İstehlakçıdan istehsalçıya: Türkiyə böyük keçid astanasında - Qardaş ölkə BUNU BACARDI
Tarix: 9-06-2021, 08:22 | Çap et
Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Onun sözlərinə görə, beləliklə, keçən ilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir. 2020-ci ilin avqustunda Ərdoğan Qara dənizdə “Sakarya” yatağında təxminən 320 milyard kubmetr ehtiyatların aşkar olunduğunu bəyan etmişdi.
Xatırladaq ki, Türkiyədə 1987-ci ildə 500 milyon ton olan istehlak həcmi 87 dəfə artaraq, 2011-ci ildə 43,874 milyard kubmetrə çatıb. 2011-ci ildə 16 milyard dollarlıq təbii qaz idxal edilib. Həmin il təbii qazın 57,9 faizi Rusiya, 18,7 faizi İran, 9,5 faizi Əlcəzair, 8,7 faizi Azərbaycandan idxal edilib. Müvafiq dövrdə Türkiyə gündə 2,17 milyon kubmetr, illik isə 793,4 milyon kubmetr təbii qaz istehsal edib. Son 10 ildə isə bu rəqəm 10 dəfədən çox artıb.
Qeyd edək ki, dünya üzrə ən böyük təbii qaz istehsalçısı İrandır. Sonrakı yerləri Rusiya, Qətər, Türkmənistan, ABŞ tutur. İlk onluğu isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela, Nigeriya və Əlcəzair tamamlayır. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7 mlrd 837 mln 583,3 min kubmetr həcmində təbii qaz ixrac edib.
Məlumata görə, ötən 4 ay ərzində Azərbaycanın ixrac edilən təbii qazının dəyəri 1 mlrd 131 mln 480,27 min ABŞ dolları təşkil edib. Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 79,53 faiz, dəyəri isə 37,74 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,78 faiz olub.
AYNA-ya danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Məşhur Məmmədovun sözlərinə görə, qarşıdakı dövrdə yeni təbii qaz yataqlarının da aşkar edilməsi gözlənilir: “Türkiyənin təbii qaz ehtiyatı qısa müddətə 135 milyard kubmetrdən 405 milyard kubmetrə, hazırda isə 540 milyard kubmetrə çatıb. Ehtimal olunur ki, qarşıdakı aylarda bu rəqəm 700 milyard kubmetrə çatacaq. Bunun isə yeni təbii qaz yataqlarının tapılması hesabına baş verəcəyi ehtimal olunur. Yaxın gələcəkdə Türkiyədə neft yataqlarının da tapılması gözlənilir. İndiki halda Türkiyənin əsas diqqəti bu quyuları aşkar etmək üçün texniki imkanları artırmağa, daha çox yerli mütəxəssisi bu prosesə cəlb etməyə yönəlib. Buna qədər Türkiyə bu işləri xarici şirkətlərə həvalə edirdi. Hesablamalara görə, əgər son axtarışları da qardaş dövlət xarici mütəxəssislərə həvalə etsəydi, o zaman 100 milyon dollar civarında xərcə düşəcəkdi. İndiki halda isə optimallaşdırma siyasəti həyata keçirilir və daxili imkanlar hesabına həmin xərclər xeyli azalıb. Bütün bunlar Türkiyənin düzgün yol tutduğunu, bu istiqamətdə səylərinin daha ciddi nəticələrə gətirib çıxarağını söyləməyə əsas verir”.
Həmsöhbətimiz yaxın gələcəkdə Qara dənizdə potensialı olan daha 4 quyunun qazılacağını düşünür: “Bu kəşflərdə təbii qaz yataqlarında ildə 20 milyard kubmetr hasilatla idxal hesabının 5-6 milyard dollar azalacağı təxmin edilir. Ötən il Türkiyə “Fatih” qazma gəmisi ilə Sakarya Qaz Sahəsindəki “Tuna-1” quyusunda tapdığı 405 milyard kubmetr qaz ehtiyatı ilə tarixi bir rekord qırdı. Gözlənilir ki, bu rekord təzələnsin. Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən 405 milyard kubmetr kəşf edildikdən sonra bölgədə ilk qaz hasilatının 2023-cü ildə başlayacağı açıqlanıb”.
“Göründüyü kimi, Türkiyə də artıq aktiv təbii qaz istehsalçıları sırasına daxil olur. Bu isə öz növbəsində sürətlə güclənən Türkiyənin qarşısında əlavə imkanlar açır. Nəzərə alanda ki, beynəlxalq miqyasda əldə edilən bütün uğurların kökündə məhz iqtisadi imkanlar dayanır, bu xüsusda Türkiyənin iqtisadi qüdrətinin artması qardaş dövlət olaraq Azərbaycanın da maraqlarına cavab verir”, - deyə deputat bildirib.
Məmmədov qeyd edib ki, Türkiyə dünyanın önəmli dövlətlərindən biridir və onun iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil: “Türkiyə sürətlə sənayeləşən ölkələrindən biridir. Qardaş dövlət hərbi sənaye istehsalında dünyada ilk yerlərdən birini tutur. Eyni zamanda böyük turizm potensialına malikdir. Əgər pandemiya olmasaydı, türk iqtisadiyyatı daha sürətlə inkişaf edəcəkdi. Lakin bütün çətinliklərə rəğmən, böyük inkişaf var və hər gün bu, daha da artır. Eyni zamanda Türkiyə beynəlxalq siyasətdə əsas oyunçulardan biridir. Artıq dünyada hamı qəbul edir ki, Türkiyə çox mühüm dövlətdir və onunla hesablaşmaq lazımdır. Prezident Rəcəb Tayyib Ərdoğanın prinsipial mövqeyi, ölkəsinin maraqlarını qətiyyətlə qoruması bəzi dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Onlar hər vəchlə Türkiyənin uğurlarına kölgə salmaq istəyirlər”.
“Azərbaycan ilə Türkiyə arasında son dövrlər münasibətlərin ciddi şəkildə yüksəlməsi, bütün sferalarda əməkdaşlıq meylləri bizim də qarşımızda böyük imkanlar açır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana dəstək verməsi, sona qədər birlik nümayiş etdirməsi münasibətlərin inkişafında yeni mərhələ oldu. Biz bu münasibətləri daim inkişaf etdirməliyik”, - deyı müsahibimiz vurğulayıb.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı ölkələrimiz arasında çoxsaylı sazişlər imzalandığını xatırladıb: “Azərbaycanla Türkiyə arasında gediş-gəliş sadələşdirildi, viza ləğv edildi. Eyni zamanda çox mühüm kontraktlar bağlandı. Müxtəlif sektorlar üzrə ticarət əlaqələrinin artırılması barədə ümumi razılığa gəlindi. Türkiyə-Azərbaycan investisiya forumunun keçirilməsi, iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın təmin edilməsi, Türkiyənin Azərbaycanda ən böyük yatırımçı ölkə olması ümidvericidir. Biz inanırıq ki, Azərbaycan və Türkiyə münasibətləri daha da inkişaf edəcək və biz iki qardaş ölkə olaraq yeni gerçəkliklər yarada biləcəyik. Mümkün təzyiqlərə qarşı birgə addımların atılması, iqtisadi əlaqələrin ən yüksək həddə çatdırılması, hərbi əməkdaşlığın dətinləşdirilməsi və digər istiqamətlərdə birgə iştirak hər iki dövlətin dünyada önəmini artıracaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|