Tokioda neftin qiyməti son üç ilin ən yüksək həddinə yüksəlib
Tarix: 18-10-2021, 08:33 |
Çap et
Tokio Birjasında neftin qiyməti bu gün ABŞ-ın ticarət sahələrində oxşar tendensiyalar və xammala olan tələbatın artması fonunda son üç ilin ən yüksək həddinə yüksəlib.
“Report” xəbər verir ki, gələn ilin mart ayında çatdırılması ilə bir kilolitr (təxminən 6 289 barel) Dubay xam nefti 56 820 min yenə (təxminən 497 ABŞ dolları) satılır. Bu, 2018-ci ilin oktyabr ayından indiyədək ən yüksək qiymətdir.
Belə ki, neftin qiyməti son bir həftə ərzində təxminən 13 ABŞ dollar artıb.
Neftin qiymətinin artması fonunda Yaponiyanın Baş naziri Fumio Kişida, bazar vəziyyətinə cavab tədbirlərini müzakirə etmək üçün nazirlərin toplantısını çağırıb. O qeyd edib ki, kökumət neft qiymətlərinin sənaye istehsalına və Yaponiya vətəndaşlarının həyatına təsirinə çox diqqət yetirir.