Ermənistanın sabiq Xarici İşlər naziri niyə istefaya gedib? – 15 erməni “əsiri”nin qaytarılmasının sirri
Tarix: 23-06-2021, 10:10 | Çap et
Ermənistanın bundan əvvəlki Xarici İşlər naziri Ara Ayvazyanın istefa verməsinin əsl səbəbləri aydınlaşır. Sən demə, o, Azərbaycanla Ermənistanın danışıqlar aparmasına mane olur, nəticədə beynəlxalq birliyin Cənubi Qafqazda regional təhlükəsizlik səyləri baş tutmurdu. Ovqat.com xəbər verir ki, bu iddianı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan media açıqlamasında irəli sürüb. O, deyib ki, 27 maya, hətta ondan sonraya qədər uzun müddət ərzində əsir məsələsinin həll olunmamasının əsas günahkarı Ara Ayvazyandır və sabiq nazir istefa ərizəsini yazdıqdan qısa müddət sonra problem öz həllini tapıb: “Ayvazyan rəsmi şəxs olaraq tərəfdaşlarımıza təhvil verə biləcəyimiz minalanmış ərazi xəritələrinin olmadığını söyləyirdi. Ayvazyan istefa etdikdə bu məsələni həll etmək üçün bir fürsət yarandı. O, yalnız yalan danışmır, həm də ümumi işimizə pəl vururdu. Ayvazyan Ermənistanın təhlükəsizlik məsələlərini həll etmək istəmirdi. Siyasi komandamıza problem yaratmaq üçün əlindən gələni edirdi. Sonunda isə döyüş meydanını məcazi mənada tərk etdi”. Qriqoryanın fikrincə, Ayvazyanın bu inkarçı mövqeyi Ermənistanın problemi həlletmə qabiliyyətlərinə pəl vururdu: “Təsadüfi deyil ki, bir neçə aydır bu məsələ həll olunmurdu. O, istefa verəndən sonra danışıqlarda iştirak etmədiyi iki həftə ərzində məsələ yoluna qoyuldu”.
Ayvazyan isə ona qarşı səsləndirilən ittihamlara aydınlıq gətirmək istəməyib. News.am saytının sorğusuna sabiq nazir bu sözlərlə cavab verib: “Heç bir gülünc hücum və böhtana münasibət bildirmirəm. Bu müddət ərzində kimin nə etdiyi, hansı işləri gördüyü sənədləşdirilib və qeydə alınıb. Sadəcə onu xatırlatmaq istərdim ki, istefamdan bir həftə əvvəl baş nazir kabinet iclasında Xarici İşlər Nazirliyinin səmərəli işindən çox danışırdı”. Xatırladaq ki, Ara Ayvazyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr bəyanatından 8 gün sonra – 18 noyabr 2020-ci ildə Xarici İşlər naziri vəzifəsinə gətirilmiş, bu ilin may ayının 27-də isə istefa vermişdi. Qriqoryanın sözlərinə görə, onun nazir olduğu 7 ay ərzində Azərbaycanla konstruktiv danışıqlarının alınmamasının başlıca əsas günahı da Azərbaycanda yox, elə Ayvazyanda imiş. O, maksimalist mövqe tutaraq Azərbaycanın konstruktiv təkliflərinə qarşı çıxır və dialoqun alınmasını əngəlləyirmiş. Yəqin ki, sonunda Paşinyan komandasının və beynəlxalq qurumların basqılarına duruş gətirməyən sabiq nazir istefaya getmiş, bununla da konstruktiv danışıqların yolu açılmış və minalanmış ərazilər müqabilində əsirlərin qaytarılması məsələsi həyata keçirilə bilmişdi. Qeyd edək ki, mina xəritəsi qarşılığında erməni əsirlərin mübadiləsi iyun ayının 12-də həyata keçirildi. Həmin gün Ermənistan Ağdam rayonuna basdırılmış 97 min tank və piyada əleyhinə minaların xəritəsini Azərbaycana təhvil verdi. Azərbaycan isə bunun əvəzinə 15 əsiri Ermənistana qaytardı. Əsir-mina xəritəsi mübadiləsi Gürcüstan, ABŞ və Avropa Birliyinin nümayəndələrinin vasitəçiliyi ilə baş tutdu və bu, Rusiyanın regional nüfuzuna vurulmuş böyük zərbə kimi qiymətləndirildi. Çünki 10 noyabr Bəyanatının üzərindən keçən 7 ay müddətində vasitəçilik missiyasını boynuna götürən Moskva bu istiqamətdə heç bir addım atmamış, əksinə İrəvanda yüksək posta gətirdiyi kadrlar, xüsusilə də Ayvazyan vasitəsilə danışıqların alınmamasına çalışmışdır.
