Seçkiləri məhv etmək üçün özlərini didirlər
Tarix: 17-06-2021, 08:30 |
Çap et
Xalq seçkilərə qatılacaq və rejimə hörmət edəcək. Hər kəs seçkilərə qatılmalıdır. Çünki ölkənin sosial düzəni bu iştiraka ehtiyac duyur. Cümhuriyyət olmasa, İslam Respublikası olmaz.
Axar.az xəbər verir ki, bunu İranın Ali lideri Əli Xamenei deyib.
Xamenei İrandakı seçkilərlə əlaqədar xarici medianın əks təbliğat aparmasını tənqid edib:
"Dünyada heç bir ölkədə keçirilən seçkilər düşmən tərəfindən belə hücumlara məruz qalmır. ABŞ, İngiltərə və ingilislərin nəzarətindəki media orqanları seçkilərin qanuniliyini şübhə altına almaq üçün səy göstərir. İrandakı seçkiləri ittiham etmək üçün özlərini didirlər. Məqsədləri seçkiləri məhv etmək və xalqı rejimdən uzaqlaşdırmaqdır".
Qeyd edək ki, İranda prezident seçkiləri 18 iyunda keçiriləcək.