ABŞ Ukraynaya 100 milyon dollarlıq hərbi yardım planını dayandırıb - Bayden-Putin ANLAŞMASI?
Tarix: 19-06-2021, 07:13 |
Çap et
Ağ Ev Ukraynaya 100 milyon dollar məbləğində hərbi yardım göstərməyi düşünsə də, planını dəyişib.
APA xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.
Məlumata görə, hazırlanmış yardım paketinə, həmçinin Ukraynaya döyüş silahlarının tədarükü də daxil idi. Xüsusi olaraq ABŞ bu ölkəyə qısamənzilli hava hücumundan müdafiə sistemləri, odlu silahlar və tank əleyhinə silahlar təqdim etməyi nəzərdən keçirirdi.
ABŞ Milli Təhlükəsizlik Şurası Ukrayna ilə Rusiya sərhədindəki gərginliyin yumşalmasından sonra, eləcə də ABŞ lideri Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında 16 iyunda Cenevrədə baş tutan görüşdən əvvəl planın icrasını dayandırıb.
“Politico” nəşrinin mənbələrindən birinin dediyinə görə, Ukraynaya yardım imkanı hələlik tam istisna olunmur.