Qırğızlarla tacikləri bir-birinə kim qırdırır? - GƏLİŞMƏ
Tarix: 4-05-2021, 10:57 | Çap et
Aprelin 29-da Qırğızıstanla Tacikistan arasında sərhəddə silahlı qarşıdurma yaşandı. Ölkələrin təhlükəsizlik qüvvələri “Qolovnoy” Su Paylama Məntəqəsi istiqamətində bir-birinə atəş açdılar. Hadisənin ilk dəqiqələrindən tərəflər bir-birilərini münaqişəni böyütməkdə günahlandırdılar.
Belə ki, Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Mərkəzi sərhədçilərə ilk atəş açanın Qırğızıstan hərbçiləri olduğunu iddia edib. Vurğulanıb ki, Qırğızıstan tərəfi əvvəllər əldə olunmuş razılaşmaları pozaraq Su Paylama Məntəqəsini qanunsuz olaraq ələ keçirməyə cəhd edib ki, bununla da atışma olub.
Qırğızıstanın Batken bölgəsi başçısının müavini Marufxan Tulayev isə atışmanın Tacikistan təhlükəsizlik əməkdaşlarının hərəkətləri səbəbindən başladığını söyləyib: “Atəşə ilk başlayan onlardır. Bundan sonra Qırğızıstan hərbçiləri atəş açmağa məcbur qalıblar”.
Bundan əlavə, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin açıqlamasına görə, 29 apreldə səhər tezdən Tacikistan tərəfi ərazidən keçən Qırğızıstan vətəndaşlarının avtomobillərinə ov tüfənglərindən atəş açmağa başlayıblar.
Elə həmin gün ölkələr arasında danışıqlardan sonra şifahi atəşkəs haqqında razılaşma oldu. Amma aprelin 30-u səhər saatlarında sərhəddə atışma yenidən başladı və silahlı qarşıdurma müharibə həddinədək irəlilədi.
Baş verən silahlı qarşıdurma zamanı yaralanan qırğızların sayı 183-ə çatıb. Bu barədə ölkənin səhiyyə və sosial inkişaf naziri bildirib. Nazir deyib ki, 35 nəfər həlak olub. Məlumatlara görə, qarşıdurmalar nəticəsində hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb.
Mayın 1-də isə rəsmi Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəlib. Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev tacik həmkarı Saymumin Yatimovla apardığı danışıqlardan sonra məlumat verib.
Taşiyev bildirib ki, hər iki ölkənin xalqı çətin dövr yaşayır və faciə ilə üzləşiblər. Onun sözlərinə görə, danışıqlar nəticəsində hər iki ölkənin maraqlarına uyğun dörd bənddən ibarət protokol qəbul edilib. Ölkələrin qoşunları və texnikası sərhəddən çəkilib.
TASS Agentliyi dünən səhər məlumat yayıb ki, Qırğızıstan və Tacikistan hərbçilərin və texnikanın sərhəddən geri çəkilməsi prosesini başa çatdırıb. “Tərəflər dövlət sərhəd xəttindən ərazilərinə qədər əlavə qüvvə və varlıqların çıxarılmasını başa çatdırdı”, - deyə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Görünən odur ki, qarşıdurma səngidi və sülh yaradıldı. Amma yenidən insidentlərin baş verməyəcəyinə də zəmanət yoxdur. Çünki Tacikistan “Qolovnoy” Su Paylama Məntəqəsinin yerləşdiyi ərazini öz ərazisi hesab edir. Eyni zamanda, Qırğızıstanda bu ərazi mübahisəli hesab olunur.
Tacikistan ilə Qırğızıstan arasındakı sərhədin uzunluğu 976 kilometrdir. Amma yalnız 504 kilometr delimitasiya və demarkasiya olunub. Problem iki ölkə ərazisində eksklavların olması ilə daha da ağırlaşır. Torpaq, su, qeyri-qanuni sərhəd keçidləri və millətlərarası bölgü məsələsində ziddiyyətlər tez-tez sərhədin müəyyən olunmamış hissələrində yaranır. Münaqişələr zamanı bəzən hadisə silahlı qarşıdurmaya çevrilir. Necə ki, bu qarşıdurmanın şiddətləndiyinin şahidi olduq.
Ölkələr arasında ərazi mübahisəsinin nə üçün silahlı insidentə çevrildiyi, bundan sonra proseslərin hansı istiqamətə yönələcəyi sual doğurur. Keçmiş iki SSRİ ölkəsi arasındakı gərginliyi AYNA-ya şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev deyib ki, bu mübahisənin tarixi uzundur.
Analitikin sözlərinə görə, əsas problem orada olan su qaynaqları ilə bağlıdır: “Həmin əraziyə hər iki ölkə iddia edir. İndi baş verən toqquşma birinci dəfə deyil. Amma ilk dəfədir ki, gərginlik bu həddə yaşanıb, məsələyə ordular qarışıb. Su mənbələrinə kimin nəzarət etməsi mübahisədə əsas məsələdir. 5 metr o yana, 10 metr bu yana - sonucda mübahisələri dərinləşdirir”.
SSRİ vaxtında respublikalar arasında sərhədlərin bölünməsi zamanı qəsdlə mübahisə yaradacaq bölgünün aparılmasının nəticədə bu cür gərginliklərə gətirib çıxardığı iddiasına münasibətdə politoloq bildirib ki, belə bir siyasət aparılıb: “SSRİ zamanı sərhədlər elə müəyyənləşdirilib ki, respublikalar bir-birindən asılı olsun. Bu, ümumi siyasətin tərkib hissələrindən biri idi. Amma hesab etmirəm ki, SSRİ rəhbərliyi o zaman 2020-ci ildə su qaynaqlarının kimdə olacağını düşünüb, Tacikistanla Qırğızıstan arasında sərhədləri belə bölüb. Bu, inandırıcı deyil”.
Türk dövlətlərinin birliyinin gündəm olduğu dövrdə bir türk dövləti olan Qırğızıstanın münaqişəyə cəlb edilməsi iddiasını da F.Şəfiyev absurd sayır: “Onsuz da əvvəldən mübahisəli məsələ var idi. İndi bu mübahisə dərinləşmiş oldu. Bu gün Qırğızıstanla Özbəkistan arasında da Oş vilayəti ilə bağlı mübahisə var. Bunlar ki, türk respublikalarıdır. Eyni zamanda, Özbəkistanla Tacikistan arasında da ərazi mübahisələri mövcuddur. Bu, türkdilli dövlətlərin əməkdaşlığının genişləndirilməsi ilə bağlı deyil. Belə iddialar yanlışdır”.
“Belə iddialar var ki, Qırğızıstanla Tacikistan arasında gərginliyin yaranması Rusiyanın planıdır. Bilirsiniz, Rusiyanı bir çox məsələdə günahlandırmaq olar. SSRİ-nin və onun varisi Rusiyanın münaqişələrin yaranmasında günahı çoxdur. Elə bizim Qarabağ konflikti də SSRİ-nin səhv siyasətinin nəticəsidir. Amma gəlin, obyektiv olaq. Qırğızıstanla Tacikistan arasında gərginliyi Moskvaya bağlamaq doğru deyil”, - Mərkəz rəhbəri əlavə edib.
İki ölkə arasındakı bundan sonra baş verəcək prosesləri qiymətləndirən mütəxəssis vurğulayıb ki, məsələ hansısa yolla həllini tapacaq: “Biz gördük ki, insidentin tez bir zamanda qarşısı alındı. Qırğızıstanda yeni rəhbərlik var. Prezident Caparovun komandası Orta Asiya ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Düşünmürəm ki, münaqişə ciddiləşsin. Güman ki, hansısa vasitə ilə problemlər yoluna qoyulacaq. Ola bilsin ki, siyasi münaqişə qalsın. Çünki ərazi mübahisəsi dediyim kimi, uzun illərdir var. Amma silahlı münaqişə olmayacaq”.
“Su mənbələrinin bölünməsi prosesi baş verə bilər. Məsələn, bizim də Xəzərdə Türkmənistanla mübahisəmiz var idi, amma danışıqlarla yoluna qoyuldu. Söhbət “Dostluq” neft yatağı ilə bağlı problemdən gedir. Ola bilsin ki, Qırğızıstanla Tacikistan su mənbələri ilə bağlı Azərbaycanın Türkmənistanla razılaşması nümunəsindən istifadə etdi. Hətta ola bilər ki, Azərbaycan iki dövlət arasında sülh prosesində vasitəçi də olsun, təcrübəsini paylaşsın. Təbii ki, ilk növbədə ölkələrin özləri yoluna qoymalıdır. Və yaxın qonşuları – Özbəkistan və Qazaxıstan da onlara yardımçı ola bilər. Amma yenə də deyirəm, mübahisəli məsələ siyasi müstəvidə qalacaq. Lakin silahlı müharibə səviyyəsinə çatmayacaq”, - deyə Şəfiyev fikrini yekunlaşdırıb. //ayna.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
• Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:20 |
|
|
|
• Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ... DAVAM EDİR!
Bu gün, 08:03 |
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
|