Bəs, Ayvazyanın postundan uzaqlaşdırılması və Bakı ilə İrəvanın arasındakı dialoq prosesinin başlanması necə baş verdi? Ovqat.com-un araşdırmalarının nəticələrinə əsasən, mümkündür ki, Moskvanın bu destruktiv fəaliyyətinin regional sülhə xidmət etmədiyini görən Azərbaycan və beynəlxalq güc mərkəzləri alternativ yollar axtarmağa məcbur olmuşdur. Üstəlik, bu təşəbbüslər iyun ayının 12-dən daha əvvəl başlamışdır. İlk addım isə rəsmi Bakı tərəfindən atılmışdı. Bu il aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Gürcüstana getmiş və ölkənin Baş naziri başda olmaqla bir sıra rəsmiləri ilə görüşmüş, müxtəlif mövzularda danışıqlar aparmışdı. Detalları tam açıqlanmayan görüşün üzərindən təxminən bir həftə keçəndən sonra may ayının 5-də Gürcüstan Baş naziri İrakli Qaribaşvili Bakıya gəlmiş və Prezident İlham Əliyevlə müzakirələri davam etdirmişdi. İraklı Qaribaşvilinin bu görüşünün ardınca ABŞ Dövlət Departamentinin sədr müavini Filip Rikerin Cənubi Qafqaza səfər edəcəyi açıqlanmış, 3 həftədən sonra – may ayının isə 27-də Ermənistanın sabiq Xarici İşlər naziri Ara Ayvazyan istefa vermişdi. Həmin istefadan 10 gün keçməmiş iyun ayının 6-da Filip Rikerin vəd edilən səfəri başlamış və səfər 13-də başa çatmışdı. Səfərə Gürcüstanla başlayan ABŞ yetkilisi ayın 8-də Azərbaycana gəlmiş və 2 günlük danışıqların ardınca Ermənistana getmişdi. Azərbaycanda olarkən, o, münaqişənin həllində ABŞ-ın rol almaq istədiyini açıq bəyan etmişdi. İyunun 11-də İrəvan səfərində Riker erməni mediasına verdiyi müsahibəsində erməni əsirlərinin azad olunması və evlərinə qayıtmasının vacibliyindən danışdı. “ABŞ hökuməti dəfələrlə vurğulayıb ki, bütün əsirlər azad edilməlidir və evlərinə dönməlidir. Unutmamalıyıq ki, bu münaqişə insanlara mənfi təsir edir. Xatırlamaq lazımdır ki, söhbət hər iki tərəfdə olan insanlar, insanların övladları, həyat yoldaşları, valideynlərindən gedir. Biz tutulanların hamısının azad edilməsini görmək, münaqişənin sonunu və münaqişənin hərtərəfli həllini görmək istəyirik”. ABŞ rəsmisinin bu çıxışından bir gün sonra Azərbaycan çoxdan tələb etdiyi mina xəritəsini almış və 15 erməni əsirini qarşı tərəfə təhvil vermişdi. Ardınca da ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken açıqlama verərək Vaşinqtonun “bu addımları dəstəklədiyini, əldə edilən razılaşmalardan məmnun qaldığını və sözügedən təşəbbüslərin əlavə əməkdaşlıq üçün zəmin hazırladığına ümid etdiyini" bildirmişdi. "Biz bütün məhbusların geri qaytarılması çağırışını davam etdiririk, bölgə ölkələrinin əməkdaşlığına və aralarındakı həll olunmamış məsələləri çözmək səylərinə kömək etməyə hazırıq”, - deyən Blinken bu işdə Gürcüstanın vasitəçiliyini də yüksək qiymətləndirmişdi: “İki tərəf arasında müzakirələrin asanlaşdırılmasında əsas rolu oynayan Gürcüstan hökumətinə təşəkkür edirik. Bu cür addımlar bölgədəki insanları layiq olduqları dinc gələcəyə yaxınlaşdıracaq". ABŞ yetkililərinin bu bəyanatları əslində Rusiyaya ağır bir şapalaq kimi idi. Vaşinqton bu sözlərlə sanki Moskvaya “sənin artıq Cənubi Qafqazdakı təsir imkanların Gürcüstan qədər də yoxdur” mesajı verirdi. Göründüyü kimi, Azərbaycan-Ermənistan münaqişəsinin çözümünə yönəlmiş bu tədbirlər Ara Ayvazyanın Xarici İşlər naziri vəzifəsindən uzaqlaşdırılması ilə baş tutub. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da açıqlamasında əslində buna işarə edir. Ara Ayvazyanın siyasi orientasiyasına gəlincə, bu adam təkcə Rusiyanın Ermənistana yerləşdirdiyi pəlvurma aparatı da deyildi. O, həm də Fransanın erməni lobbisinə bağlı kadr kimi tanınır. Ayvazyanın destruktiv mövqeyində Parisin də rolu az deyildi. Müşahidəçilərin fikrincə, Paris Ayvazyanı destruktiv mövqe tutmağa həvəsləndirməklə münaqişəni uzadaraq müzakirələrdə aparıcı rol oynamağa çalışırdı. Fransanın bu siyasətinin qarşısı isə Avropa İttifaqının digər ölkələri və birliyin aparıcı strukturları tərəfindən alınmışdı. Avropa İttifaqının bu mübadilədə rolu Azərbaycanın XİN tərəfindən də etiraf olunur, əsas vasitəçilərdən biri kimi Avropa İttifaqı Şurasına və ATƏT-in hazırkı sədri İsveçə minnətdarlıq bildirilirdi. Bütün bunlar göstərir ki, Rusiya və Fransa kimi ermənipərəst ölkələrin Cənubi Qafqazda apardığı çözümsüzlük siyasəti dünyanın ən aparıcı qüvvələri tərəfindən zərərsizləşdirilib. Belə aydın olur ki, Ara Ayvazyan da öz xoşu ilə deyil, beynəlxalq təzyiqlər səbəbindən istefa ərizəsi yazıb. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|