NATO Rusiya və Belarusa zərbəyə hazırlaşır - Minskdən İDDİA
Tarix: 17-05-2021, 08:53 |
Çap et
NATO-nun strateji bombardmançılarının nümayişkəranə uçuşları, böyük ehtimalla, Belarus və Rusiyaya zərbə variantlarını özündə ehtiva edir.
Axar.az xəbər verir ki, bu sözləri Belarus Baş Qərargahı rəhbərinin birinci müavini İqor Korol deyib.
O bildirib ki, ilin əvvəlindən qonşu ərazilərdə 9 belə uçuş həyata keçirilib:
“Bütün aviasiya arsenalı – strateji kəşfiyyat təyyarələrindən kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarına kimi, hərəkətə keçib”.
İ.Korol əlavə edib ki, ABŞ və NATO ölkələri mümkün əməliyyatı hücum kimi deyil, böhranlı vəziyyətə müdaxilə kimi dəyərləndirir.