prezidentinin Afrika turnesindən ciddi narahatlıq keçirirlər. Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər. Xüsusilə də bəzi Afrika ölkələrinin sahib olduqları zəngin enerji resursları ehtiyatlarının və digər təbii sərvətlərin soyğunçu Avropa dövlətlərinin inhisarından çıxma ehtimalı mövcuddur. Üstəlik, Avropada yaşanan enerji böhranı dövründə belə ehtimallar böyük narahatlıqla qarşılanır”.

E.Xalidbəyli qeyd edib ki, Türkiyənin Afrikaya yerləşməsi rəsmi Ankaranın beynəlxalq mövqelərini möhkəmləndirəcək faktordur:

“Avropa dövlətlərindən fərqli olaraq, Türkiyənin bərabərhüquqlu əməkdaşlıq təklif etdiyi Afrika ölkələrinin beynəlxalq məkanda rəsmi Ankaranı dəstəkləyə biləcəkləri də şübhə doğurmur. Yəni Türkiyə Afrika qitəsində mövqelərini möhkəmləndirməklə, yeni kontinental güc mərkəzinə çevrilə bilər. Nəhayət, bu prosesin iqtisadi-ticari istiqaməti də var. Türkiyə Afrikada özü üçün yeni bazar qazana bilər. Rəsmi Ankara Türkiyə istehsalı olan məhsulları Afrika ölkələrinə satmaqla və həmin dövlətlərin dünya bazarına çıxartdığı təbii sərvətlərin əsas alıcısına çevrilməklə, öz iqtisadiyyatını daha da gücləndirmək imkanına malikdir. Eyni zamanda, soyğunçu Avropa dövlətlərindən fərqli olaraq, iqtisadi-ticari şərtlərə əməl edən Türkiyə ilə əməkdaşlıq Afrika ölkələri üçün də daha sərfəlidir. Türkiyə Afrika ölkələri ilə ticarət əlaqələrini artıq xeyli müddətdir ki, nizama salmağa başlayıb. Bəzi Afrika ölkələri hazırda Türkiyə hərbi-sənaye kompleksinin məhsullarına xüsusi maraq göstərirlər. Çünki Avropa ölkələri onlara müasir silahlar satmırlar. Satsalar belə, çox bahalı olduğundan almaq imkanları da yoxdur. Ancaq Türkiyə Afrika ölkələrinə artıq müasir hərbi texnika satmağa başlayıb. Bəzi Afrika ölkələri Türkiyədə istehsal olunan zirehli döyüş maşınlarını böyük həvəslə alırlar. İndisə, rəsmi Ankara zəif Afrika ölkələrinin müasir PUA-lar satmaq niyyətindədir. Bu hərbi əməkdaşlıq Türkiyəyə külli miqdarda maliyyə vəsaiti qazandıracaq. Afrika ölkələri isə güclənərək, Avropa dövlətlərinin soyğunçuluq vərdişlərinə müqavimət imkanları qazanacaq”.

Politoloq diqqətə çatdırıb ki, Türkiyə prezidentinin Afrikaya səfərindən narahat olmaq üçün Avropa dövlətlərinin kifayət qədər səbəbləri var:

“Avropa dövlətləri Türkiyənin Afrika qitəsinə yerləşməsindən sonra bu qitə üzərində əsrlər boyu qoruyub saxladıqları mövqelərini itirə biləcəklərindən narahatdırlar. Üstəlik, Türkiyə prezidentinin PUA-lara diqqət çəkməsi Qərbə yönəlik üstüörtülü mesajdır. Rəsmi Ankara bununla yeni savaş texnologiyaları sahəsində Qərb ölkələrindən daha üstün durumda olduğuna eyham vurur. Çünki Avropa ölkələri hələlik PUA-lar da daxil olmaqla, yeni savaş texnologiyaları sahəsində elə də ciddi irəliləyiş əldə edə bilməyiblər. Halbuki, Türkiyə artıq pilotsuz savaş təyyarəsinin yaradılması istiqamətində son mərhələyə keçid edib. Bu, Avropa ölkələrinin ordularında olan müasir döyüş təyyarələrini müəyyən mənada, əhəmiyyətdən sala bilər. Bütün bunları nəzərə aldıqda, Türkiyə prezidentinin Afrikaya səfər turnesinin Qərb siyasi dairələrində narahatlıq doğurması qətiyyən təəccüblü deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
"Oğlum əmaliyyat olunanda kredit götürmüşəm" - Qazax sakini ÇƏTİN DURUMDA
Bu gün, 08:20
Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar
Bu gün, 08:13
Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09
Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru