Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                 

Lukaşenkodan əhaliyə “silahlanın” çağırışı - NƏ BAŞ VERİR?
Tarix: 21-06-2021, 07:58 | Çap et
Lukaşenkodan əhaliyə “silahlanın” çağırışı
Bir neçə gün əvvəl Belarus başçısı Aleksandr Lukaşenko ölkənin bütün əhalisinə odlu silahlarla davranmağı öyrənməyə çağırdı. Onun fikrincə, “dünya dəli olub və müharibə hər an başlaya bilər”, bu səbəbdən silah istifadə etməyi bilmək pis olmaz. O, əks təqdirdə vətəndaşların silahla davranmağı “döyüş meydanındakı çətin anlarda öyrənməli olacaqlarını” söylədi.

“Nə üçün tələbələri və başqalarını cəlb edib, onlara atıcı silahlardan istifadə etməyi öyrətməyək - pulemyot yığmağı, sökməyi və atmağı? Silahlardan necə istifadə edəcəyini bilmək vacibdir ki, çətin anlarda döyüş meydanında öyrənməli olmayasınız”, - deyə Lukaşenko söylədi.

Ölkə başçısı silahlı qüvvələrdə təlim görmüş şəxslərin odlu silahlarla işləmə bacarıqlarına sahib olduğunu, ancaq təlimə daha çox belaruslunun cəlb edilməli olduğunu vurğuladı. Bir çox gəncin orduya çağrılmadığını və atəş açma qabiliyyəti olmadıqlarını da əlavə etdi.

Belarus rəhbərinin sözlərinə görə, müharibənin başlamayacağına dair heç bir zəmanət yoxdur: “Dünya, ümumiyyətlə dəli olub. Hər an, hər yerdə, Allah eləməsin, bizdə də müharibə başlaya bilər”.

Bugünlərdə Lukaşenko yenidən bu mövzuya qayıtdı. “BelTA” xəbər verir ki, ərazi müdafiəsi ilə bağlı iclasda Belarus rəhbəri ölkənin hər bölgəsinin qısa müddətdə səfərbər olmağa hazır olmalı olduğunu söylədi: “Ölkədəki hər kəs bugünkü tədbirdən sonra buna hazırlaşmalıdır. İclasın hədəflərindən biri də bölgələrə bir siqnal verməkdir ki, hər zonada (bizdə 7 zona var), hər bir bölgədə, Prezidentin qərar verəcəyi anda səfərbər olmağa hazır olsunlar”.

Respublika başçısı ərazi müdafiə idarəetmə orqanlarının tam hazırlığının təmin olunmasının vacibliyini də diqqətə çatdırdı…

Bütün bunlar nə deməkdir? Lukaşenko müharibəyəmi hazırlaşır? Bəs kiminlə? Hücum gözləyir, yoxsa kiməsə hücum edəcək? Bütün bu ritorikanın arxasında başqa bir şey varmı? O, kimə nəyi göstərmək istəyir?

Prosesi AYNA-ya tanınmış belaruslu politoloq Valeri Karbaleviç şərh edib:

“Prezident Aleksandr Lukaşenkonun bölgələrin təcili səfərbərliyə hazır olması çağırışlarının Belarusun hər hansı bir xarici təhlükəyə qarşı çıxması ilə heç bir əlaqəsi yoxdur. Lukaşenkonun ərazi müdafiəsi ilə bağlı açıqlamaları müstəsna olaraq daxili siyasi məna və daxili siyasi oriyentasiya daşıyır. Bu, daxili siyasi rejimi gücləndirmək üçün bir yoldur.

Bu cür açıqlamalar Belarus rejiminin istifadə etdiyi “mühasirəyə alınan qala” modeli ilə birbaşa əlaqələndirilir: ətrafında ancaq düşmənlər var, liderin ətrafında birləşmək və səfərbər olmaq lazımdır. İctimai həyatın hərbiləşdirilməsi prosesi, səlahiyyətlilərin məntiqinə görə mövcud hakimiyyəti gücləndirməlidir.

Ərazi müdafiəsi Silahlı Qüvvələrin özünəməxsus formasıdır. Və ordu şiddətə əsaslanan bir institutdur. Cəmiyyətin hərbiləşdirilməsi və səfərbərliyi sayəsində, ərazi müdafiəsinə daha çox insanın səfərbər edilməsi köməyi ilə hadisələri dəyişməyə çalışırlar. Hərbi dövlət zorakılığının köməyi ilə cəmiyyəti onların lehinə çevirmək cəhdinə bənzəyir.

İnsanlar Lukaşenkonu sevmirlər, amma orduya çağırılsalar, yüksək hərbi rəhbərlərin nəzarətinə verilsələr, onda onları Lukaşenkonu sevməyə məcbur edə bilərlər. Lukaşenkonun ərazi müdafiəsi ilə bağlı addımları bu məntiqə əsaslanır.

Səlahiyyətli şəxslər belə şeylərə ilk dəfə müraciət etmirlər. Hakimiyyət hər dəfə təhlükə hiss etdikdə, cəmiyyəti bu gücü müdafiə etməyə məcbur etmək üçün ərazi müdafiəsinə müraciət edir. Cəmiyyətin əhval-ruhiyyəsini güclə şəkildə dəyişdirmək üçün hakimiyyətin kobud gücdən başqa bir mexanizmi yoxdur və onlar belə mexanizmləri axtarmağa da çalışmırlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru